Kağızdan monitora...
25.02.2026 [12:17]
Təhsilin rəqəmsal inqilabı!
Yeni dövr başlayır
Texnologiyalar həyatımızın bütün sahələrinə təsir göstərib. Bu gün təhsilin elektronlaşması, yəni tədris prosesinin rəqəmsal texnologiyalar vasitəsilə həyata keçirilməsi dünyanın bir çox ölkəsində əsas təhsil modelinə çevrilməkdədir. Ənənəvi sinif otaqları tədricən virtual platformalarla əvəz olunur, dərsliklər elektron kitablara çevrilir, müəllim və şagird arasındakı ünsiyyət isə onlayn mühitdə davam edir.
Dünya təcrübəsindən nümunələr
Estoniya rəqəmsal transformasiyanın liderlərindəndir. Buradakı məktəblərdə elektron gündəlik və qiymətləndirmə sistemi, onlayn dərs resursları, rəqəmsal şəxsiyyət vəsiqəsi ilə təhsil xidmətlərinə giriş mövcuddur.
Pandemiya dövründə Estoniya təhsili demək olar ki, fasiləsiz davam etdirdi. Çünki sistem artıq hazır idi.
Finlandiya: Texnologiya + pedaqogika
Finlandiya rəqəmsal vasitələri sadəcə texniki yenilik kimi deyil, pedaqoji yanaşma kimi tətbiq edir. Burada şagirdlər layihə əsaslı öyrənir, kodlaşdırma erkən yaşdan tədris olunur, müəllimlər rəqəmsal bacarıqlar üzrə davamlı təlim keçirlər.
Cənubi Koreya - Tam rəqəmsal dərsliklər
Cənubi Koreya kağız dərslikləri mərhələli şəkildə elektron kitablarla əvəz edib. Şagirdlər planşet vasitəsilə video izahları izləyir, interaktiv testlər həll edir, müəllimlə real vaxtda əlaqə saxlayırlar. Bu yanaşma həm çanta yükünü azaldır, həm də öyrənməni daha cəlbedici edir.
Dünən “Təhsilin rəqəmsallaşması” mövzusunda brifinq keçirilib. Tədbir Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin təşkilatçılığı ilə baş tutub. Brifinqdə ölkənin təhsil sistemində rəqəmsal transformasiya istiqamətində görülən işlər, tətbiq edilən yeni texnoloji həllər, elektron xidmətlərin genişləndirilməsi və rəqəmsal platformaların inkişaf perspektivləri barədə ətraflı məlumat verilib.
Tədbir çərçivəsində həmçinin təhsil sahəsində innovativ yanaşmaların tətbiqi, idarəetmədə informasiya texnologiyalarının rolu, eləcə də gələcək layihələr və prioritet istiqamətlər media nümayəndələrinin diqqətinə çatdırılıb.
Şagirdlərin 80 faizdən çoxu internetə çıxış imkanına malikdir
Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov bildirib ki, 2020-ci ildən etibarən məktəblərdə daha yaxşı internet və kompüterlərlə təminat həyata keçirilir. O, qeyd edib ki, hazırda şagirdlərin 80 faizdən çoxu internetə çıxış imkanına malikdir: “Hər il nazirlik tərəfindən 40-50 min kompüter məktəblərə verilərək təhsil müəssisələrinin texniki infrastrukturunun gücləndirilməsi təmin olunur”.
V.Xanlarov qeyd edib ki, təhsil xidmətləri “myGov” platformasına inteqrasiya olunub, rəqəmsal məzmun istifadəçilərinin sayı 530 minə çatıb: “Azərbaycanda təhsilin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 8 növ təhsil xidməti “myGov” (mobil və veb-portal) platformasına inteqrasiya edilib. Platforma vasitəsilə vətəndaşlar müxtəlif məlumatları əldə edə bilirlər. Hazırda 3 elektron xidmət icra olunur. Bunlara ali və orta ixtisas təhsili pillələri üzrə təhsilalanların köçürülməsi, ali və orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin elektron qeydiyyatı, eləcə də məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qəbulu daxildir”.
V.Xanlarov bildirib ki, 40-dan çox informasiya sistemi və informasiya ehtiyatı Vahid Giriş Sisteminə - MyGovID/SİMA-ya qoşulub, bütün informasiya sistemləri və ehtiyatlar Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilib.
Müəllimlər üçün hazırlanmış süni intellekt aləti
İdarə rəisi bildirib ki, “Microsoft” və Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə müəllimlərə dəstək üçün hazırlanmış “Copilot” tətbiqi təhsil mühitinin tələblərinə uyğunlaşdırılmış süni intellekt alətidir.
O, vurğulayıb ki, bu texnologiya tədris materiallarının hazırlanmasına, mürəkkəb mətnlərin təhlilinə, dərslərin planlaşdırılmasına, ideyaların strukturlaşdırılmasına, rəqəmsal məzmunun yaradılmasına imkan verir.
Bütün təhsil sənədləri elektronlaşdırılacaq
V.Xanlarovun sözlərinə görə, bu tədris ilindən etibarən süni intellekt daha geniş tətbiq ediləcək. O, qeyd edib ki, tədris ilinin sonunda təhsil sənədləri elektron şəkildə qəbul ediləcək: “Bu məsələ ilə bağlı hazırda işlər görülür. Bütün təhsil sənədləri tamamilə elektron şəkildə olacaq. Bir neçə ay ərzində, əgər şagirdlərə sənəd lazım olarsa, kağız şəklində verilə bilər. Lakin bu tədris ili başa çatdıqdan sonra bütün sənədlər yalnız elektron formada veriləcək. Bu, sənədlərin təqdim edilməsini daha sürətli və təhlükəsiz edəcək. Əvvəllər sənədlər aylarla gözlənilirdi, amma indi elektron sistem vasitəsilə 10 gün ərzində əldə edilə biləcək”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxMədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49
Dünya
20 Oktyabr 20:42
Mədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15
YAP xəbərləri
20 Oktyabr 14:52
Dünya
20 Oktyabr 14:52
YAP xəbərləri
20 Oktyabr 14:30
Dünya
20 Oktyabr 14:28
İdman
20 Oktyabr 14:21
Hadisə
20 Oktyabr 14:14
Elm
20 Oktyabr 14:13
İqtisadiyyat
20 Oktyabr 14:13
YAP xəbərləri
20 Oktyabr 13:50
YAP xəbərləri
20 Oktyabr 13:47
İdman
20 Oktyabr 13:47
Dünya
20 Oktyabr 13:24
Dünya
20 Oktyabr 12:41
İqtisadiyyat
20 Oktyabr 12:39
Elm
20 Oktyabr 12:28
Dünya
20 Oktyabr 11:45
İqtisadiyyat
20 Oktyabr 11:42
İqtisadiyyat
20 Oktyabr 11:15
YAP xəbərləri
20 Oktyabr 11:03
İqtisadiyyat
20 Oktyabr 10:59
YAP xəbərləri
20 Oktyabr 10:29
Analitik
20 Oktyabr 10:23
YAP xəbərləri
20 Oktyabr 10:15
Dünya
20 Oktyabr 10:12
Gündəm
20 Oktyabr 10:05
Dünya
20 Oktyabr 09:50
YAP xəbərləri
20 Oktyabr 09:47
Analitik
20 Oktyabr 09:41
Gündəm
20 Oktyabr 09:30
YAP xəbərləri
20 Oktyabr 09:28
Sosial
20 Oktyabr 09:17
İqtisadiyyat
20 Oktyabr 08:51
Sosial
20 Oktyabr 08:36
Gündəm
20 Oktyabr 08:12
İdman
19 Oktyabr 23:17
Dünya
19 Oktyabr 22:55
Dünya
19 Oktyabr 22:12
Sosial
19 Oktyabr 21:49
Dünya
19 Oktyabr 21:13
Mədəniyyət
19 Oktyabr 21:09
Dünya
19 Oktyabr 20:41
İdman
19 Oktyabr 20:19
Siyasət
19 Oktyabr 20:18
YAP xəbərləri
19 Oktyabr 19:06
İqtisadiyyat
19 Oktyabr 18:53

