“Bakı-2015”in çempion iştirakçıları”
04.06.2015 [09:24]
Bir neçə gündən sonra ölkəmizdə keçiriləcək “Bakı-2015” ilk Avropa Oyunları Azərbaycanın və Avropanın idman tarixində mühüm hadisə olacaq. 12-28 iyun tarixləri arasında baş tutacaq Oyunlarda 49 ölkədən 6000-dən çox idmançının yarışacağı gözlənilir. Oyunların proqramına 28 yay olimpiya idman növündən 15-i, həmçinin, 2 qeyri-olimpiya idman növü daxildir. Oyunlarda iştirak edən idmançıların siyahısına nəzər saldıqda görünür ki, ilk Avropa Oyunları “qoca qitə” üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki burada Dünya, Avropa və Olimpiya çempionları iştirak edəcəklər. Bildiyimiz kimi, “Yeni Azərbaycan” qəzeti olaraq oxucuları ilk Avropa Oyunlarında iştirak edəcək dünyaca məşhur idmançıların bir qismi ilə tanış edirik. Beləliklə, “Bakı-2015”in çempion iştirakçıları” rubrikamızı davam etdiririk.
“Bakı-2015” ilk Avropa Oyunlarında iştirak edəcək idmançılardan biri də polşalı velosiped idmançısı Maya Vloşçovskadır. Riyazi iqtisadiyyat üzrə magistr təhsili alaraq akademik və idman həyatını paralel aparan Maya Vloşçovska Avropa və Dünya çempionatlarında fəal iştiraka 2003-cü ildə başlayıb, “Pekin-2008” Yay Olimpiya Oyunlarında gümüş medal və 2010-cu ildə Dünya çempionu titulunu qazanıb. İdmançı “Bakı-2015” ilk Avropa Oyunlarında keçiriləcək dağ velosipedi yarışlarında iştirak edəcək.
13 yaşından idmanla məşğul olan atıcılıq üzrə italiyalı idmançı Nikola Kampriani isə peşəkar kariyerasında çoxsaylı nailiyyətlər qazanıb, dəfələrlə ölkəsini ən yüksək kürsüdə təmsil edib. O, 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal əldə etmək şərəfinə nail olub. “Mən ilk Avropa Oyunlarının bir hissəsi olmaqdan çox qürur duyuram. Bu, bizim məşğul olduğumuz idman növünün təbliği, həmçinin, ədalətli yarışları aşılamaq üçün gözəl bir şansdır. Həmçinin, düşünürəm ki, 30-40 ildən sonra gələcək nəsillərə qürurla deyə biləcəm ki, mən birinci Avropa Oyunlarında iştirak etmişəm”, - deyən idmançı ilk Avropa Oyunlarını səbirsizliklə gözlədiyini vurğulayıb.
NURLAN
Xəbər lenti
Hamısına baxSiyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33

