Suverenliyimizin bərpasına gedən yolda “Qisas”...
03.08.2024 [09:50]
Əməliyyatdan iki il ötür
2020-ci ildə baş verən Vətən müharibəsi 30 ilə yaxın davam etmiş işğal prosesinə son qoymaqla yanaşı, iki dövlət arasında münasibətlərin yeni məcrada inkişafı üçün zəmin yaratmışdı. 2022-ci ilin martından etibarən Azərbaycanın irəli sürdüyü, beynəlxalq hüquqa və ədalətə əsaslanan sülh şərtləri bunun üçün müstəvi rolunu oynaya bilərdi - 10 noyabr razılaşmasının müddəalarını yerinə yetirməkdən boyun qaçıran Ermənistan sonrakı mərhələdə özünün qeyri-adekvat davranışlarını davam etdirdi. 2022-ci ilin yayında beynəlxalq çağırışlara fikir verməyən, imzaladığı üçtərəfli bəyanatın müddəalarına xilaf çıxan Ermənsitan paralel olaraq özünün hərbi təxribatlarından da əl çəkmirdi. Həmin il ərzində ard-arda əl atdığı hərbi təxribatlar layiqincə cavablandırılırdı...
Avqustun 3-də...
2022-ci ilin iyul ayının sonlarından etibarən isə bu hərbi təxribatlar daha da intensivləşdi - o dövrdə Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətdi. Avqustun 3-də terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərdi.
Uğurlu əməliyyat
Beləliklə, Azərbaycanın sülhpərvər çağırışlarına layiqli şəkildə cavab verməyən Ermənistanın əl atdığı bu təxribatlar bumeranq kimi rəsmi İrəvanın özünə qayıtdı - Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüldü. Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdıldı, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirildi. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edildi. Həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edildi.
Vurğulandığı kimi, Qisas əməliyyatına qədər Azərbaycan dövləti dəfələrlə Ermənistanı bu kimi hərbi təxribatlardan çəkinməyə çağırmışdı - dəfələrlə bildirilmişdi ki, üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Azərbaycan bəyan etdi ki, bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri daha da sarsıdıcı olacaq...
Ermənistan üçün sülh yolu...
Qisas əməliyyatı Ermənitan üçün bir xəbərdarlıq idi - bundan nümunə götürməli olan İrəvan hakimiyyəti isə özünün qeyri-konstruktiv mövqeyini yenə də davam etdirdi. Sülh prosesində Azərbaycanın qəbul etməsinin mümkün olmadığı müddəalarla çıxış edən, prosesi pozmaq üçün min bir yola əl atan Ermənistan isə özünün ənənəvi mövqeyini davam etdirdi və beynəlxalq hüquqa əməl etməkdən boyun qaçırdı. Nəticədə isə Azərbaycan özünün suverenliyini təmin etmək üçün anrtiterror tədbirləri keçirdi - 2022-ci ilin avqust ayında keçirilən Qisas əməliyyatı bir il sonra sentyabrda baş tutan və separatizmin sonuna yol açacaq tədbirləri reallaşdırdı.
Məhz bu əməliyyatlar - “Qisas” və antiterror tədbirləri sülh prosesində yeni situasiya formalaşdırdı. Suverenliyimiz bərpa edildi. Bu gün Azərbaycan yenə də özünün sülhpərvər mövqeyini ortaya qoyur və bölgədə stabilliyin formalaşması üçün platforma yaradır. İkitərəfli təmaslar Ermənistanın gələcək dövrü üçün mühüm bir perspetkiv formalaşdırıb ki, İrəvan bundan səmərəli şəkildə istifadə etməlidir. Azərbaycanın irəli sürdüyü şərtlər yerinə yetirilməli, Kosntitusiyada dəyişiklik olunmalı, ölkəmizə qarşı əsassız iddialardan əl çəkilməlidir. Bu, Ermənistan üçün sülhün əsas meyarıdır - əks halda, Ermənistan yenə də dalan ölkə olmaqdan xilas ola bilməyəcək...
SADİQ
Xəbər lenti
Hamısına baxGündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53

