Azərbaycan ilə Avropa İttifaqı arasında geniş əməkdaşlıq var
23.06.2011 [09:46]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Brüsseldə Avropa Parlamentinin sədri Yeji Buzek ilə görüşüb.
Avropa Parlamentinin sədri Yeji Buzek dövlətimizin başçısı İlham Əliyevi səmimiyyətlə qarşılayıb.
Prezident İlham Əliyev və Yeji Buzek Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqları önündə xatirə şəkli çəkdiriblər.
Dövlətimizin başçısı Avropa Parlamentinin Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycan ilə Avropa İttifaqı arasında parlamentlərarası əlaqələrin daha da genişləndirilməsi, “Şərq tərəfdaşlığı” Proqramı, Avronest Parlament Assambleyası çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Görüşdə həmçinin, Assosiativ saziş, Azərbaycan ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
* * *
Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Parlamentinin sədri Yeji Buzekin birgə mətbuat konfransı olub.
Yeji Buzek və Prezident İlham Əliyev əvvəlcə mətbuata bəyanatlarla çıxış ediblər.
Avropa Parlamentinin sədri bu yaxınlarda Azərbaycana etdiyi səfərin əhəmiyyətinə toxunaraq, ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, viza rejiminin sadələşdirilməsi, regional təhlükəsizlik, “Şərq tərəfdaşlığı” Proqramı, Avronest Parlament Assambleyası çərçivəsində əməkdaşlıqla bağlı səmərəli müzakirələrin aparıldığını deyib.
Y.Buzek enerji sahəsində əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan sədr Avropa Parlamentinin məsələnin ATƏT-in Minsk qrupu çərçivəsində həllini dəstəklədiyini vurğulayıb.
Prezident İlham Əliyev Y.Buzekin Bakıya səfərinin Azərbaycan ilə Avropa Parlamenti arasında tərəfdaşlığın inkişafına töhfə verəcəyini deyib.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan öz siyasətini Avropa İttifaqı ölkələrinin siyasəti ilə mümkün qədər çox uzlaşdırmağa çalışır. Əcnəbi şirkətlər üçün Azərbaycanda yaradılmış şəraitə toxunan Prezident İlham Əliyev ölkəmizə yatırılan xarici sərmayələrin həcminin artdığını bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının da müzakirə olunduğunu deyən Prezident İlham Əliyev əlavə edib ki, yalnız Azərbaycan deyil, həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, eləcə də Avropa Komissiyasının sədri Xose Manuel Barrozu status-kvonun davam etdirilməsinin yolverilməz olduğunu bəyan ediblər.
Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu qeyd edən dövlətimizin başçısı bu işğala son qoyulduqdan sonra Cənubi Qafqaz regionunun inkişafının təmin olunacağını vurğulayıb.
Azərbaycan ilə Avropa İttifaqı arasında geniş əməkdaşlığın olduğunu qeyd edən Prezident İlham Əliyev “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində münasibətlərin, xüsusilə də Avronest Parlament Assambleyasının təsis edilməsinin əhəmiyyətini vurğulayıb.
Sonra jurnalistlərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02
Dünya
08 İyun 19:50
Dünya
08 İyun 19:23
Hadisə
08 İyun 19:05
Dünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19

