“Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turu başa çatıb
10.05.2017 [08:47]
Azərbaycanın Elit yığma komandasının üzvü Kiril Pozdnyakov yarışın ən yaxşı velosipedçisidir
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turuna yekun vurulub. 2.1 kateqoriyalı yarışın sonuncu mərhələsinin start və finiş nöqtəsi Azadlıq meydanında olub. Bu dəfə iştirakçılar Bakı-Abşeron-Bakı marşrutu üzrə 158 kilometr məsafə qət ediblər.
Veloturun bağlanış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva və Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev iştirak ediblər.
Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, veloturun son mərhələsinin qalibi “İsrael Cycling Academy” komandasının üzvü Krist Neylands olub. O, məsafəni 3 saat, 53 dəqiqə, 56 saniyəyə başa vurmaqla solo-finiş edib. Türkiyənin “Torku Şekerspor” və ABŞ-ın “İlluminate” klublarının velosipedçiləri Ahmet Örken və Edvin Avila qalibdən 21 saniyə geri qalmaqla, 2-3-cü yeri tutublar.
Yarışın lider köynəklərinin sahibləri dəyişilməz qalıb. Belə ki, Azərbaycanın Elit yığma komandasının üzvü Kiril Pozdnyakov ümumi təsnifatın qalibi üçün nəzərdə tutulan “Synergy” köynəyini özündə saxlamaqla, “Tour d’Azerbaidjan-2017”nin qalibi olub. Bundan başqa, təmsilçimiz dağ yollarındakı uğurlu çıxışı ilə ən yaxşı dağ velosipedçisinə verilən qırmızı rəngli “AZAL” köynəyinə də yiyələnib. Bütün bunların yekunu olaraq, Kiril ən yaxşı azərbaycanlı velosipedçi üçün nəzərdə tutlan xüsusi köynəklə də təltif edilib.
Aralıq sprintlərində hamıdan çox xal toplayan “İlluminate” komandasının nümayəndəsi Edvin Avila ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl rəngli “SOCAR” köynəyinə layiq görülüb. Fransanın “Delko Marseille Provance KTM” klubunun üzvü Con Anderson Rodriqes ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli “ATAHOLDİNG” köynəyi ilə mükafatlandırılıb. Komanda hesabında isə Ukraynanın “Kolss” komandası 1-ci yeri tutub.
Velosipedçiləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov və Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov təltif ediblər.
Beynəlxalq velosiped turu başa çatdıqdan sonra Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və turun texniki direktoru, Avropa Velosipedçilər Birliyinin fəxri baş katibi Roland Hofer jurnalistlərin suallarını cavablandırıblar.
Turun nəticələrindən danışan Sahib Ələkbərov deyib: “Çox yaxşı yarış oldu. İlk dəfə “Azərbaycan turu”nda bu qədər dəyişkən hava ilə üzləşdik. Yağış da yağdı, dolu da. Amma təbiət hadisəsi tura rəng qatdı. Əsas odur ki, komandalar bu yarışda həvəslə çıxış etdi. Gördüyünüz kimi, mərhələlər üzrə fərqli qaliblərimiz oldu. Yarışın texniki direktoru Roland Hoferə, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikova, polisimizə, yerli icra hakimiyyətlərinə və jurnalistlərə minnətdarlığımı bildirirəm”.
Ağsu mərhələsinin ilk dəfə tura salındığını xatırladan Sahib Ələkbərov bildirib ki, yarışboyu TV-lərdə çox gözəl mənzərələr nümayiş etdirilib: “Düşünürəm ki, dolaylar velosipedçilərin də xoşuna gəldi. Azərbaycanı dünyaya tanıtmaq mənasında daha bir addım atdıq. “Azərbaycan turu”na daha bir mərhələnin artırılması müzakirə olunur. İdmançılar Pirquludan qayıdandan sonra dincəlməyə getdi. Biz isə qonaqlarla Xızı dağlarına yollandıq. Həmin marşrut qonaqlarımızın çox xoşuna gəldi. Bu yollar yarış üçün çox əlverişlidir. Kəskin enişlər və yoxuşlar, sərt döngələr var. Gələn il çox maraqlı yarışın baş tutacağını düşünürəm”.
Kiril Pozdnyakovun uğuru ilə bağlı suala cavabında S.Ələkbərov “Bu nəticəni gözləyirdim. Komandamız gəncləşib və bu üzdən müəyyən çətinliklərlə üzləşmişik. Ancaq şadam ki, Kiril Pozdnyakov ümidlərimizi doğrultdu. Bu, hələ başlanğıcdır. Bu heyətlə daha böyük uğurlara imza atacağıq. Buna qədər iki dəfə komanda şəklində qalib gəlmişdik. Mənim üçün hər bir uğur şirindir. 6 pro-kontinental komandanın iştirak etdiyi yarışda, təcrübəli rəqiblərlə mübarizədə Kirilin 1-ci yeri tutması böyük uğurdur. Kiril məsuliyyətini hiss edən idmançıdır. Ona böyük ümidlərim var. Ancaq velosiped idmanı yalnız fərdi mübarizədən ibarət deyil. O, bu uğura təkcə özü yox, komanda üzvlərinin yardımı nəticəsində nail olub” deyib.
“İrəliyə doğru addım-addım gedirik. “Synergy Baku”nun heyətinə güclü legionerlər cəlb oluna bilər. Biz bütün variantlara baxırıq. Amma, ilk növbədə, yerli idmançıları yetişdirməliyik. 2015-ci ilin mayında Prezident İlham Əliyev Veloparka gələndə heyətdə azərbaycanlı idmançının olub-olmadığını soruşdu. Mən də 16 idmançıdan 12-nin yerli velosipedçi olduğunu dedim. Dövlətimizin başçısı buna çox sevindi. Gənc velosipedçilərimiz yetişməkdədir. Bu yaxınlarda yeniyetmələr Polşadan yarışdan qayıdıblar. İlk dəfə bu turnirdə iştirak etmələrinə baxmayaraq çox yaxşı çıxış ediblər”, - deyə S.Ələkbərov əlavə edib.
Öz növbəsində Aleksandr Qusyatnikov yarışdan razı qaldığını bildirib: “İlk dəfə deyil ki, bu yarışda qonaq oluram. Yarış yüksək səviyyədə keçdi. Təşkilatçıların növbəti dəfə kateqoriyanı yüksəltmək haqda düşünəcəklərini fikirləşirəm. Bunun üçün hər cür imkanınız var. Əminəm ki, yaxın zamanlarda “Azərbaycan turu”nun kateqoriyası yüksələcək”.
Jurnalistlərlə təəssüratını bölüşən Roland Hofer isə yarışın çox gərgin mübarizə şəraitində keçdiyini bildirib: “Sevindirici haldır ki, qəzalar az oldu. Bu da velosipedçilərin inkişafından xəbər verir. Azərbaycan velosipedçisinin qalib gəlməsi gözlənilməz oldu. Ümumilikdə, “Azərbaycan turu” haqda çox müsbət fikir formalaşıb”.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

