Həyat və ölüm bəxş edən silah tanrıların hədiyyəsidirmi?
11.01.2022 [10:48]
Qədim yaylar 7000 dollara satılırmış
İlhamə
Ən qədim dövrlərdən bəri döyüş və ov aləti kimi istifadə edilən yay və ox Qədim Mesopotamiyada və eləcə də türk xalqları arasında güc simvolu olaraq görülürdü. Həyat və ölüm bəxş edən ox və yay qədim türklərdə həmişə müqəddəs hesab olunub. Müxtəlif xalqların inancına görə, yay və ox tanrının hədiyyəsidir. Elə müsəlmanlarda da bu inanc var. Bəzi mənbələrdə ox və yayın Allah tərəfindən Həzrəti Adəmə hədiyyə edildiyi bildirilir. Rəvayətə görə, Adəm peyğəmbər əkdiyi toxumu yeyən qarğalarla mübarizə apara bilməyərək, Allaha şikayət edir, Cəbrayıl mələk də ona ox və yay düzəltməyi öyrədir, sonra ona “nuş ab” və ya “nuşşa abba” əmrini verir, yəni bu oxla qarğanı vur. Əhdi-Ətiqdə İsmayıl peyğəmbərin yaxşı oxatan olduğu qeyd olunur.
Hədislərdə Məhəmməd peyğəmbərin “oxun üç nəfərin behiştə girməsi üçün vasitə olacağı”nı buyurduğu bildirilir. Bu 3 nəfərin oxu hazırlayan, atan və işlək vəziyyətdə bir başqasına hədiyyə edən şəxs olduğu deyilir. Topkapı Sarayında Müqəddəs Əmanətlər bölməsində peyğəmbərimizə məxsus ox və yay saxlanılır. Bəni Kaynuka döyüşündən sonra Məhəmməd peyğəmbərə qənimət olaraq 3 yay qalmışdı.
Tüfəng geniş yayılana qədər ox və yay ən güclü döyüş vasitəsi kimi istifadə edilmişdi. Sonra Koroğlu demiş tüfəng gəldi, mərdlik zamanı getdi.
Dünyanın ən mükəmməl oxçularının Osmanlı ordusunda yetişdirilən Yeniçərilər olduğu deyilir. Onların istifadə etdiyi peşəkar silahların Samuray qılıncları ilə eyni keyfiyyətdə olduğu da söylənilir.
Osmanlı ox və yayları qədim türklərin istifadə etdiyi texnologiya ilə hazırlanır, hazırlanması da 2 il çəkirdi. Bu uzun müddət yayın hazırlanmasında istifadə olunan oduncağın, kirişin, buynuz və sinirlərin quruması və alətin qüsursuz, xətasız atışı üçün vacib idi. Əvvəlcə yay üçün kəsilib doğranmış odun su buxarında bişirilirdi ki, yumşalsın, əymək mümkün olsun. Su buxarında onun 2 ay bişməsi tələb olunurdu. Taxta parçaları yapışqanla bir-birlərinə bərkidildikdən sonra 2 həftə qurumasını gözləmək lazım gəlirdi. Yay hazırlamaq üçün uyğun mövsümləri gözləmək lazım idi. Məsələn, ağacı yonmaq üçün payız, parçaları birləşdirmək üçün qış, kiriş bağlamaq üçün yay, yayın üzərinə sinir döşəmək üçün bahar əlverişli zaman sayılırdı. Beləcə ox o qədər möhkəm olurdu ki, onun yayını çəkmək də hər igidin işi deyildi. Bunun üçün güclü qol lazım idi.
Bu qədər uzun müddətə hazırlanmış bir silahı ələ almaq üçün də xüsusi oxçular yetişdirilirdi. Osmalı ordusunda oxçuların (kamançıların) 10 il ərzində peşəkar səviyyəyə çatdığı qeyd edilirdi. Ən sonda yayın üzərinə kəl və ya dağ keçisi buynuzundan örtük, üzlük yapışdırılırdı. Bu həm ağacın möhkəmliyini, həm də sürətli atışı təmin etmək üçün idi. Yay başlarının üzərinə ustanın adı və hazırlandığı tarix yazılırdı. Bu da ustanın öz əl işinə məsuliyyətini artırırdı.
Peşəkar döyüşçülərin oxları bir-birlərinə simmetrik bərkidilmiş iki qövsvarı ağac parçasından ibarət olurdu. Ağacın iç tərəfinə təbii yapışqanlarla heyvan damarları, ağac sinirləri, üst tərəfdən də kəl buynuzu yapışdırılırdı. Sadə kəndlilərin ox-yayları, sadəcə əyilmiş ağacdan ibarət idi. Yayın kiriş deyilən hissəsi də kəl dərisindən hazırlanmış möhkəm, incə ipdən hazırlanırdı.
Silahın ikinci hissəsi ox idi. Ox gövdələri ağacdan və ya qamışdan hazırlanırdı. Şam, vələs, fıstıq, qoz kimi yüngül və sərt ağaclara üstünlük verilirdi. Fıstıq ağacından həm yay, həm də ox istehsalında geniş istifadə olunurdu. Ox hazırlamaq da çox vaxt aparan bir iş idi. Qırılmış, düz budaqların quruması zaman alırdı. Oxların rahat hərəkət etməsini təmin etmək üçün arxa tərəfinə adətən qu quşu, qarğa və ya göyərçin lələklərindən düzəldilmiş quyruq bağlanırdı. Dədə Qorqud kitabında üç lələkli fıstıq ağacından hazırlanmış oxdan bəhs edilir. Sonralar oxların ucuna dəmir ucluqlar taxılmağa başladı. Osmanlılarda oxların istifadə məqsədinə görə tirkeş (müharibə), təlim, puta (hədəf), uzaq məsafəni vurmaq üçün pişrev, yeksuvar, zərgərdan, yaxın məsafəni vurmaq üçün qarabat, od, tatar kimi növləri var idi.
Oxun atışını asanlaşdırmaq və əlin sürüşməsinin qarşısını almaq üçün yayın qulpuna dəri sarınır, yaralanmaması üçün sağ əlin baş barmağına “zıhgir” adlı üzük taxılırdı. “Oxatan üzüyü”, “iffət üzüyü”, “tirkeş üzüyü” və “kemankeş üzüyü” kimi də tanınan zıhgir baş barmağa taxılır. Hər igidin, hər bəyin özünə məxsus zihgiri olurdu, bunu bir növ onun möhürü də adlandırmaq olardı. Yəni iiidlər öz zihgirləri, oxları ilə tanınardılar. Zihgir metal, dəri, buynuz kimi materiallardan hazırlanırdı.
Ox yayla bağlı qədim dövrlərdə kamankeşlik adlı bir igidlik (idman) yarışları da mövcud idi. Heç bir el şənliyi, toy bu yarışlarsız keçməzdi. Ən güclü, ən uzağa ox atan insan olaraq tarixə Osmanlı yeniçərisi Tozkoparan İskəndər düşüb. Onun atdığı ox 846,5 metr məsafədə hədəfi vurub ki, indiyəcən bu rekordu heç kim yeniləyə bilməyib.
Oxlar çiyinə asılan və saqqal, tirkeş, ox torbası, kübur adlanan xüsusi qablarda daşınırdı.
Avropalılar türklər kimi yay və oxların hazırlanmasına uzun zaman sərf etmir, sadə və praktik oxlardan istifadə edirdilər.
İndi də qədim üsullarla yay və oxlar hazırlanır. Əldə hazırlanmış bu silahların qiyməti 2000-7000 dollar arasında dəyişir. Əgər yayın üzəri qızıl və müxtəlif qiymətli daşlarla bəzədilərsə, qiyməti daha da yüksəlir. “Bu qiymətə qədim silah kimə lazımdır?” deməyin. Oxatma yarışları yenə keçirilir və əldə hazırlanmış ox və yaylar belə yarışlarda idmançının qüruru, fəxri sayılır. Həm qədim ənənələrlə əldə hazırlanmış belə nümunələri kolleksionerlər baha qiymətə böyük məmnuniyyətlə alırlar.
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20

