/ / Tanınmış modelyer Fəxriyyə Xələfovanın kolleksiyasından nümunələr “Ermitaj” muzeyində saxlanılacaq
Tanınmış modelyer Fəxriyyə Xələfovanın kolleksiyasından nümunələr “Ermitaj” muzeyində saxlanılacaq
09.12.2017 [00:52]
Rusiyanın Sankt-Peterburq şəhərindəki dünya şöhrətli “Ermitaj” muzeyində tanınmış rəssam-modelyer, Azərbaycanın Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın kolleksiyasından üç paltar dəsti “Kostyum qalereyası” ekspozisiyasında nümayiş etdirilir.
AZƏRTAC xəbər verir ki, “Ermitaj” muzeyinin yaradılması günü münasibətilə keçirilən “Ermitaj günləri” çərçivəsində dekabrın 8-də açılmış “Kostyum qalereyası” sərgisində 130-dan çox qədim və müasir geyim nümunələri təqdim olunur. Rəssam-modelyer Fəxriyyə Xələfova ilə “Ermitaj” muzeyinin direktoru, akademik Mixail Piotrovski arasında dekabrın 5-də imzalanmış razılaşma əsasında tanınmış dizaynerin “Şərq maqnetizmi” kolleksiyasından nadir Azərbaycan ornamentləri ilə bəzədilmiş iki milli geyim nümunəsi, eləcə də XIX əsr üslubunda hazırlanmış gəlinlik paltarı sərgidə nümayiş olunur və daha sonra muzeyin fondunda saxlanacaq.
Eyni zamanda, Fəxriyyə Xələfovanın kolleksiyasından nümunələr “Ermitaj günləri” çərçivəsində Sankt-Peterburqun “Ermitaj” otelində də nümayiş etdirilir.
“Kostyum qalereyası” sərgisi “Ermitaj”ın “Staraya derevnya” bərpa-saxlanma mərkəzində açılıb. Burada geyim nümunələrinin yaxşı vəziyyətdə qorunub saxlanılması üçün müasir texnologiyalardan istifadə olunur. Geyim nümunələrinin keyfiyyətini qorumaq üçün kolleksiya ildə bir dəfə dəyişdiriləcək. Ekspozisiyaya I Pyotrun qarderobu, rus imperator sarayı əyanlarının geyimləri, hərbi formalar, maskarad kostyumları, eləcə də müasir dizaynerlərin əl işləri və s. daxildir.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12

