Kiberhücumların qarşısını necə almalıyıq?
20.11.2024 [18:10]
Kibertəhlükəsizlik müasir dövrdə dövlətlərin, özəl sektorun və fərdi şəxslərin rəqəmsal mühitdə təhlükəsiz fəaliyyətinin əsas şərtidir. Azərbaycanda bu sahə milli təhlükəsizlik prioritetlərindən biri kimi qəbul edilib. Qeyd edək ki, dövlət və özəl sektor arasında əməkdaşlıq, müasir texnologiyaların tətbiqi və beynəlxalq təcrübənin mənimsənilməsi ölkədə kibertəhlükəsizliyin inkişafını təmin edən əsas amillərdir.
Kibertəhlükəsizlik üzrə mütəxəssis Elnur Atayev "Yeni Azərbaycan" a açıqlamasında bildirib ki, Azərbaycanda kibertəhlükəsizliyi təmin etmək üçün xüsusi hüquqi bazanın formalaşdırılması və daim təkmilləşdirilməsi davam etdirilir. O qeyd edib ki, Milli Kibertəhlükəsizlik Strategiyası (2019–2024) dövlətin bu sahədəki məqsədlərini və prioritetlərini müəyyən edir: "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanun informasiya sistemlərinin və rəqəmsal infrastrukturun qorunmasını təmin edir. Şəxsi məlumatlar haqqında qanun isə fərdi məlumatların qorunması məqsədilə hazırlanıb".
Müasir dövrdə Azərbaycanda kibertəhlükəsizliyi təmin etmək üçün müasir texnoloji həllər geniş şəkildə tətbiq edilir.
E. Atayev bildirib ki, dövlət və özəl sektor müxtəlif təhlükəsizlik sistemlərindən istifadə edərək rəqəmsal infrastrukturun qorunmasını və məlumatların məxfiliyini təmin edir. Onun sözlərinə görə, Azərbaycan kibertəhlükəsizlik sahəsində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir: "ITU və FIRST kimi beynəlxalq şəbəkələrdə iştirak ölkədə kibertəhlükəsizliyin gücləndirilməsində mühüm rol oynayır və eyni zamanda qonşu ölkələrlə informasiya təhlükəsizliyi sahəsində məlumat mübadiləsi həyata keçirilir. Elə bunun nəticəsidir ki, Beynəlxalq əməkdaşlıq çərçivəsində əldə olunan biliklər və texnologiyalar Azərbaycanda kibertəhlükəsizlik sahəsinin inkişafına mühüm töhfə verir".
Araşdırmalar göstərir ki, enerji, maliyyə və kommunikasiya sektoru kimi kritik infrastrukturların kibertəhlükəsizliyinin təmin olunması prioritet məsələlərdəndir. Ölkəmizdə hücumların operativ aşkarlanması və qarşısının alınması üçün təhlükəsizlik əməliyyat mərkəzləri fəaliyyət göstərir. Belə yanaşma strateji infrastrukturların davamlı fəaliyyətini və rəqəmsal təhlükəsizliyini təmin edir.
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

