“Bakı-2015”: Məşəl estafeti Saatlıda
07.05.2015 [10:25]
Mayın 6-da birinci Avropa Oyunlarının məşəli Hacıqabul rayonundan sonra Saatlıya gətirilib.
AZƏRTAC xəbər verir ki, Saatlı şəhərinin giriş qapısında Hacıqabulda yandırılan Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub.
Şəhərin Heydər Əliyev prospektində minlərlə rayon sakini yürüş iştirakçılarını böyük coşqu ilə qarşılayıb.
Avropa Oyunlarının rəmzi qapısında Saatlı rayon Əhmədbəyli kənd tam orta məktəbinin şagirdi, futbolçu Mirqiyas Qiyasov məşəli qəbul edib.
Sonra 10 məşəlçi 2,9 kilometr məsafədə yürüşə başlayıb. Növbə ilə məşəli bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqışları ilə Heydər Əliyev prospekti boyunca hərəkət etməklə Ümummilli liderin adını daşıyan meydana gəliblər. Meydana toplaşanlar birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları böyük sevinclə qarşılayıblar.
Əlisoltanlı kənd tam orta məktəbinin müəllimi Vüqar Namazov səhnəyə qalxaraq, Avropa Oyunlarının məşəlini alovlandırıb.
Mərasimdə aprelin 26-da Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Birinci Avropa Oyunlarının çırağı sərbəst güləş üzrə Azərbaycan çempionu Namaz Cəfərov tərəfindən yandırılaraq, yarışlar başa çatana qədər saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib.
Estafet iştirakçılarını qarşılayanlar arasında rayon ağsaqqalı Seyidismayıl Abbasov da vardı. O, təəssüratlarını AZƏRTAC-la bölüşərək deyib: “Belə mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ancaq xəyal kimi düşünülə bilərdi. Sevindirici haldır ki, Prezident İlham Əliyevin yorulmaz və çoxşaxəli fəaliyyəti nəticəsində bu xəyal reallığa çevrilib. Bir neçə həftədən sonra ölkəmizdə ilk Avropa Oyunlarına start veriləcək. Respublikamız bu mötəbər idman tədbirinə böyük həvəslə hazırlaşır. Bu işlərdə ilk Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın gərgin fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Bütün bunlara görə dövlətimizin başçısına və Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk”.
Rayon sakini Sahib Qafarov isə ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin əhəmiyyətinə toxunaraq deyib: “Təsəvvür edin ki, Oyunlar başlayan kimi hər gün yüzlərlə telekanal, minlərlə mətbuat nümayəndəsi, qəzet və jurnallar işini Bakı xəbərləri ilə başlayacaq. Beləliklə, onsuz da dünyada böyük nüfuz sahibi olan Azərbaycan beynəlxalq aləmdə daha çox təbliğ ediləcək və daha çox tanınacaq. Bu, böyük nailiyyətdir, daha doğrusu, Prezident İlham Əliyevin böyük qələbəsidir. Buna görə Prezidentimizə rayon gəncləri adından “Çox sağ olun!” deyirik”.
Birinci Avropa Oyunlarının məşəlindən götürülən alov buradan Sabirabad rayonuna yola salınıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

