Müasir İncəsənət Muzeyində rəssam Əli Həsənovun “Alibi” adlı fərdi sərgisi açılıb
15.10.2016 [10:40]
Oktyabrın 14-də Müasir İncəsənət Muzeyində rəssam Əli Həsənovun “Alibi” adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, rəssam bu sərgi layihəsi ilə yaradıcılığının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Onun elə ilk əsərlərində zahirən təzadlı görünən, lakin inandırıcı obrazların iti çılğınlığı, incəsənətin janr və forma çərçivələrindən yan keçməklə öz yolunu tapmaq istəyi duyulur. Lakin bu pərakəndə sənət “bəyanatları” hər dəfə yeni səpkidə təcəssüm edir - gah solo “performance”da, gah canlı orkestrin müşayiəti ilə animasiya filminin nümayişində, gah da saxsı nimçələr üzərinə köçürülmüş qrafik lövhələr silsiləsində. Ümumi baxışdan irəli gələn müəllif sərgisi tamam başqa məsələdir - burada təqdim olunmuş fərqli ifadə vasitələri və texniki düsturlara malik əsərlərin vəhdəti çalarlarla işıldayan mənalar və emosiyalar cərəyanı yaradır. Tamaşaçı həm onların açmasını çözməli, həm də onlara yenilərini əlavə etməlidir.
“Alibi” sərgisi bütövlükdə suallardan ibarətdir və tamaşaçı onların cavabını tapmaq məcburiyyətindədir. Çünki bir çox məqamlar ilk baxışda təsadüfi “şüur axını”nın üzə çıxardığı kimi görünürsə, onların arasında olan bağlantılar sonradan aşkar edilir. Qarşımızdakı sənət əsəri büllur kimi aydın görünmürsə, biz karastı dəstinə müraciət edərək, həmin qutudakı alətləri bir-bir sınaqdan keçirərək, müəyyən mənaları açmağa cəhd edirik. Hər bir tamaşaçının alətlər dəsti isə fərqlidir. Bu da onun həyat və peşə, sənət təcrübəsindən asılıdır.
“Alibi” adı mənaca müəmmalıdır və bizi yozumu barədə düşünməyə vadar edir. Mümkün (lakin müyəssərliyi yeganə olmayan) versiya belədir: ictimai şüuru ələ keçirmə vasitələri (buraya ilk növbədə, əlbəttə, media, amma müəyyən dərəcədə “kütləvi” incəsənət də daxildir) ağrıya, iztiraba, məhvə qarşı biganəlik mövqeyini bizdə tədricən və gözə görünmədən aşılmağa nail olur. Həmin konstruksiyanın aparıcı psixoloji amili kimi “alibi”, yəni törədilən cinayətlərə aidiyyətin olmaması, “mən orada deyildim” prinsipi özünü büruzə verir.
Hazırkı halda bu eksperiment bədii ifadə vasitəsi ilə qoyulur - yaraşıqdan kənar məişət əşyaları və texniki inventar öz adi mənaları dairəsindən kənar anlamda təqdim olunur. Onlara daha çox zahiri cazibə gətirəcək əlavələr edilir, onlar dekonstruksiyaya, yeni formatlara uğrayır, nəticədə biz əsərlərin istehza ilə danışmaq qabiliyyətini, detalların işlənməsindəki nəfisliyi, yaxud müasir incəsənətin ən yeni meyillərinə müvafiq olduğunu qiymətləndirməyə başlayırıq. Heç bir riqqət hissi təlqin etmədən, heç bir sərt və birbaşa fikir söyləmədən... Bir də ki, axı, sərgiyə gələnlərin “alibi”si var: Biz orada deyildik...
“Alibi” adlı fərdi sərgi noyabrın 5-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

