/ / Bakıda "Mədəniyyətlərarası dialoqun inkişafında medianın rolu" mövzusunda beynəlxalq seminar keçirilib
Bakıda "Mədəniyyətlərarası dialoqun inkişafında medianın rolu" mövzusunda beynəlxalq seminar keçirilib
29.08.2012 [13:45]
AzərTAc xəbər verir ki, seminarda Türkiyə, Qazaxıstan, Qırğızıstan, özbəkistan, Türkmənistan və Tacikistan kütləvi informasiya vasitələrinin, həmçinin TüRKSOY-un və İSESCO-nun nümayəndələri iştirak ediblər.
Seminarı açan TüRKSOY-un Azərbaycan üzrə təmsilçisi Elçin Qafarlı tədbirin əhəmiyyətindən danışıb, onun Azərbaycanda keçirilməsinin heç də təsadüf olmadığını qeyd edib. Gələn il TüRKSOY-un 20 illik yubileyinin qeyd olunacağını vurğulayan E.Qafarlı Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə yaradılmış bu qurumun bir çox beynəlxalq layihələrə imza atdığını bildirib. Qeyd olunub ki, uğurlu fəaliyyətlərlə dolu bu 20 il türkdilli xalqların mədəni həyatının canlanması baxımından qızıl illər kimi qiymətləndirilir. Milli mədəniyyətin və ənənəvi dəyərlərin əhəmiyyət qazandığı son dövrdə TüRKSOY çoxtərəfli mədəni əməkdaşlıq istiqamətində mühüm işlər görüb.
Mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolunun əvəzedilməz olduğunu deyən E.Qafarlı bildirib: “Türk mədəniyyətini dünyaya təqdim edən jurnalistlərə üç ildir ki, “TüRKSOY-un mətbuat mükafatı” təqdim edilir”.
Diqqətə çatdırılıb ki, mədəniyyətlərarası dialoqun gücləndirilməsində KİV-lərin iştirakının daha da artırılması və rolunun inkişafı istiqamətində beynəlxalq mədəni təşkilatların diqqət və dəstəyi davam etdirilməlidir.
Seminarda İSESCO-nun baş katibinin müavini Muhtar Ahmedin adından təşkilatın müraciəti oxunub.
Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq əlaqələr şöbəsinin müdiri Vasif Eyvazzadə Azərbaycan mədəniyyətinin təbliğində bir çox işlərin göründüyünü bildirib, mədəniyyətlərarası dialoqun çox vacib bir məsələ olduğunu qeyd edib. Bildirib ki, bu, artıq qlobal bir prosesə çevrilib və Azərbaycan bu prosesin əsas tərəfdaşıdır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən irəli sürülən təşəbbüslər mədəniyyətlərarası dialoqun inkişafında böyük əks-sədaya səbəb olub. O, qeyd edib ki, mədəniyyətlərarası dialoqun inkişafında mediadan çox şey asılıdır.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, hazırda mədəniyyətlərarası dialoqun sağlam məcrada inkişaf etdirilməsi məsələsi olduqca aktualdır. Bəşəriyyətin indiyə qədər keçib gəldiyi yol sübut edir ki, mədəniyyətlərarası dialoq olmadan dünya yalnız fəlakətlərə sürüklənə bilər.
V.Səfərli bildirib ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi və bilavasitə təşkilatçılığı ilə ölkəmizdə reallaşdırılan nüfuzlu beynəlxalq mədəniyyət tədbirləri respublikamızı dünyanın mədəni həyatının mərkəzinə çevirib. Qeyd edilib ki, müasir mədəniyyətlərarası dialoqun təşviqində jurnalist peşəkarlığının da rolu böyükdür. Belə ki, bu gün dünyada baş verən real hadisələr və bu hadisələrin kütləvi informasiya vasitələrində əksi jurnalistin mövqeyindən və ya konkret siyasi sifarişdən asılıdır. Hər bir jurnalist ictimai fikirdə hər hansı mənfi obrazın yaradılmasının nə ilə nəticələndiyini çox yaxşı dərk etməlidir.
Milli Məclisin deputatı Qənirə Paşayeva mədəniyyətlərarası dialoqun inkişafında medianın rolundan danışaraq deyib: “Mədəniyyətlərarası dialoqla bağlı gərginlik getdikcə artır. Burada media ən böyük gücdür. Media istərsə bu gərginliyi azaldar və bu sahədə ciddi inkişafa nail ola bilər”.
Q.Paşayeva medianı bu istiqamətdə maarifləndirməyə diqqət yetirməyə və obyektiv iş aparmağa çağırıb.
Sonra “Qərbə doğru axan çay” sənədli filminin təqdimatı olub.
Seminarda çıxış edən Türkiyənin Baxçaşəhər Universitetinin Mədəniyyət Araşdırma Mərkəzinin direktoru Agah Karlıağa tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, mədəniyyət uzun bir müddətin və zəngin bir təcrübənin məhsuludur. Mədəniyyətin formalaşmasında medianın üzərinə böyük vəzifə düşür. Cəmiyyətə sağlam məlumatın çatdırılmasında və ondan uyğun, əlverişli şəkildə istifadəsində medianın rolu vacibdir.
Tədbirdə çıxış edən Qırğızıstanın “AKİ-Press” İA-nin redaktoru Yıldız Orospakova, Tacikistanın “Axşam” qəzetinin sayt redaktoru Nəzərəli Pirnəzərov, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, özbəkistanın “CA-news” Orta Asiya xəbər xidmətinin nümayəndəsi ümidə Maniyazova, türkiyəli prodüser və rejissor çingiz Göktaş mədəniyyətlərarası dialoqun inkişafında medianın üzərinə düşən vəzifələrdən danışıb və bu istiqamətdə türkdilli media nümayəndələrini həmrəyliyə çağırıblar.
Seminar müzakirələrlə davam etdirilib.
Sonda seminar iştirakçıları adından tövsiyə xarakterli sənəd qəbul olunub.
Qeyd edək ki, beynəlxalq seminar üç gün davam edəcək. Seminar iştirakçılarının Azərbaycan Dövlət Teleqraf Agentliyində, Türkdilli ölkələrin Parlament Assambleyasında, Mədəniyyət və Turizm Nazirliyində, Azərbaycan Mətbuat Şurasında görüşləri nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26

