Serbiyalı idmançılar ilk Avropa Oyunlarında əldə etdikləri nəticələrdən məmnundurlar
26.06.2015 [10:17]
“Bakı-2015”-də atıcılıq və sambo idman növləri üzrə Serbiyanı uğurla təmsil edərək ölkələrinə medallarla qayıdan idmançılar Belqradın “Nikola Tesla” hava limanında keçirilmiş mətbuat konfransında Oyunlarla bağlı təəssüratlarını bölüşüblər.
Yarışlarda qızıl medala layiq görülmüş samboçu İvana Yandriç deyib: “Serbiyanı Avropa Oyunlarında təmsil edən ən güclü atletlər arasında olduğum üçün qürur duyuram. Sambo qeyri-olimpiya idman növü olmasına baxmayaraq, yarışlar çox böyük maraq və həyəcanla izlənilirdi. Oyunlarda uğur qazanacağıma əmin idim, lakin qızıl medal gözləmirdim”.
İ.Yandriçin məşqçisi Veselen Novakoviç isə sevinc hissini bu sözlərlə ifadə edib: “Sambo geniş yayılan bir idman növüdür. Ümid edirəm ki, tezliklə Olimpiya Oyunlarının proqramına da daxil ediləcək. Mən İvanaya böyük ümidlər bəsləyirdim və çox şadam ki, o, idman tarixinə məhz bu uğuru ilə düşdü”.
“Bakı-2015”-də atıcılıq idman növünün qadınlar arasında 10 metrdən hava tüfəngi ilə atəşaçma yarışının qalibi Andrea Arsoviç bildirib: “Bu tarixi yarışlarda iştirak və yüksək nəticə əldə etməkdən çox məmnunam. Ölkəmi yüksək səviyyədə təmsil etdiyim üçün qürur hissi keçirirəm”.
Andrea Arsoviçin məşqçisi Draqan Doneviç deyib: “Yarışlar çox gərgin mübarizə şəraitində keçdi. Ona görə də bu medalları qazanmaq heç də asan olmadı”.
Avropa Oyunlarında qadınlar arasında 10 metrdən hava tapançası ilə atəşaçma yarışının qalibi Zorana Arunoviç vurğulayıb: “Qızıl medal qazandığım üçün çox sevinirəm. İlk Avropa Oyunları mənə böyük stimul verdi”.
Yarışların gərgin keçdiyini diqqətə çatdıran məşqçi Yelena Arunoviç isə deyib: “Avropa Oyunlarında güclü rəqiblərlə qarşılaşmağımıza baxmayaraq yarışlar bizim üçün uğurlu keçdi. İnanıram ki, əldə etdiyimiz bu uğur bundan sonra qatılacağımız bütün turnirlər üçün çox yaxşı başlanğıc olacaq”.
“Bakı-2015”-də kişilər arasında 50 metr məsafədən tapança və 10 metr məsafədən hava tapançası ilə atəşaçma yarışlarının qalibi Mikaç Damir deyib: “İkiqat sevinc hissi keçirirəm. Bu Oyunlarda iki qızıl medal qazanmaq arzuladığım, lakin gözləmədiyim bir nəticə idi. Çünki yarışlar mənim üçün çox çətin keçdi”.
Serbiyanın atıcılıq komandasının məşqçisi Sreçko Pejoviç də serb idmançılarının uğurlarından danışıb: “Bakıya güclü komanda ilə yollanmışdıq. İdmançılarımızın hamısı medal qazanmaq əzmində idi. Yarışlarda Serbiya atıcılıq üzrə ikinci ən yaxşı nəticə göstərən ölkə oldu. Hesab edirəm ki, bu növbəti beynəlxalq turnirlər üçün öz müsbət təsirini göstərəcək”.
“Bakı-2015”-də Serbiyanı təmsil edən idmançılarla fəxr etdiyini bildirən bu ölkənin Olimpiya Komitəsinin nümayəndəsi Nenad Petkoviç isə uğurlu nəticələr göstərən atletləri təbrik edib. Vurğulayıb ki, medal sayına görə hazırda Serbiyanın 6-cı yerdə qərarlaşması bu ölkədə idmanın inkişafından xəbər verir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

