İkinci Bakı Şopinq Festivalı zamanı ümumi dövriyyə 30 milyon manatdan çox olub
06.12.2017 [10:16]
Bu payız Bakıda keçirilən mötəbər tədbirlərin sırasına daha biri əlavə olunub. Şəhərimizi dünyanın qabaqcıl alış-veriş mərkəzlərindən birinə çevirmək məqsədilə oktyabrın 15-dən noyabrın 15-dək ikinci Bakı Şopinq Festivalı keçirilib. Sözügedən ticarət festivalı keçmiş MDB məkanında irimiqyaslı unikal tədbirlər sırasında yer alır.
AZƏRTAC xəbər verir ki, festival Prezident İlham Əliyevin təşəbbüsü və imzası ilə təsdiq olunmuş “Turizmin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu tərəfindən təşkil edilib.
Mədəniyyət və Turizm Nazirliyinin birbaşa rəhbərliyi ilə həyata keçirilən bu layihəyə Vergilər Nazirliyi, Azərbaycan Hava Yolları (AZAL), Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) və “AzərTürkBank” rəsmi tərəfdaş olaraq dəstək verib. Festival yerli sahibkarlığın inkişafı, ticarət və turizmə əlavə sərmayələrin cəlb edilməsi baxımından effektiv olmaqla yanaşı, Azərbaycan vətəndaşlarının da xarici turistlərə şamil olunan ƏDV qaytarılması sistemindən yararlanmasına şərait yaradıb.
Sözügedən proqram dünyanın heç bir ölkəsində analoqu olmayan güzəştdir. Alıcılar festivala qoşulmuş mağazalarda brend malları daha sərfəli qiymətlərlə əldə ediblər. Bir ay müddətində müştərilər dünya brendlərinə məxsus məhsulları Bakıda yerləşən 400-dən çox mağazadan xüsusi kampaniya və endirimlərlə əldə edərək “Tax - free” imkanından yararlana biliblər.
Festival zamanı interaktiv oyunlar, moda nümayişləri və digər müxtəlif əyləncə xarakterli tədbirlər də təşkil olunub. Ümumilikdə tədbir ötən illə müqayisədə müxtəlif yeniliklərlə yadda qalıb. Şopomaniya, uğur çarxı oyunları, “Festival sürprizləri” ani lotereyası və digər həvəsləndirici tədbirləri təşkil edən mağazaların dəstək verdiyi lotereyada 80 min alıcı “poz-qazan” formatında lotereya bileti əldə edib. 20 min 500 ədəd hədiyyədən ibarət uduş sahiblərini tapıb. Bütün bunlar isə yekunda festival dövründə ticarət dövriyyəsinin artmasına təkan verib.
Festival üçün Turizm sektorunda ilk dəfə olaraq AZAL və mehmanxanalar ilə tur paketlər yaradılıb. İştirakçı mağazalar aktiv şəkildə marketinq və satış kampaniyalarına qoşulub. Təklif olunan endirim və satış kampaniyaları böyük alıcı kütləsi tərəfindən müsbət qarşılanıb.
Tədbir, eyni zamanda, Azərbaycanın mədəni-tarixi irsi və ölkəmizin potensialının dünyaya təbliğ edilməsinə, Bakı və ölkəmizin digər bölgələrinin turizm imicinin güclənməsinə xidmət edib. İkinci Bakı Şopinq Festivalının nəticələri göstərir ki, uğurlu alınıb və oktyabr ayı ərzində Azərbaycana 204 min 686 turist gəlib. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 13 faiz artım deməkdir.
Festival müddətində 643 mağaza iştirakçı kimi qeydiyyatdan keçib və onlardan 493-ü ƏDV qaytarma proqramına qoşulub. Festivalın “Tax-free” sistemi çərçivəsində 48 min 422 ədəd hesab faktura təsdiqlənib. Ümumi dövriyyə 33 milyon 826 min 864 manat olub ki, banklar alıcılara 3 milyon 366 min 702 manat ƏDV qaytarıblar.
Alıcılar Bakı Şopinq Festivalında 10 faizdən 70 faizədək endirimlərdən faydalana biliblər. Həmçinin ümumi alış məbləğinin 10, 2 faizi həcmində əlavə ƏDV qaytarılmasından istifadə edilib. Ümumilikdə Bakı Şopinq Festivalı zamanı ticarət mərkəzlərinə gələn insanların sayı keçən ilin analoji dövrünə nisbətən 12 faiz artıb.
Qeyd edək ki, festival ölkəyə gələn turistlərin sayını artırmaq, turizm, mehmanxana xidməti, ticarət, nəqliyyat və digər sahələrin inkişafına təkan vermək məqsədi daşıyır.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

