Heydər Əliyev Mərkəzində məşhur britaniyalı heykəltəraşın sərgisi açılıb
19.12.2015 [09:15]
Dekabrın 18-də Heydər Əliyev Mərkəzində tanınmış britaniyalı heykəltəraş Riçard Dikonun “Digər tərəfdən” (“On the other side”) adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxış edərək, sərginin təşkilinə görə heykəltəraş Riçard Dikona və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin təşəkkürünü bildirib. O deyib: “Sevindirici haldır ki, Heydər Əliyev Mərkəzi ziyarətçilərimiz tərəfindən çox sevilən bir məkana çevrilib. Burada çoxsaylı beynəlxalq sərgilər və tədbirlər keçirilir. Bu sırada 2014-cü ildən keçirilən tədbirləri - Toni Kreqq, Bernar Buffe, “Kosmosa səyahət”, Klassik avtomobil sərgisini, “Qreys Kelli: Şahzadə və stil ikonası” və digərlərini qeyd etmək olar. Riçard Dikonun təqdim olunan sərgisi bizim üçün ən mühüm sərgilərdən biridir. Bundan əvvəl sərgi İsveçrənin Vintertur şəhərində, ümumilikdə isə 10 il ərzində dünyanın bir çox ölkələrində nümayiş olunub və nəhayət, Bakıda təqdim edilir”. Anar Ələkbərov bu sərginin təşkilində əməyi olan bütün insanlara minnətdarlıq edib.
Sərginin açılışında çıxış edən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarov Riçard Dikonun akademiyada olduğunu və elmi şurada iştirak etdiyini bildirib. O, Riçard Dikona Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının fəxri üzvü diplomunu təqdim edib. Vurğulayıb ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın gördükləri böyük işlər nəticəsində dünyanın ən görkəmli sənətkarlarının, Avropa təsviri incəsənətinin tanınmış simalarının sərgiləri Bakıda nümayiş olunur.
“Bu sərgi həm də biz pedaqoqlara və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinə yaradıcılıq baxımından olduqca faydalıdır. Burada nümayiş etdirilən əsərlər tələbələr üçün böyük yaradıcılıq stimulu olacaq” - deyə Ö.Eldarov vurğulayıb.
Sonra A.Ələkbərov layihənin həyata keçirilməsində xüsusi əməyi olan insanları səhnəyə dəvət edib.
Heykəltəraş Riçard Dikon sərginin təşkilinə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin təşəkkürünü bildirib. Məlumat verib ki, 2007-ci ildə Venesiya Biennalesində Azərbaycan pavilyonu ilə tanış olmaq imkanı qazanıb və o zaman Bakıda fərdi sərgisini təşkil etmək barədə dəvət alıb. Britaniyalı heykəltəraş sərginin təşkilindən hədsiz məmnunluğunu diqqətə çatdırıb, nümayiş etdirilən əsərlərin hər kəsdə xoş təəssürat yaradacağına ümidvar olduğunu bildirib.
Tədbir iştirakçıları sonra sərgi ilə tanış olublar. Sərgidə müəllifin 39 əsəri yer alıb. Ekspozisiyada ağac, metal və keramikadan hazırlanmış həm monumental, həm nisbətən kiçik əsərlər, eyni zamanda, orqanik nümunələr və dəqiq işlənmiş konstruksiyalar təqdim edilib.
Sərgi 2016-cı il iyulun 15-dək davam edəcək.
Xatırladaq ki, R.Dikon 1949-cu ildə Uelsin Banqor şəhərində anadan olub. Ömrünün 40 ildən çoxunu yaradıcılığa həsr edən sənətkar hazırda Londonda yaşayır və fəaliyyət göstərir. O, 1987-ci ildə müasir incəsənət sahəsinin nüfuzlu “Törner” mükafatına, 1999-cu ildə “Britaniya imperiyasının komandiri” ordeninə layiq görülüb. 2007-ci ildə Venesiya Biennalesində Uelsi təmsil edib. R.Dikon özünü klassik mənada heykəltəraş hesab etmədiyini deyir. Buna görə də çox mürəkkəb əsərlər üzərində çalışarkən ağac, yaxud metal üzrə mütəxəssislərlə əməkdaşlıq şəraitində işləyir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30

