Media Savadlılığı Həftəsi davam edir...
18.12.2025 [10:30]
Dezinformasiya ilə mübarizədə dinləmələr keçirilib
Azərbaycanda dekabrın 15-dən etibarən Media Savadlılığı Həftəsi başlayıb. Həftə dekabrın 22-dək Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçiriləcək.
Media Savadlılığı Həftəsinin keçirilməsində məqsəd cəmiyyətdə media savadlılığının artırılması, dezinformasiya ilə mübarizədə maarifləndirmənin və həmrəyliyin gücləndirilməsidir. Eyni zamanda, həssas istifadəçi qrupu hesab edilən və bir çox hallarda zərərli məlumatların təsirinə məruz qalma ehtimalı yüksək olan yeniyetmə və gənclərin media savadlılığı mövzusunda bilik və bacarıqlarının təkmilləşdirilməsi, müxtəlif tərəflər arasında koordinasiya və əməkdaşlığın genişləndirilməsi əsas məqsədlərdən biridir.
Xatırladaq ki, 2022-ci ildən etibarən hər ilin dekabr ayında təşkil edilən, müxtəlif hədəf qruplarına yönəlmiş təlim və inkişaf proqramlarının, maarifləndirmə və təbliğat tədbirlərinin, müxtəlif kampaniyaların keçirildiyi Həftə çərçivəsində bu il də geniş auditoriyanın əhatə olunması, məlumatların daha çox şəxsə çatdırılması məqsədilə silsilə tədbirlərin görülməsi planlaşdırılır.
2500-ə yaxın şagird üçün açıq dərslər keçilib
Medianın İnkişafı Agentliyi və Elm və Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə “Media Savadlılığı” Həftəsi çərçivəsində Bakı şəhəri üzrə 12 ümumi təhsil müəssisəsində 2500-ə yaxın şagird üçün media savadlılığı mövzusunda məlumatlandırma sessiyaları və açıq dərslər təşkil edilib.
Sözügedən məlumatlandırma sessiyaları və açıq dərslərdə Agentliyin təlimlərində iştirak etmiş 2 pilot və 10 məktəbdən ümumilikdə 20 müəllim media savadlılığı ilə bağlı təqdimat edib.
Gənclərin dezinformasiya qarşısında mövqe sərgiləməsi
Tədbirlərin açılış mərasimində Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri və strateji planlaşdırma şöbəsinin müdiri Mehriban Məmmədova çıxış edərək bildirib ki, müasir informasiya mühitində məlumat bolluğu fonunda xüsusilə şagirdlərin düzgün məlumatı seçmək, təhlil etmək və tənqidi yanaşmaq bacarıqlarının formalaşdırılması mühüm əhəmiyyət daşıyır. O, qeyd edib ki, media savadlılığının erkən yaşlardan aşılanması gənc nəslin dezinformasiya, yanlış məlumatlar və manipulyativ təsirlər qarşısında daha dayanıqlı mövqe sərgiləməsinə mühüm töhfə verir.
Keçirilən sessiya və dərslər zamanı şagirdlərə media savadlılığının əsas prinsipləri, informasiya mənbələrinin düzgün müəyyənləşdirilməsi, xəbərlərin sorğulayıcı qiymətləndirilməsi, faktların yoxlanılması və vizual materialların etibarlılığının araşdırılması ilə bağlı praktik biliklər təqdim olunub. Qeyd edək ki, təşkil olunan məlumatlandırma sessiyaları və açıq dərslərin məqsədi şagirdlərin media savadlılığı üzrə bilik və bacarıqlarının artırılması, doğru informasiya əldə etmək vərdişlərinin formalaşdırılması, informasiya məkanında təqdim olunan məzmunu müstəqil şəkildə təhlil edə bilmələrinə töhfə verməkdir.
Təlimlər Naxçıvanda davam edib
Həftə çərçivəsində Naxçıvan Muxtar Respublikasında “Media savadlılığı” mövzusunda təlimlər təşkil olunub.
Tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova bildirib ki, müasir dövrdə informasiyanın etibarlılığı məsələsi xüsusi aktuallıq kəsb edir. Onun sözlərinə görə, media savadlılığının təşviqi etibarlı informasiya məkanının formalaşdırılması baxımından vacib istiqamətlərdəndir.
“Regional İnkişaf” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Qasımlı bildirib ki, media savadlılığı gənclərin informasiya axınında düzgün qərarvermə bacarıqlarının formalaşdırılmasında mühüm rol oynayır. O, qeyd edib ki, bu kimi təşəbbüslər onların rəqəmsal mühitdə daha məsuliyyətli mövqe tutmasına şərait yaradır.
Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan filialının əməkdaşı Fatimə Yusifli isə çıxışında gənclərin media savadlılığı sahəsində biliklərinin artırılmasının onların informasiya mühitində daha fəal və məqsədyönlü iştirakına, eləcə də dezinformasiyaya qarşı dayanıqlılığın gücləndirilməsinə töhfə verdiyini vurğulayıb.
“Media Savadlılığı” Həftəsi çərçivəsində Naxçıvan Dövlət Universitetinin tələbələri üçün də təlim təşkil olunub. Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova tərəfindən mövzuya dair təqdimat keçirilib, iştirakçıların sualları cavablandırılıb və praktik nümunələr əsasında müzakirələr aparılıb.
Təlim zamanı Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin aparıcı mütəxəssisi Məmmədbağır Dünyamalıyev media savadlılığı, informasiya mənbələrinin etibarlılığı və rəqəmsal platformalarda yayılan məzmunun təhlili ilə bağlı fikirlərini bölüşüb.
Qeyd edək ki, keçirilən təlimlər gənclərin informasiya mühitində daha şüurlu və tənqidi yanaşma bacarıqlarının formalaşdırılmasına, eləcə də etibarlı informasiya məkanının təşviqinə töhfə vermək məqsədi daşıyır.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

