/ / Azərbaycanın regionları ilə tanışlıq şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq
Azərbaycanın regionları ilə tanışlıq şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq
20.08.2014 [09:46]
Avqustun 19-da səhər saatlarında Astara şəhərindəki Heydər Əliyev parkında böyük izdiham vardı. Rayonun rəhbər işçiləri, müəllimlər, valideynlər və ictimaiyyətin nümayəndələri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirici tur-aksiyasının iştirakçılarını Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə yola salmaq üçün Astara şəhərinin mərkəzi meydanına toplaşmışdılar.
Hamının çöhrəsindən sevinc, şadlıq oxunurdu. Müəllimlər və valideynlər məktəblilərə son tapşırıqlarını verir, səyahət zamanı vacib olan məsələləri bir daha onlara xatırladırdılar.
AzərTAc xəbər verir ki, tur-aksiyanın iştirakçıları parkda Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Qrupun rəhbəri, Kijabə qəsəbə tam orta məktəbinin müəllimi Azər Kişiyev iştirakçıların fikrini ifadə edərək deyib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkəmizdə ilk dəfə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçıları -Astara rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və onların müəllimləri dörd gün ərzində Gəncə şəhərinin, Şəmkir və Göygöl rayonlarının tarixi abidələri, sosial-iqtisadi inkişafı, görməli yerləri ilə yaxından tanış olacaqlar. Azərbaycanın regionları ilə tanışlıq şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq. Bizə bu imkanı yaradan dövlətimizin başçısına minnətdarıq”.
Astara şəhərindəki 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi Jalə Əlizadə çox həyəcanlı görünürdü. O, keçirdiyi hissləri bu sözlərlə ifadə edib: “Çox həyəcanlıyam. İlk dəfədir ki, tur-aksiyada iştirak edirəm. Ekskursiyanın proqramı ilə tanışam. Proqram çox zəngindir. Dahi Azərbaycan şairi Nizaminin vətəni qədim Gəncə şəhərini görmək mənim çoxdankı arzum idi. Artıq bu arzum reallığa çevrilib. Bizə bu imkanı Prezident İlham Əliyev yaradıb. Göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına “Çox sağ olun!” deyirik”.
Ekskursiyanın digər iştirakçıları - Pensər kənd 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Elnarə Həsənova, Kijabə qəsəbə tam orta məktəbinin müəllimi Şeyda Babayeva, Astara şəhərindəki 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi Emilya Babayeva və başqaları da tur-aksiyanın təşkilindən razılıqlarını bildiriblər.
Bir azdan meydana toplaşanların xeyir-duası ilə avtobus Gəncə-Şəmkir-Göygöl marşrutu istiqamətində yola düşüb.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

