Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Somaliyə humanitar dəstək göstərməyə hazırdır

Azərbaycan Somaliyə humanitar dəstək göstərməyə hazırdır

26.07.2024 [12:47]

Azərbaycan Somaliyə humanitar dəstək göstərməyə hazırdır.

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi Əhməd ilə birgə keçirilən mətbuat konfransında deyib.

O, iqtisadi sahədə əməkdaşlığa da diqqət çəkib: "İki ölkə arasında kənd təsərrüfatı və balıqçılıq əməkdaşlıq sahəsi olaraq mühüm yerə sahibdir. Bu ilin aprel ayında Somalidən olan texniki ekspert qrupu Azərbaycana səfər edib. Yaxın vaxtlarda Azərbaycandan da Somaliyə belə bir qrupun göndərilməsi nəzərdə tutulub".

"Azərbaycan Somaliyə humanitar dəstək göstərməyə hazırdır. Azərbaycanın İƏT ölkələri üçün təhsil proqramı mövcuddur və artıq Somalidən olan bir sıra gənclər bundan faydalanıb, bu, gələcəkdə də davam edəcək. Bu il ərzində Azərbaycanda bir sıra tədbirlər planlaşdırılır və onlardan ən böyüyü COP29-dur. Bu konfransda da Somalidən olan nümayəndə heyətini yüksək səviyyədə Azərbaycanda görməkdən məmnun olacağıq”, - nazir qeyd edib.

Paylaş:
Baxılıb: 591 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Sosial

32 il ötdü...

03 İyul 12:10  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31