Azərbaycan kinosunun Muxtar Dadaşov səhifəsi...
11.09.2024 [08:36]
Bu gün Azərbaycan kino tarixində özünəməxsus izi olan, görkəmli rejissor, kinooperator, Azərbaycan SSR Dövlət mükafatı laureatı, Xalq artisti Muxtar Dadaşovun doğulduğu gündür.
Muxtar Baba oğlu Dadaşov 11 sentyabr 1913-cü ildə Bakıda anadan olub.
Hələ uşaq yaşlarından taleyi incəsənətə bağlanan Muxtar Dadaşov 1924-cü ildə, yəni cəmi 11 yaşı olarkən ilk dəfə Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsinə çıxır. Bundan dörd il sonra- 1928-ci ildə C.Cabbarlının “Sevil” pyesinin ilk tamaşasında Gündüz rolunu canlandırır. 1929-cu ildə Gənc Tamaşaçılar Teatrında rejissor assistenti kimi əmək fəaliyyətinə başlayan gənc sənətçi eyni zamanda tamaşalarda kiçik rollar oynayır.
1931-ci ildə kinostudiyada operator assistenti vəzifəsinə düzəlir. Bir sıra sənədli və bədii filmlərin lentə alınmasında iştirak edir. 1933-cü ildə ali operator təhsili almaq məqsədilə Moskvaya gedir. Orada da bir sıra filmlərin çəklişində iştirak edir.
Moskvada təhsilini başa vurduqdan sonra böyük ümidlərlə vətənə dönür, kinostudiyada operator işinə qayıdır. 1935-ci ildə “Rəqs edən bağalar” bədii filminin (Abdulla Şaiqin “Oyunçu bağa” hekayəsi əsasında) quruluşçu operatoru olur.
Muxtar Dadaşovun sənədli filmləri Azərbaycan kinosu tarixində əhəmiyyətli yer tutur. Əksər filmlərində həm də ssenari müəllifi kimi çıxış edib. Müharibə dövrünün kinoxronikasının yaradılmasında xüsusi xidmətləri olan Muxtar Dadaşov 1943-cü ildə hitlerçilərin cinayətlərini tədqiq edən komissiyanın sərəncamına göndərilir. Burada köməkçisi İsmayıl Əfəndiyev ilə birgə faşistlərin vəhşiliklərini əks etdirən faktları lentə alır. Sonralar həmin kadrlar Nürnberq məhkəməsi prosesində sübut kimi nümayiş etdirilib.
Dövrün mühüm ictimai-siyasi hadisələri onun lentə aldığı sənədli filmlərin əsas mövzusunu təşkil edib. “Sovet Azərbaycanı”, “Sovet Azərbaycanının 50 illiyi”, “Arazın o tayında”, “Sabir”, “Kür”, “Səadət yolu ilə” və s. filmlərində vətənin əsrarəngiz təbiəti, tarixi şəxsiyyətləri kino dili ilə tərənnüm olunub.
“Kəndlilər”, “Yeni horizont”, “Vətən oğlu”, “Sualtı qayıq T-9” bədii filmləri onun operator kimi çox maraqlı və sanballı işlərindəndir.
Quruluşçu rejissor kimi isə debütü “Qanun naminə” bədii filmi olur. Xalq yazıçısı Süleyman Rəhimovun “Mehman” povesti əsasında çəkdiyi filmin ssenarisini də özü yazır.
Kinoya qəlbən bağlı olan sənətkar onu həyatın aynası adlandırırımış: “Sabir demişkən, “düzü-düz, əyrini-əyri” əks etdirməyə qadir olan möcüzədir. O, mənən saf, canını sənətə fəda edən istedadlı və professional şəxslərin əlində olmalıdır”. Onun imzasını atdığı bütün filmlərdə öz dəsti-xətti, orijinal yanaşma tərzini özünü göstərib.
Muxtar Dadaşovun “Bakıda küləklər əsir” filmi müharibə mövzusunda çəkilən dəyərli ekran əsərlərindəndir. O, müharibə mövzusunda hələ 1943-cü ildə “Bakı döyüşür” adlı sənədli film çəkmişdi.
O həm də araşdırıcı rejissor olub. Çəkdiyi tarixi filmlər üçün zəngin material toplayar, sonra onları lentə alardı. “Nəriman Nərimanov” sənədli filminin (1966) çəkilişi zamanı da belə olub. N.Nərimanovun Genuya konfransındakı çıxışını əks etdirən kadrları Moskva arxivlərinin birindən tapır. Sonra həmin kadrları filmdə canlandırır.
50 ildən çox Azərbaycan kino sənətinin inkişafına, zənhginləşməsinə xidmət göstərən Muxtar Dadaşov 1977-1983-cü illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Sənədli Filmlər Birliyinin bədii rəhbəri vəzifəsində çalışıb.
Onun həyat verdiyi ekran əsərləri təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində nümayiş olunub, özünə çox milyonlu tamaşaçı qazanıb. Muxtar Dadaşov imzasını özündə daşıyan Səadət yolu ilə” filmi Moskvada Ümumittifaq festivalında qızıl medala, “Nəriman Nərimanov” filmi Tiflis festivalında xüsusi mükafata layiq görülüb.
Azərbaycan incəsənətinə layiqincə xidmət göstərən bir sıra sənətkarlarımız kimi M.Dadaşovun da çoxşaxəli yaradıcı fəaliyyəti dövlətimiz tərəfindən hər zaman diqqətdə olub və yüksək şəkildə dəyərləndirilib. Belə ki, rejissor 1960-cı ildə Əməkdar İncəsənət xadimi, 1976-cı ildə Xalq artisti fəxri adlarına, eləcə də “Şöhrət” ordeninə layiq görülüb. Dövlət mükafatı laureatı olub.
Ömrünün sonuna qədər milli kinomuzun inkişafı naminə ürəklə çalışan sənətkar çəkilişlərdə məsləhətçi kimi də iştirak edib.
Muxtar Dadaşov 1998-ci il mayın 7-də vəfat etsə də, çəkdiyi, həyat verdiyi filmlər müəllifini Azərbaycan incəsənət tarixində daim yaşadır.
Şahanə MÜŞFİQ
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31

