Nəhayət, bunu da bacardıq...
15.10.2022 [11:23]
Bəşəriyyət ilk dəfə səma cisminin yerini dəyişə bildi
SƏİDƏ
Vaxtilə tamamilə sirli qalmış, yalnız alimlərin riyazi hesablamaları sayəsində məlumat ala bildiyimiz kosmos haqqında artıq bir çox məlumata və hətta, real görüntülərə sahibik. Hazırda texnologiyanın kifayət qədər inkişaf etdiyi müasir dövrümüzdə bir çox şirkətlər kosmosla bağlı sirli qalan məqamları aydınlaşdırmağa və təhlükələri əvvəlcədən öyrənib qarşısını almağa çalışırlar. Bu şirkətlər sırasında NASA və SpaceX şirkətləri ən çox tanınanlardır.
Kosmosun tədqiq edilməsi önümüzdə aydınlıq və geniş bir yol açır. Kainat dünyamızla məhdudlaşmır, canlılar yalnız bizim planetimizdəkilərlə kifayətlənmir. Texnologiyanın inkişafı sayəsində biz bütün bunları ətraflı şəkildə araşdırmağı bacarırıq. Sirli qalan məqamlar çoxdur, lakin keçmişə dönüb baxdıqda xeyli irəli getdiyimizi də görə bilirik.
Tarixi araşdırsaq, bir çox asteroid hadisələri ilə qarşılaşa bilərik. Bu günə qədər hər birimiz ciddi təhlükəli olan asteroidlər qarşısında çarəsiz idik. Xəbərlərdə yaxınlaşan asteroidin Yerlə toqquşması təhlükəsini eşidəndə təəssüfdən başqa əlimizdən heç bir şey gəlmirdi.
Keçmiş dövrdə asteroidlər Yer üzündəki həyata böyük təsir göstərirdi. Ən məşhur toqquşma: 66 milyon il əvvəl Meksikanın Yukatan yarımadasında 10 km enində “Chicxulub” krateri bir neçə milyard atom bombası enerjisinə malik bir partlayış yaratdı və bütün quruda yaşayan dinozavrlar da daxil olmaqla, bitki və heyvan növlərinin 75%-nin məhvinə səbəb oldu. Kiçik asteroidlərin yaratdığı təhlükəyə misal olaraq isə göstərə bilərik ki, 15 fevral 2013-cü ildə Rusiyanın Çelyabinsk şəhəri yaxınlığında qayalı cismin Yer atmosferinə nüfuz etməsi ilə yaranan partlayış 1500-dən çox insanın xəsarət almasına səbəb olmuşdu.
Lakin artıq tarix dəyişdi. Bəşəriyyətin yeni dövrü başlayır. NASA şirkəti planetimizin asteroidlərdən müdafiə sınağında uğurlu qurumu kimi tanındı.
Asteroidlərin keçmişdə planetimizə düşərək bir çox faciəvi hadisələrə səbəb olduqları ortadadır. Bunun qarşısını almaq üçün lazım olan texnologiya isə heç vaxt sınaqdan keçirilməyib. Bu məqsədlə 2021-ci ilin noyabrından müəyyən araşdırmalara başlanıldı. 2022-ci il sentyabrın 26-na keçən gecə 330 milyon dollarlıq pilotsuz kosmik gəmi “DART” (Double Asteroid Redirection Test - Cüt Asteroid Yenidən İstiqamət Testi) futbol stadionu böyüklüyündə Dimorfos asteroidi ilə toqquşaraq onun kosmosdakı orbitini dəyişdirməyi bacarıb. Bəşəriyyət ilk dəfə başqa bir səma cisminin yerini qəsdən dəyişdirə bildi. “DART” “Ulduz döyüşləri”ndən ilhamlanaraq Luke və Leia adları verilmiş iki kamera ilə təchiz edildi və görüntülər qeydə alınaraq nəzarətçilərə göndərildi. Bu hadisə canlı şəkildə yayımlandı.
Diametri 160 metr olan Dimorfos asteroidi Yerdən 6 milyon mil məsafədə yerləşirdi və planetimiz üçün heç bir təhlükə yaratmırdı. Lakin elm adamları mümkün asteroid təhlükəsini aradan qaldırmaq üçün Dimorfosu orbitindən yayındırmağı qarşılarına məqsəd qoydular. NASA misli görünməmiş bu sınaqla dünyamızı gələcək fəlakətdən qorumağa və Yer kürəsini qiyamət ssenarisindən müdafiə etməyə çalışdı.
Toqquşmadan qısa müddət sonra NASA planet elmi bölməsinin direktoru Lori Qleys bunu “bəşəriyyətin yeni erası” elan etdi:
“Bu, bizim potensial olaraq özümüzü təhlükəli asteroid zərbəsi kimi qorxuducu bir hadisədən qoruya biləcəyimiz bir dövrün başlanğıcıdır. Heyrətamiz bir hadisədir. Əvvəllər heç vaxt belə imkanlarımız olmayıb”.
Missiyanın tamamlanmasından sonra mətbuat konfransında “DART” alimləri toqquşmanı müvəffəqiyyətli adlandırdılar. Lakin xəbərdarlıq etdilər ki, kosmik gəminin Dimorfosun trayektoriyasını dəyişdirmək məqsədinə nail olub-olmadığını bilmək üçün təxminən 2 ay vaxt lazımdır. Elm adamları növbəti həftələri asteroidin sürətini, hərəkətlərini izləmək və hesablamalar aparmaq üçün sərf etdilər. Nəhayət, oktyabrın 11-də NASA dünyanı xilas etmək sınağının nəticələrini açıqlayaraq milyonlarla mil uzaqlıqda kiçik, zərərsiz bir asteroidin orbitini dəyişdirməyə müvəffəq olduğunu bildirdi.
Yer əsaslı teleskoplar daha sonra asteroidi tədqiq edəcək və onun orbitinin necə dəyişdiyini dəqiq müəyyənləşdirəcək. Bununla da, elm adamları oxşar toqquşmaların qarşısını almağı daha yaxşı araşdıra biləcəklər. NASA kainatın bizə göndərdiyi hər şeyə hazır olmağa çalışır.
Bundan əlavə, Avropa Kosmik Agentliyi 2024-ci ildə “Hera” adlı robot kosmik gəmisini “DART”ın asteroidlə toqquşmasını təhlil etmək üçün Dimorfosa göndərməyə hazırlaşır.
Astronomlar müasir nəsil teleskoplarla böyük asteroidlərin harada olduğunu görə bilirlər və aşkar edilmiş asteroidlərin heç birinin növbəti bir neçə yüz il ərzində planetimizə tərəf gəlməyəcəyini qeyd edirlər. Lakin bir çox kiçik asteroidləri aşkar etmək mümkün deyil və onlar hələ də bütün şəhərləri məhv etmək, böyük əraziləri viran etmək üçün kifayət qədər böyükdürlər. “DART” bu təhlükələrlə mübarizə aparmaq üçün düzgün texnologiyaya malik olduğumuzu göstərdi.
Bu, gələcək “qatil qayanın” qarşısını almaq üçün böyük bir addımdır.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

