/ / İtaliya və Monteneqro mətbuatında AZƏRTAC-ın xüsusi müxbirinin ilk Avropa Oyunları ilə bağlı məqaləsi yayılıb
İtaliya və Monteneqro mətbuatında AZƏRTAC-ın xüsusi müxbirinin ilk Avropa Oyunları ilə bağlı məqaləsi yayılıb
26.06.2015 [10:20]
İtaliyanın “Piu news” informasiya portalında və Monteneqronun aparıcı nəşrlərindən olan “Pobjeda” qəzetində AZƏRTAC-ın xüsusi müxbiri Maqsud Dadaşovun “Artıq köhnə qitənin də öz oyunları var: Odlar Yurdu ilk Avropa Oyunlarına ev sahibliyi edir” sərlövhəli məqaləsi yayılıb. Məqalədə ilk Avropa Oyunlarının keçirilməsinin əhəmiyyətindən, yarışların yüksək səviyyədə təşkilindən və Azərbaycanın mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi etməsindən bəhs olunur.
Vurğulanır ki, cari ilin iyun ayı boyunca Avropa özünün idman tarixinin ən böyük bayramını qeyd edir: Nəhayət ki, köhnə qitənin də yarışları təşkil olunur. Digər qitələrin isə bu formatda yarışları çoxdan keçirilir. Avropa Oyunları qitənin çoxnövlü və innovativ formatda idman tədbiridir. Bu yarışların keçirilməsi qərarı 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin Romada keçirilmiş Baş Assambleyasında verilib. Avropa Milli Olimpiya Komitələrinin 84 faizi bu Oyunların təşkilinin lehinə səs verib. Məhz həmin tədbirdə iştirakçılar böyük səs çoxluğu ilə ilk ev sahibi kimi Azərbaycanın paytaxtı Bakını seçiblər. Növbəti yarışların isə dörd ildən bir keçirilməsi nəzərdə tutulur.
Müəllif yazır: “Möhtəşəm şou ilə yaddan qalan açılış mərasimi, Oyunlar üçün yaradılmış böyük infrastruktur, çoxlu sayda titullu idmançının yarışlara qatılması, təşkilatçılığın yüksək səviyyədə olması bir daha göstərir ki, Azərbaycan bu yarışları Olimpiya Oyunları səviyyəsində keçirir. Təşkilatçılar da Bakının bütün gözləntiləri doğrultduğunu bildirirlər”.
Azərbaycanlı idmançıların yarışlardakı uğurlarından bəhs edilən məqalədə diqqətə çatdırılır ki, ölkəmiz Avropanın ən böyük idman tədbirində mübarizəyə 291 idmançı ilə qatılıb. Yarışların ilk günlərindən etibarən Azərbaycan medalların sayına görə ilk sıraları bölüşür. Təbii ki, bu, azərbaycanlı atletlərin yarışların ciddiliyini yaxşı dərk etdiklərini və Odlar Yurdunun bayrağını qalib ölkələrin bayraqları arasında göstərmək üçün əllərindən gələni etdiklərini göstərir. Azərbaycan dövləti idmanın inkişafına və atletlərimizin yüksək nəticələr göstərmələri üçün hər cür şəraitin yaradılmasına böyük diqqət göstərir. Məhz bu amillər idmançılarımızı bütün bacarıqlarını nümayiş etdirməyə və ən yüksək nəticə üçün çalışmağa həvəsləndirir.
Müəllif sonda qeyd edir ki, heç şübhəsiz, Azərbaycan növbəti Avropa Oyunları üçün yüksək standartlar yaradıb. Əsas hədəf sülh və dostluğu bütün dünya ilə paylaşmaq üçün idmanın necə güclü bir amil olduğunu Avropaya nümayiş etdirməkdir. Məhz bu Oyunlar vasitəsilə Azərbaycan qədim tarixini, zəngin mədəni irsini, qonaqpərvərliyini, güclü idman köklərini, özünəməxsus ənənələrini, sülh və dialoq mərkəzi olmasını möhtəşəm şəkildə göstərə bildi.
Xəbər lenti
Hamısına baxHadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54

