2026-cı ildə elektron cihazların qiymətləri bahalaşa bilər
05.01.2026 [20:53]
Bu il qlobal bazarda gündəlik istifadə olunan bir çox elektron cihaz qiymətlərində artım gözlənilir.
AZƏRTAC xəbər verir ki, buna əsas səbəb bir vaxtlar ən ucuz kompüter komponentlərindən biri olan RAM-in (Random Access Memory) qiymətinin 2025-ci ilin oktyabr ayından etibarən iki dəfədən çox bahalaşmasıdır.
RAM kompüterlər, mobil telefonlar, “ağıllı televizor”lar və tibbi avadanlıqlar da daxil olmaqla demək olar ki, bütün müasir elektron cihazların əsas komponentlərindən biridir. RAM olmadan bu cihazların işləməsi mümkün deyil.
Mütəxəssislərin fikrincə, süni intellekt texnologiyalarının sürətlə yayılması və bu sahədə fəaliyyət göstərən iri məlumat mərkəzlərinə tələbatın kəskin artması RAM bazarında ciddi təzyiq yaradıb. Nəticədə tələb təklifi üstələyib ki, bu da qiymətlərin yüksəlməsinə səbəb olub.

Qeyd olunub ki, bulud xidməti təminatçıları 2026–2027-ci illər üçün yaddaş ehtiyaclarını indidən təmin etməyə çalışırlar. Mövcud istehsal gücü “Amazon”, “Google” və digər iri məlumat mərkəzlərinin planlaşdırdığı səviyyəni qarşılamaq üçün kifayət etmir. Bəzi tədarükçülər gələcəkdə qiymətlərin daha da artacağı gözləntisi ilə qiymət təklifini dayandırıblar. Bu isə bazarda nadir rast gəlinən haldır.
Mütəxəssislərin sözlərinə görə, kompüterlərdə yaddaş adətən ümumi istehsal xərclərinin 15–20 faizini təşkil etdiyi halda, hazırkı qiymət artımı bu göstəricini 30–40 faizə qədər yüksəldib. Mövcud marjlar isə bu artımı kompensasiya etməyə imkan vermir. Nəticədə 2026-cı ildə istehlakçılar daha bahalı cihaz almaq və ya daha zəif texniki göstəricilərə malik məhsullara üstünlük vermək arasında seçim etməli olacaq. Bazar müşahidələri 2026–2027-ci illərdə qlobal miqyasda qiymət və tədarük problemlərinin davam edəcəyini göstərir.
Bəzi böyük istehsalçılar isə artıq istehlak bazarından çəkilməyə başlayıblar. Ən böyük RAM satıcılarından biri olan “Micron” şirkəti 2025-ci ilin dekabrında süni intellekt sektoruna fokuslanmaq məqsədilə “Crucial” markasının satışını dayandıracağını açıqlayıb.
Hesablamalara görə, 2026-cı ildə 16 GB RAM-a malik tipik notbukun istehsal xərci 40–50 dollar arta bilər. Smartfonların istehsal xərclərində isə təxminən 30 dollar artım gözlənilir.
Qiymət artımı istehlakçı davranışlarına da təsir göstərəcək. İstifadəçilər ya daha yüksək performans üçün daha çox ödəniş etməli, ya da bir müddət köhnə texnologiyalarla kifayətlənməli olacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

