İnkişafımızın düsturu...
30.04.2025 [09:23]
İctimai və dövlət maraqlarının balansı qorunur
Ölkəmizdə həyata keçirilən islahatlar kursu fonunda insan hüquqlarının müdafiəsi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti, o cümlədən təhsil, səhiyyə, mədəniyyət və innovasiyalar sahəsində xeyli nailiyyətlər əldə olunub. Bir sözlə, bütün sahələrin inkişafı milli maraqlar, xalqın rəyi nəzərə alınmaqla kompleks şəkildə həyata keçirilir. Ölkə rəhbəri rifah halının yüksəldilməsi, sosial sferanın, elmin və innovasiyanın təkmilləşdirilməsi istiqamətində qarşıya aydın məqsədlər qoyub. Bu cür təşəbbüslər respublikanı dünyanın inkişaf etmiş ölkələri sırasına çıxarmaq, milli iqtisadiyyatın beynəlxalq reytinqlərdə mövqeyini möhkəmləndirmək məqsədi daşıyır.
Ölkənin əsas məqsədlərdən biri də güclü vətəndaş cəmiyyətinin formalaşmasını təmin etməkdir. Məhz belə bir vətəndaş cəmiyyəti ictimai və dövlət maraqlarının səmərəli müdafiəsinə zəmanət verə, neqativ amillərin qarşısını ala bilər. Demokratik və hüquqi dövlət quruculuğu prosesinin mühüm tərkib hissəsi olan vətəndaş cəmiyyəti institutları milli birliyin daha da gücləndirilməsi işinə böyük töhfələr verir.
Azərbaycan eyni zamanda regionda sülhə, sabitliyə və iqtisadi rifaha nail olmağa yönəlmiş açıq və praqmatik xarici siyasət yürüdür. Bütün bunlar ictimai və dövlət maraqlarının müdafiəsinə kompleks zəmin yaradır. Vətəndaşların dövlətin və cəmiyyətin inkişaf proseslərində fəal iştirakı uğurla təmin edilir.
Milli maraqlar uğurla təmin edilib
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, ölkəmizdə ictimai və dövlət maraqlarının müdafiəsindən danışarkən, köklü modernləşməyə xüsusi diqqət edilməlidir. Eyni zamanda, bu barədə danışarkən demokratikləşmə sahəsində əldə olunan nailiyyətləri qeyd etməmək olmaz: “Bu gün islahatların gedişi barədə əhalinin və dünya ictimaiyyətinin geniş şəkildə məlumatlandırılması və onların həyata keçirilməsinə ictimai nəzarətin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Transformasiyaların səmərəliliyinin açarı vətəndaşların dövlətin və cəmiyyətin inkişaf proseslərində fəal iştirakıdır. Son illər bu unikal mexanizm vasitəsilə müxtəlif istiqamətlər üzrə vətəndaşlardan çoxsaylı müraciət daxil olub və onlar müvafiq qaydada hökumət tərəfindən cavablandırılıb. Bunlar insan hüquq və azadlıqlarına riayət və hörmətə, ümumi təhlükəsizlik təhdidlərinə yeni yanaşmalara, milli qanunvericiliyə beynəlxalq standartların tətbiqinə gətirib çıxarıb. Eyni zamanda, o da mühümdür ki, ölkənin siyasi müstəqilliyinin formalaşması və inkişafı şəraitində obyektiv olaraq milli kimliyin formalaşması da uğurla həyata keçib. Bu zaman milli maraqlar məsələsi də uğurla təmin edilib”.
Dövlətin təməl daşı - milli maraqlar
Deputatın sözlərinə görə, milli maraqlar hər bir dövlətin fəaliyyətinin təməl daşı hesab olunur: “İstənilən dövlətin siyasətinin əsasında milli maraqlar dayanmalıdır. Siyasi baxışlarından asılı olmayaraq hər bir vətəndaşın da ilk vəzifəsi məhz dövlətin mənafeyini qorumaq, ölkənin maraqlarını müdafiə etməkdən ibarətdir. Bütün siyasi qüvvələrin, vətəndaş cəmiyyətinin, hətta bütün vətəndaşların yeganə amalı ölkəmizin daha yüksək səviyyədə inkişafına dəstək vermək və bu prosesdə fəal iştirak etmək olmalıdır. Siyasi həyat bir-biri ilə əlaqəli maddi formasiyaların, ideoloji və digər siyasi-ictimai institutların, o cümlədən dövlət qurumlarının məcmusunda çoxşaxəli olduğu kimi, siyasi maraqlar da müxtəlifdir. Paralel olaraq həm də xarici siyasətdə eyni halın şahidi olmaq mümkündür - dövlətçiliyin və dövlətlərarası münasibətlərin inkişafında milli maraqlar həmişə əsas olub. Siyasi prosesdə, bir qayda olaraq, milli maraqlar probleminin aktuallaşması özünü göstərir. Müasir tarixi inkişaf dövrünün xüsusiyyəti ondan ibarətdir ki, indi milli maraqlar problemi digər elm sahələrinə nisbətən daha çox siyasətdə öyrənilir və bu, tamamilə düzgündür, formalaşmış təcrübəyə əsaslanaraq cəmiyyətdən problemlərin həllini tələb edir. Azərbaycan bu məsələnin öhdəsindən uğurla gəlib və bu da ölkəyə ictimai maraqları da uğurla təmin etməyə imkan verir”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35

