Milli Kitabxana beynəlxalq konfransda ölkəmizi təmsil edib
20.11.2024 [21:52]
Noyabrın 20-də Rusiya Milli Kitabxanasının təşkilatçılığı ilə “Birlik dövlətləri üçün peşəkar kadrların hazırlanmasında MDB ölkələri milli kitabxanalarının rolu” adlı onlayn beynəlxalq konfrans keçirilib. Azərbaycan Milli Kitabxanası konfransda ölkəmizi təmsil edib.
Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, konfransa milli, dövlət və digər aparıcı kitabxanaların rəhbərləri, həmçinin Rusiya tədris və elmi-tədqiqat müəssisələrinin əməkdaşları, Rusiya Milli Kitabxanasının baş direktoru Denis Tsipkin, Rusiya Dövlət Kitabxanasının baş direktoru, Rusiya Milli Assosiasiyalarının prezidenti, Avrasiya Kitabxana Assambleyasının prezidenti Vadim Duda, Qazaxıstan Milli Kitabxanasının direktoru Bakıtjamal Ospanova, Belarus Milli Kitabxanasının baş direktorunun müavini, elm və informasiya texnologiyaları üzrə direktoru Aleksandr Babuk, Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasının elmi-metodiki xidmətinin direktoru Saodat Kamilova və başqaları qatılıblar.
Konfransda Milli Kitabxananın direktoru professor Kərim Tahirov “Kitabxanaçı kadrların hazırlanmasında Azərbaycan Milli Kitabxanasının rolu” mövzusunda məruzə və təqdimatla çıxış edib.
Direktor çıxışında müasir dövrün tələblərinə, informasiya əsrinin çağırışlarına uyğun yüksəkixtisaslı kadr hazırlığını həyata keçirmək üçün metodik mərkəz olan Azərbaycan Milli Kitabxanasının professional kitabxana təhsili verən tədris ocaqları ilə ölkənin aparıcı kitabxanalarının sıx əlaqəsindən, Bakı Dövlət Universitetində “Azərbaycan Milli Kitabxanasının xüsusi auditoriyası”nın açılışından danışıb. Eyni zamanda, Azərbaycan Milli Kitabxanası ilə Bakı Dövlət Universiteti arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalamasından, bir il ərzində Bakıda və yerlərdə KOHA Avtomatlaşdırılmış Kitabxana İdarəetmə Sisteminin Mədəniyyət Nazirliyinin şəbəkəsinə daxil olan kitabxanalarda tətbiqi ilə əlaqədar zona treninqlərinin, kitabxanalarda onlayn xidmətlərin tətbiqinin təkmilləşdirilməsi məsələlərinə dair mövzular üzrə treninqlərin keçirilməsindən ətraflı bəhs edib.
Qeyd edək ki, beynəlxalq konfransda B.N.Yeltsin adına Prezident Kitabxanasının, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Belarus milli kitabxanalarının kadr potensialı və s. kimi məsələlərlə bağlı məruzə, təqdimat və müzakirələr dinlənilib.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26

