“Baku” jurnalı: Xoşbəxtliyin Bakı formulu və daha nələr...
19.02.2021 [09:14]
Xoşbəxt olmaq üçün cəmi üç şey lazımdır, amma onlar mütənasib olmalıdır: iş, sevgi və ünsiyyət.
“Baku” jurnalının baş redaktoru Leyla Əliyeva bu populyar nəşrin son nömrəsində dərc edilmiş məqaləsində bizim böyük həmvətənimiz, Nobel mükafatı laureatı Lev Landaunun çıxardığı “xoşbəxtlik formulu” barədə söhbət açır.
Leyla Əliyeva yazır: “Xoşbəxtliyin bu formulu olduqca bakısayağıdır. Müəllif Azərbaycan paytaxtının özünəməxsus ab-havasının sirlərini açaraq göstərir ki, Bakı sakinləri həmişə tolerantlıq, ənənələrə qayğıkeş münasibət, əməksevərlik və əlbəttə, bənzəri olmayan qonaqpərvərlik kimi xüsusiyyətlərlə fərqləniblər”.
AZƏRTAC xəbər verir ki, “Baku” jurnalı ənənələrə sadiq qalaraq həm konkret hadisələr barədə informasiya, həm də Azərbaycanın mədəniyyəti, onun tarixi barədə məqalələr, ölkəmizi məşhurlaşdıran tanınmış şəxsiyyətlərlə müsahibələr dərc edir. “Baku” jurnalının 2021-ci il yanvar-fevral nömrəsini həqiqətən tarixi nömrə adlandırmaq olar. Çünki jurnalın bu nömrəsi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı erməni işğalından azad etməsi münasibətilə keçən il dekabr ayında Bakıda keçirilmiş Zəfər Paradı barədə reportajla açılır. Azərbaycan xalqı bu günü illər boyu gözləyirdi. Müzəffər Azərbaycan Ordusunun paytaxtın Azadlıq meydanında həmin paradda qürurla addımlayan əsgərlərinin, səmada üçrəngli Azərbaycan bayrağının əksini yaradan qırıcı təyyarələrin, Vətən müharibəsi qəhrəmanlarını bayraqlarla qarşılayan Bakı sakinlərinin fotolarında bizim üçün unudulmaz məqamlar əks etdirir.
Dünya şöhrətli fotoqraf Reza Deqati ilə söhbət “Əlvida, silah” başlığı altında dərc edilib. Qarabağın öz qanuni sahibinə qaytarılmasını, viran edilmiş binaları, ermənilər tərəfindən təhqir olunmuş məbədləri tarix üçün sənədləşdirmiş öz arzularını bölüşərək deyib: “İnanıram ki, Azərbaycan yaranmış şansdan istifadə edəcək və Qafqazda sülhə nail olacaq. Mən müxtəlif insanlarla, o cümlədən yüksək vəzifəli şəxslərlə söhbət etmişəm, onlar Qarabağı yer üzünün cənnətinə çevirməyə hazırlaşırlar. Bu həm də mənim arzumdur, müharibələri və dağıntıları öz gözü ilə görmüş hər kəsin arzusudur”.
Reza Deqatinin müsahibəsi onun işğaldan azad edilmiş Azərbaycan torpaqlarına səfərlərinin gedişində çəkilmiş çoxsaylı fotoşəkillərlə illüstrasiya edilib.
“Baku” jurnalının bu nömrəsində “Müsahibə” rubrikasının qonağı TASS Agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman olub. M.Qusman 2020-ci ildə iki yubileyi - anadan olmasının 70 illiyini və məşhur “Hakimiyyət formulu” verilişinin 20 illiyini qeyd edib. Tanınmış jurnalist bu verilişin necə yaranması, verilişin qəhrəmanları olmuş məşhur şəxsiyyətlər, pandemiya şəraitində jurnalist işinin çətinlikləri barədə söhbət açır və Bakıya sevgisini etiraf edir: “Planetimizdə heç bir yeri Bakı ilə müqayisə etmək olmaz”.
Oxucular “Azərbaycan markaları” adlı xüsusi layihədən, İsmayıllı rayonunun İvanovka kəndində yaşayan molokanlar haqqında məqalədən çoxlu maraqlı faktlar öyrənəcək, kulinariya həvəskarları isə “Yemək. Sirlər” rubrikasında “albuxara” gavalı qurusu barədə məlumat alacaq, ondan istifadə olunan Azərbaycan yeməklərinin reseptləri ilə tanış olacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49

