Uşaqlara kitab oxumağın 5 faydası
17.11.2023 [10:56]
Uşaqların məktəbdə, işdə və ümumiyyətlə həyatda uğur qazanması üçün oxu bacarıqlarının əhəmiyyəti danılmazdır. Onlara çox erkən yaşlarından kitab oxumaqla övladlarınızın uğurlu olacağına zəmanət verə bilərsiniz.
Övladlarınıza yatmazdan əvvəl ucadan bir klassik əsər və ya nağıl oxumaq onların həyatına xeyli fayda verə bilər. Oxunun uşaqlara olan faydalarına aşağıdakılar daxildir:
Əqli inkişafa dəstək
Dil bacarıqlarının təkmilləşməsi
Uğurlu təhsilə hazırlıq
Övladınızla aranızda xüsusi əlaqənin yaranması
Diqqətin və intizamın artması
Uşaqlara kiçik yaşlarından kitab oxumaq onların əqli bacarıqlarını təkmilləşdirir və əqli inkişaf prosesinə kömək edir. Əqli inkişaf: Düşünmək və anlamaq bacarığının yaranmasıdır; bu “xatırlamaq, problemi həll etmək və qərar verməkdən ibarət düşünmə proseslərinin uşaqlıqdan yetkinliyə qədər formalaşmasıdır.” Bu, insanın öz dünyasını məlumat emalı, şüur, təfəkkür, dil inkişafı, diqqətin mərkəzləşməsi və yaddaş vasitəsilə görüb dərk etməsinə aiddir. Övladlarınıza ucadan kitab oxuyanda onları ilk növbədə öz kiçik dünyalarına dair təməl biliklərlə təmin edirsiniz. Bu onlara gördüklərini, eşitdiklərini və oxuduqlarını anlamağa kömək edir. Əslində bir çox pedaqoq və tədqiqatçının fikrinə görə, “oxu sözlərin səslənməsindən daha çox söhbəti qüvvətləndirir, uşaqlara hekayə ilə öz həyatlarını qarşılaşdırmağa kömək edir.” Azyaşlı övladınızın həyatına kitabların daxil edilməsi və onların müzakirəsi ona xüsusən də kiçik yaşlarında öz həyatını dərk etməyə kömək edəcək.
Uşaqlara körpə yaşlarından başlayaraq gündəlik kitab oxumaq dili mənimsəmələrinə, ünsiyyət bacarıqlarına, sosial bacarıqlara və oxu bacarıqlarına kömək edə bilər. Çünki uşaqlara erkən yaşlarından kitab oxumaq onların beyninin inkişafına təkan verir və əsas dil, oxu və ünsiyyət bacarıqlarının yaranmasına səbəb olur. Faktiki olaraq, yaxın keçmişdə aparılmış beyin tomoqrafiyası tədqiqatına görə, “uşaqlara erkən yaşlarında kitab oxumaq beynin məhz vizual təsvirlə və dilin mənasını dərk etməklə bağlı bölmələrinin aktivləşməsi ilə sıx əlaqəlidir.”
Amerika Pediatrlar Akademiyasına əsasən, uşaq bağçasına başlayan üç uşaqdan ikisi oxunun mənimsənilməsi üçün vacib olan bacarıqlara malik deyilsə, bu dərk etmə bacarıqları və tənqidi təfəkkür bacarıqları xüsusilə önəmlidir. Üçüncü sinifi bitirən uşaqların təxminən üçdə ikisi sərbəst oxumağı bacarmır. Bundan başqa, uşağın ətrafında eşitdiyi sözlərin və dilin qavraması ilə yanaşı onun eşitmə təliminə oxunun daxil edilməsi daha da faydalıdır. Uşaq gündəlik həyatda eşitdiyi dildən fərqli olan bədii dil ilə də tanış olmuş olur. Fərq etməz, bu bir uşaq kitabıdır və ya klassik əsərdir. Bədii dil daha təsviridir və daha çox qrammatik quruluşlardan ibarətdir.
Yeganə
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23

