Rəqəmsal təhlükələrə qarşı...
31.07.2025 [11:12]
Kibertəhlükəsizliyin həyatımızda rolu böyükdür
Rəqəmsallaşan dünyada gündəlik həyatın demək olar ki, hər anında rəqəmsal sistemlərdən istifadə edilir. Mobil telefonlar, naviqasiya proqramları, ödəniş sistemləri və müxtəlif platformalar bu prosesin ayrılmaz hissəsini təşkil edir. Bu texnologiyaların həyatımıza daxil olması gündəlik işlərimizi daha rahat və səmərəli edir, vaxt və resurslarımızın idarə olunmasında mühüm rol oynayır. Lakin rəqəmsal inkişafın gətirdiyi üstünlüklərlə yanaşı, müəyyən risk və təhlükələr də meydana çıxır. Məhz buna görə də dövlət qurumlarının, özəl sektorun və fərdi istifadəçilərin rəqəmsal transformasiyanın davamlı və təhlükəsiz şəkildə reallaşması üçün kibertəhlükəsizlik məsələlərinə xüsusi diqqət verməsi son dərəcə vacibdir.
Dünən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü keçirilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə fəaliyyət göstərən Mərkəzin bu mərhələsində daha 100 nəfər kibertəhlükəsizlik üzrə təlimləri uğurla başa vuraraq məzun adını qazanıb. Tədbirdə nazir müavini Samir Məmmədov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov və digər nümayəndələr iştirak ediblər.
Qeyd edək ki, indiyədək Mərkəzdən ümumilikdə 380 nəfər məzun olub. Hazırda isə altıncı tədris dalğası çərçivəsində 60 tələbə təhsilini davam etdirir.
Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib
Tədbirdə çıxış edən Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bildirib ki, Azərbaycanın informasiya məkanının müasir təhdidlərdən qorunması artıq milli təhlükəsizliyimizin əsas istiqamətlərindən birinə çevrilib. Onun sözlərinə görə, sürətli rəqəmsallaşma fonunda kibertəhdidlərin sayı artır, yeni və daha mürəkkəb kibercinayət növləri yayılır: “Kibertəhlükəsizlik məsələsi qlobal miqyasda olduğu kimi, Azərbaycanda da getdikcə daha aktual xarakter alır. Dünya üzrə kibercinayətkarlığın dövlətlərə, iqtisadiyyata və cəmiyyətə vurduğu zərər artıq trilyon dollarlarla ölçülür. Məsələn, “Statista” platformasının hesablamalarına əsasən, kibercinayətkarlığın yaratdığı iqtisadi zərər 2025-ci ildə 10 trilyon ABŞ dolları olacaq. Bu rəqəmin 2029-cu ilə qədər 16 trilyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır”.
Nazir müavini qeyd edib ki, kibercinayətkarlar həm dövlət, həm də özəl sektoru hədəfə ala bilirlər, bu baxımdan heç bir qurum 100 ???? təhlükəsiz deyil: “Məhz buna görə şirkətlərdə, dövlət qurumlarında və xüsusilə də kritik infrastruktura malik müəssisələrdə kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış insan kapitalının, lisenziyalı proqram təminatlarının və antivirus sistemlərinin olması xüsusi əhəmiyyət daşıyır”.
Onun sözlərinə görə, kibertəhdidlər Azərbaycandan da yan keçmir: “Odur ki, dövlət rəhbərliyi səviyyəsində bu sahədə kompleks və strateji yanaşma formalaşdırılıb”.
Məqsəd gələcəyin mütəxəssislərini yetişdirməkdir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov bildirib ki, kibertəhlükəsizlik Mərkəzinin məqsədi təkcə bu günün deyil, gələcəyin mütəxəssislərini yetişdirməkdir.
O, dünyada sürətlə baş verən rəqəmsallaşma prosesləri fonunda kibertəhlükəsizliyin əhəmiyyətinin artdığını bildirib: “Mobil telefonlardan tutmuş ödəniş sistemlərinə qədər bütün həyatımız rəqəmsal texnologiyalarla əhatə olunub. Lakin bu inkişafla paralel olaraq müəyyən risk və təhlükələr də meydana çıxır. Ona görə də dövlət qurumlarının, özəl sektorun və fərdi istifadəçilərin kibertəhlükəsizlik məsələlərinə ciddi önəm verməsi vacibdir”.
Azərbaycanda kibertəhlükəsizlik mütəxəssisi hazırlamaq şərəfdir
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin qurucusu olan İsrailin “Technion” Universitetinin Davamlı Təhsil Mərkəzinin direktoru Moti Yeger qeyd edib ki, Azərbaycanda kibertəhlükəsizlik mütəxəssisi hazırlamaq şərəfdir: “Texnologiya sürətlə dəyişir, süni intellekt, maşın öyrənməsi, böyük verilənlər və kibertəhlükəsizlik kimi sahələr dinamik şəkildə inkişaf edir. Bu alətlər böyük imkanlar yaradır, lakin onlardan məsuliyyətli və diqqətli istifadə olunmalıdır”.
260-dan çox mütəxəssis hazırlanıb
M.Yeger bildirib ki, sözügedən təlim proqramı Azərbaycanla sıx əməkdaşlıq nəticəsində həyata keçirilir, proqram çərçivəsində bu günə qədər 260-dan çox kibertəhlükəsizlik mütəxəssisi hazırlanıb: “Proqram çərçivəsində hər biri 100 nəfərdən ibarət olan məzun qrupları formalaşdırılıb və artıq bir çox məzun Azərbaycanın formalaşmaqda olan kiberekosistemində mühüm vəzifələrdə çalışır”.
M.Yeger vurğulayıb ki, onların əsas fəlsəfəsi biliklərin açıq olması, lakin bu biliklərdən ağıllı şəkildə istifadə edilməsidir: “Məqsədimiz rəqəmsal dünyanı qorumağa qadir peşəkarlar yetişdirməkdir. Bu proqram məhz həmin məqsədə xidmət edir”.
Səlim
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə
“İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31

