Regionlarda əhalinin içməli su təminatı yaxşılaşır
15.03.2017 [10:06]
Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən 2017-ci ildə 18 rayonda 64 min nəfərdən çox əhalisi olan 100 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması nəzərdə tutulub
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 24 fevral 2017-ci il tarixində “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” müvafiq Sərəncam imzalayıb. Sərəncamda vurğulanır ki, Azərbaycanda əhalinin keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş ardıcıl tədbirlər nəticəsində 2007-2016-cı illərdə 24 rayon üzrə əhalisinin sayı 620 min nəfərdən çox olan 384 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılıb və 6143 ədəd supaylayıcı məntəqə tikilərək istifadəyə verilib.
Ölkə üzrə bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək. Dövlət başçısının imzaladığı Sərəncamda Kür və Araz çaylarının sularından, habelə digər su mənbələrindən istifadə edən ölkə əhalisinin keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədi ilə 18 rayonun 64 min nəfərdən çox əhalisi olan 100 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 16,0 (on altı) milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Azərbaycan əhalinin etibarlı su təchizatına nail olmağı strateji hədəf kimi qarşıya qoyub
Hazırda bütün dünya üzrə su təchizatı ilə bağlı statistika heç də ürəkaçan deyil. Ehtiyatların qeyri-bərabər paylanması, qlobal istiləşmə, ayrı-ayrı regionlarda davamlı olaraq müharibə risklərinin artması və bir sıra hallarda mənbələrin siyasi təzyiq vasitəsinə çevrilməsi ölkələrin su təchizatı ilə bağlı yeni çağırışlar meydana çıxarıb. Verilən məlumatlarda hazırda Yer üzündə təxminən 1,5 milyard nəfərin içməli su çatışmazlığından əziyyət çəkdiyi bildirilir. BMT qlobal miqyasda su çatışmazlığı ilə bağlı xüsusi hesabat yayıb. Həmin hesabatda vurğulanır ki, dünyada su çatışmazlığından əziyyət çəkən insanların sayı durmadan kəskin şəkildə artır. Mütəxəssislər BMT-nin hesabatına əsasən 2050-ci ildə 65 ölkədə 10 milyard nəfərə yaxın insanın su çatışmazlığı problemi ilə üz-üzə qalacağını proqnozlaşdırırlar.
Su çatışmazlığı problemi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının məlumatı da həyəcan təbili çalmağa ciddi əsaslar verir. Qurumun rəsmi məlumatına əsasən, hər gün dünyada diareya xəstəliyindən 5 min uşaq ölür, yəni hər 17 saniyəyə bir uşaq həyatla vidalaşır. İçməli suyun keyfiyyət göstəriciləri də ciddi aktuallıq daşıyır. ÜST bildirir ki, müxtəlif ölkələrdə xəstəliklərin təxminən 80 faizi keyfiyyətsiz su ilə qidalanma səbəbindən yaranır və nəticədə, hər il 3 milyon insan dünyasını dəyişir.
Yuxarıda deyilənlər baxımından Azərbaycanın bütün ölkə boyu əhalinin etibarlı su təchizatına nail olunmasını strateji hədəf kimi müəyyənləşdirməsi böyük aktuallıq daşıyır. Azərbaycan bu sahədə də özünün dərinməzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir. Məlumdur ki, su layihələrinə yönəldilən investisiyalar geri qayıtmır. Bununla belə, sosial dövlət olan Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq respublikanın bütün şəhər və rayonlarında irimiqyaslı su layihələrinin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır və bu layihələrin reallaşdırılmasına lazımi qədər vəsait ayrılır. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində diqqəti bir daha ölkəmizin bəhs olunan strateji hədəfinə yönəldərək vurğulayıb: “Azərsu” ASC-nin qarşısına məqsəd qoyulmuşdur ki, bir neçə il ərzində bütün şəhərlərimizin içməli su və kanalizasiya layihələri tam icra edilsin. Əhaliyə 24 saat fasiləsiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilsin. Biz bu hədəfə doğru irəliləyirik. Hər il bir çox şəhərlərimizdə içməli su layihələri istifadəyə verilir. Hazırda Bakının fasiləsiz su təminatı 80 faizə çatmışdır. Ölkə üzrə isə bu göstərici təxminən 65 faizdir. Bu, daha da artmalıdır”.
2016-cı ildə 134 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib
Respublikamızda 2004-cü ildən start verilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində ölkənin bütün bölgələrində çoxlu sayda su-kanalizasiya layihələri həyata keçirilib. Bu baxımdan 2016-cı il də istisna təşkil etməyib. Ötən il ayrı-ayrı rayonlarda yeni su layihələrinin icrası tamamlanıb və nəticədə fasiləsiz rejimdə içməli su alan əhalinin sayı əhəmiyyətli dərəcədə artıb. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verərək bildirib ki, son bir ildə respublikanın regionlarında 825 kilometr su, 541 kilometr kanalizasiya xətti çəkilib, 32 artezian quyusu qazılıb, 27 su anbarı inşa olunub. Əhalisi 120 min nəfərdən çox olan 5 şəhərdə su təchizatı layihəsi başa çatıb, 100 min nəfəri əhatə edən 56 yaşayış məntəqəsində modul tipli sutəmizləyicisi quraşdırılıb.
Görülmüş işlər nəticəsində 143 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 134 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Bununla da fasiləsiz içməli su ilə təmin olunanların xüsusi çəkisi Bakı şəhərində 80,6 faizə, ölkə üzrə 65,6 faizə yüksəlib.
Regionlarda yeni su layihələrinin icrası intensiv şəkildə davam etdirilir
Yuxarıda vurğulandığı kimi, respublikamızda yeni su layihələrinin həyata keçirilməsi davamlı xarakter daşıyır. Regionlarda yeni su layihələrinin icrası bundan sonra da davam etdiriləcək. “Azərsu” ASC-dən verilən məlumatda bildirilir ki, 2017-ci ildə Xırdalan və Qazax şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasına başlanılacaq. Gəncə, Şəki, Beyləqan, Ağcabədi, Tərtər, Gədəbəy, Xaçmaz, Xızı, Qobustan, Naftalan şəhərlərində tullantı sutəmizləyici qurğuları tikiləcək.
Hazırda Gəncə şəhərində “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində genişmiqyaslı işlər həyata keçirilir. Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutan “Açıq Kommunal İnfrastruktur Proqramı II” çərçivəsində Azərbaycan Respublikası hökuməti və Almaniyanın KfW Bankı arasında 25 sentyabr 2006-cı il tarixdə “Ssuda Müqaviləsi” imzalanıb. Layihə çərçivəsində məsləhət xidmətlərinin cəlb edilməsi və Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının bir hissəsinin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikası və İsveçrə Konfederasiyası hökuməti arasında 25 sentyabr 2006-cı il tarixdə “Kommunal İnfrastruktur I və II” layihəsi üzrə Maliyyə yardımının göstərilməsinə dair Qrant sazişi imzalanıb. Layihənin 2-ci və 3-cü mərhələlərinin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikası Hökuməti ilə Almaniyanın KfW Bankı arasında 20 dekabr 2012-ci il tarixdə 100 milyon avro həcmində Kredit Sazişi və 2 milyon avro həcmində Maliyyələşdirmə Müqaviləsi imzalanıb
“Azərsu” ASC-dən verilən məlumatda bildirilir ki, “Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi Gəncə şəhəri ilə yanaşı, Göygöl rayonunun Murovdağ qəsəbəsi, Hacıməlik və Mollacəlilli kəndlərini əhatə edir və 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Gəncə şəhərini içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya mənbələri və Şəmkirçay su anbarı seçilib.
Layihənin birinci mərhələsi çərçivəsində işlərə 2011-ci ilin sentyabrında başlanıb, Göygöl su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan yeni drenaj sistemi yaradılıb, Gəncə şəhərində həcmi 4000 kubmetr olan su anbarı tikilib və mənbədən anbara qədər 24,5 km uzunluğunda magistral kəmər çəkilib.
Layihənin ikinci mərhələsində Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılıb, mənbənin məhsuldarlığı saniyədə 250 litrə çatdırılıb. Bu mərhələ çərçivəsində 4 km uzunluğunda magistral kəmər, ümumi tutumu 12000 kubmetr olan 3 ədəd anbar və 5,5 km uzunluğunda anbarlararası xətt inşa edilib.
Gəncə şəhərinin içməli su tələbatının böyük hissəsi Şəmkirçay su anbarının yaxınlığında tikilən sutəmizləyici qurğudan təmin ediləcək. Layihəyə əsasən bu mənbədən şəhərə saniyədə 1200 litr su veriləcək.
Gəncə şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması layihəsinə əsasən 855 km paylayıcı su xəttinin, 813 km kanalizasiya şəbəkəsinin yaradılması nəzərdə tutulub. Gəncə şəhərində yaranacaq tullantı suları gələcəkdə Samux rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 150 min kubmetr olacaq təmizləyici qurğuda zərərsizləşdiriləcək. Layihə üzrə tikinti-quraşdırma işlərinin 2018-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Yeni su layihələrindən biri də Ucar rayonunun Rəstəcə kəndində həyata keçirilir. Tutumu 3000 kubmetr olan su anbarının və xlorafor binasının inşası cari ilin sonunadək başa çatdırılacaq. Həyata keçirilən layihə sakinlərin içməli su təchizatında mühüm əhəmiyyət kəsb edəcək.
Ağsu rayonunun Külüllü kəndi ərazisindən kəmərlə gətirilən su anbara vurulacaq, təmizlənəcək və nasoslarla Ucar şəhərinə, Gəraybəyli kəndinə və Qarabörk kəndinin bir hissəsinə ötürüləcək. Təmizlənmiş su quraşdırılacaq 6 nasos vasitəsilə yaşayış məntəqələrinə veriləcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

