Hüquqi dövlət quruculuğunda...
22.01.2025 [08:54]
Vətəndaş cəmiyyətinin rolu əvəzsizdir!
Respublikamız müstəqilliyini yenidən bərpa etdikdən sonrakı dövrdə demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçib. Aparılan mütərəqqi islahatlar nəticəsində ölkəmizdə vətəndaş cəmiyyəti, eləcə də demokratik və hüquqi dövlət quruculuğu istiqamətində yüksək səviyyədə nailiyyətlər əldə edilib. Bu nailiyyət də əlbəttə ki, xalqımızın, cəmiyyətimizin firavan, xoşbəxt gələcəyi üçün təminat deməkdir.
Milli proqramların hazırlanmasında və həyata keçirilməsində Qeyri-Hökumət Təşkilatlarının yaxından iştirak etməsi ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşmasından xəbər verir. Vətəndaşların sosial, siyasi və mədəni hüquqlarının həyata keçirilməsində daha çox yardımçı olmağa cəhd göstərən QHT-lər məhz elə bu cəhlər sayəsində qanunların aliliyi, şəffaflığın təmin olunması, ictimai nəzarətin həyata keçirilməsi istiqamətində xeyli ixtisaslaşıblar. Artıq QHT-lər Azərbaycanda demokratik quruluşun dəstəklənməsi, dünyəvi dövlətin qurulması, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyinin təmin edilməsi istiqamətində kifayət qədər fəallıq nümayiş etdirirlər.
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən Milli Qeyri-Hökumət Təşkilatları Forumunun rəhbəri Rauf Zeyni bildirib ki, vətəndaş cəmiyyətinin formalaşması onun həyatının və fəaliyyətinin bir çox tərəflərini dövlətsizləşdirməyi nəzərdə tutur. Lakin bu, onun dövlətə ehtiyacı olmadığı mənasını vermir: “Sadəcə dövlət iştirakının qaçılmaz olduğu istiqamətə yönəlməlidir. Xüsusən müdafiə, qanunvericilik, xarici siyasət, büdcə, ekologiya, nəqliyyat və vətəndaşların hüquqlarının müdafiəsi sahələrini buraya aid edə bilərik. Yəni burada dövlət cəmiyyətin xidmətçisi, onun inamlı nümayəndəsi kimi çıxış edir. Qısaca, cəmiyyət dövlət üçün yox, dövlət cəmiyyət üçündür.
Vətəndaş cəmiyyətinin sosial-siyasi sferasını təşkil edən əsas elementlər qismində ailə, ictimai, ictimai-siyasi, siyasi təşkilatlar və hərəkatlar, yaşayış yeri, əmək və başqa kollektivlərlə əlaqədar ictimai özünü idarəetmə orqanları çıxış edir. İctimai fikrin formalaşması və ifadə edilməsi mexanizmlərinin üzə çıxarılması, sosial problemlərin həlli, cəmiyyətin maraqlarını qoruyan və müdafiə edən konstitusiya, müstəqil media, ədalətə söykənən məhkəmə-hüquq sisteminin formalaşması vətəndaş cəmiyyətinin inkişafının təməl prinsipləri hesab olunur. Vətəndaş cəmiyyətinin mənəvi sferasına daxil olan elementlər öz mövqeyini açıq ifadə etmək imkanı, söz və fikir azadlığı, yaradıcı, elmi və digər öz fəaliyyət birliklərinin dövlət və siyasi strukturlardan asılı olmaması və müstəqilliyidir”.
R.Zeyni qeyd edib ki, inkişaf etmiş vətəndaş cəmiyyətində dövlətin funksiyaları ümumi inkşaf strategiyasının işlənməsinə yönəlmiş olur: “Nəticədə, bu cəmiyyətin mahiyyəti hakim elitanın, hakimiyyətin ifadəçisi olmaq deyil, hər şeydən əvvəl vətəndaşların maraqlarını, tələbatlarını, azadlığını, istəklərini ifadə etməkdir.
Bütün sadalananların fonunda əminliklə deyə bilərik ki, müasir Azərbaycan Respublikası vətəndaş təşəbbüslərinin dəstəkləndiyi, siyasi plüralizmin əsas götürüldüyü demokratik cəmiyyətin formalaşdığı ölkələr sırasında ilk yerlərdə qərarlaşıb. Təbii ki, bununla ölkədə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması prosesinin tamamlandığını demək olmaz. Azərbaycanın 33 illik dövlət müstəqilliyinin inkişafına baxsaq, prosesin davamlılığını görə bilərik. Bu proses daim təkmilləşir. Bu modelin yaradılmasında isə mərhum prezident Heydər Əliyevin müstəsna xidmətləri xüsusi vurğulanmalıdır. Məhz özünün unikal siyasi savadı və fenomenal strategiyası ilə Azərbaycanda hüquqi dövlət quruculuğunun sarsılmaz təməlini qoydu”.
Forum rəhbərinin sözlərinə görə, Azərbaycan dövləti özünün inkişaf strategiyasında hər zaman bu istiqamətə xüsusi önəm verib, hüquqi dövlət quruculuğuna həssaslıqla yanaşıb: “Ardıcıl şəkildə həyata keçirilən islahatlar isə başlıca olaraq bir məqsədə - vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunmasına, ədalət mühakiməsinin təmin edilməsinə və təkmilləşdirilməsinə yönəlib.Bu fikrin davamı olaraq demək olar ki, vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı proseslər ölkəmizdə də, bütün dünyada olduğu kimi, eyni məcrada gedir. Azərbaycanda ildən-ilə vətəndaşların sosial fəallığının artması özünü muxtəlif cəmiyyətlərin, birliklərin, sosial hərəkatların yaranması və fəaliyyətini genişləndirməsində göstərir. Bu isə son illər Azərbaycanın beynəlxalq siyasi arenada artan nüfuzu, genişlənən əlaqələri, ölkəmizin regional əhəmiyyətinin yüksəlməsi ilə izah olunmalıdır. Bütün bunların isə eyni məqsədə - ümumxalq mənafeyinin qorunmasına xidmət etdiyi şübhəsizdir”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

