Ağdamın FAMİL MEHDİsi
06.10.2021 [14:31]
İlqar Rəsul yazır...
Mən mərhum professor, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin ovaxtkı kafedra müdiri Famil Mehdiyə sağlığında təkcə əziz müəllimim, gözəl şair, adlı-sanlı, hörmətli bir həmyerlim kimi dəyər vermirdim, həm də ailəmə-valideynlərimə yaxın adam olduğu üçün çox istəyirdim onu. Atamla dost, anamla tələbə yoldaşı olmuşdu. Hərdən fürsət düşəndə müəllim-tələbəliyi bir kənara qoyub mənə valideynlərimdən danışar, illər sonra onların övladına dərs demək təsadüfünü həyatının maraqlı hadisələrindən saydığını deyərdi. Bəzən də ürəkağrısı ilə Azərbaycan torpaqlarının işğalda olmasından, insanların qaçqın-köçkün həyatı yaşamasından söhbət açardı. O vaxt başqa universitetlərinki kimi BDU-nun tələbə şəhərciyində də məcburi köçkünlər yaşayırdı. Famil müəllimin evə piyada yolu işğal olunmuş torpaqların əhalisi ilə dolu həmin şəhərcikdən keçirdi. Hərdən onu tələbə yataqxanaları arasında - Mətbuat prospekti ilə Şərifzadə küçəsini birləşdirən o uzun pilləkənlərlə ya qalxan, ya da düşən görürdüm. Nədənsə cüssəcə olduğundan xeyli kiçik görünürdü Famil müəllim o pilləkənlərdə. Heç vaxt da başını qaldırıb ətrafa baxmırdı şəhərciyi tərk edənədək. Bir dəfə dərsdən sonra həmin pilləkənləri birlikdə qalxası olduq. Yenə büzüşmüşdü, yenə başını qaldırıb ətrafa baxmırdı. Pilləkənlərin başına çatanda dayanıb nəfəsini dərdi, özünə gəlib dedi ki:
- Hər dəfə bu yataqxanaların arasından keçəndə elə bilirəm o insanların qaçqın-köçkün düşməsində mən günahkaram, mən onları bu hala salmışam, utandığımdan başımı qaldırıb heç kimin üzünə baxa bilmirəm...
Tələbəlik illərinin yay fəsillərindən biri idi. Bir gün eşitdim ki, Famil Mehdinin ayağı sınıb, xəstəxanadadı. Çox pis oldum. “Ömrün belə ixtiyar çağında nə ayaq sınması idi bu?” - düşünüb, getdim xəstəxanaya. Ayrıca palataya yerləşdirmişdilər Famil müəllimi. Tək idi içəridə. Yaxınlaşıb görüşdüm, oturdum çarpayısının yanında. Uzanmışdı, gərək ki, iki ayağı da gipsdə idi. Ümumi hal-əhvaldan sonra nə baş verdiyini soruşdum. Dedi, həyətdə qarajın üstünə çıxmışdım, qayıdıb bir az düşmüşdüm ki, nərdivan ayağımın altında büdrədi, yıxılmamaq üçün hoppandım yerə, ayaqlarım ağrıdı. Maşına qoyub gətirdilər xəstəxanaya, rentgendə məlum oldu ki, sümüklər dözməyib çatlayıb, sınıq da var.
Gördüyüm mənzərə məni necə sarsıtmışdısa, özümü saxlaya bilməyib deyindim:
- Əşşi, qarajın üstünə çıxmaq vaxtıdı! Axı sizin orada nə işiniz vardı? Elə vacib idi, Nərimana (oğluna) deyəydiniz. O, evdə yox idi, məni çağıraydınız. İlin-günün bu vaxtı dərdimiz az idi, birini də siz qoydunuz üstünə!
Gülümsünüb - qismət beləymiş- dedi, susdu. Qısa bir müddət danışmadıq, birdən soruşdu ki, bəs niyə tək gəlmisən, tələbə yoldaşların hanı (tələbələri Famil müəllimin xətrini çox istəyirdilər deyə, yəqin ki, mənim xəstəxanaya tək getməyim ona maraqlı gəlmişdi)?
Dedim, yay tətilidi də, gediblər rayona hamısı.
- Bəs sən niyə getməmisən? - soruşdu.
Bir anlıq duruxdum, tərəddüdlə - hara gedim? - dedim-rayon yoxdu axı.
Birdən anladı ki, fərqinə varmadan verdiyi sualla ikimizin də yaralı yerinə toxunub. Söhbətin gözlənilməz səmtə yönəlməsindən çaşıb qalmışdıq sanki. Ağdamın ağrısı Adamın ayağının sınmasını bir andaca unutdurmuşdu bizə. Bəlkə də hərəmiz özlüyümüzdə doğma şəhəri, ev-eşiyimizi göz önünə gətirib seyr edirdik sakitcə. Birdən ağladı Famil müəllim. Pis ağladı həm də. Uşaq kimi yəni. Çarəsiz, köməksiz, səssiz ağlamaq idi bu. O cür səbirli, təmkinli, sözünü deyən, kimsəyə boyun əyməyən prinsipial bir adamın ağlamasını bu qədər yaxından ilk dəfə görürdüm həyatda. Təsəlli verməyə cəhd də etmədim.
Ehmallıca yerimdən qalxıb, arxaya baxmadan sakitcə palatadan çıxdım. Qapıya qədər özümü tox tuta bildim, dəhlizdə məni də qəhər boğdu...
P.S. O gün Ağdama getmişdim. Şəhərin xarabalıqları arasında gəzəndə bir ara qəhərləndim və Famil Mehdi yadıma düşdü. Bir anlıq düşündüm ki, yəqin indi ruhu şaddır...
Xəbər lenti
Hamısına baxHadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17

