/ / Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin əsaslı təmirdən və yenidənqurmadan sonra açılışı olub
Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin əsaslı təmirdən və yenidənqurmadan sonra açılışı olub
25.12.2010 [11:02]
Dünən Səhiyyə Nazirliyinin Akademik Mustafa Bəy Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin əsaslı təmirdən və yenidənqurmadan sonra açılışı olub.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Səhiyyə naziri Oqtay Şirəliyev Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevaya məlumat verib ki, cərrahiyyə sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasında müstəsna xidmətləri olan bu Mərkəzin keçdiyi yol səhiyyəmizin mühüm inkişaf mərhələlərindən biridir. 1971-ci ildə inşa edilən Klinik Eksperimental Təbabət İnstitutunun - indiki Elmi Cərrahiyyə Mərkəzinin binası uzun müddət təmir edilmədiyindən yararsız vəziyyətə düşmüşdü. Mərkəzin Bakı şəhəri və bütünlükdə respublika üçün əhəmiyyəti nəzərə alınaraq, Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına uyğun olaraq bu səhiyyə ocağı əsaslı təmir edilərək yenidən qurulub. İndi Elmi Cərrahiyyə Mərkəzi ən müasir standartlara cavab verən tibb ocağına çevriliğ. Bu işlər bir il yarım ərzində başa çatdırılıb. Mərkəzin binasının bir hissəsi 6, digər hissələri isə 5 mərtəbəlidir. Mərkəzin foyesində Ulu öndər Heydər Əliyevin “Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımı tədbirlər görüləcəkdir” kəlamı yazılıb.
Bildirilib ki, dünya standartlarına cavab verən Cərrahiyyə Mərkəzi 240 çarpayılıqdır. Hər mərtəbədə manipulyasiya, həkim otaqları, palatalar, laboratoriya və aptek var. Burada 3 lift quraşdırılıb. Hazırda Mərkəzin zəruri avadanlıq və ən müasir texnika ilə təchiz edilən poliklinikası, reanimasiya zalı, ümumi cərrahiyyə, qaraciyər-öd yolları cərrahiyyəsi bölməsi, damar cərrahiyyəsi şöbəsi, mədə-bağırsaq cərrahiyyə bölməsi, endokrin cərrahiyyə şöbəsi, ürək cərrahiyyəsi, uşaq ürək cərrahiyyəsi, kardiocərrahiyyə əməliyyat blokunda və digər əməliyyat otaqlarında hər bir zəruri cərrahi müdaxiləni həyata keçirmək mümkündür. Tibb ocağının həyətyanı sahəsi abadlaşdırılıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Burada Akademik Mustafa Bəy Topçubaşovun abidəsi qoyulub.
Dövlətimizin başçısı və xanımı əvvəlcə Mərkəzin birinci mərtəbəsində qəbul və poliklinika şöbələri ilə tanış olublar. Bildirilib ki, bu mərtəbədə endoskopiya və kompyuter tomoqrafiyası kabinetləri fəaliyyət göstərir. Burada quraşdırılan tibbi avadanlıq Almaniyadan gətirilmiş və texnologiyanın ən müasir standartlarına cavab verir. Bu mərtəbədə, həmçinin rentgen kabineti, ultrasəs müayinəsi, elektrokardioqram və exokardioqram, qanalma və qanköçürmə otaqları fəaliyyət göstərir.
Prezident İlham Əliyev Mərkəzin altıncı mərtəbəsindəki kardiocərrahiyyə əməliyyat bloku ilə də yaxından tanış olub. Bu mərtəbədəki angioqrafiya otağında dünyanın aparıcı şirkətlərindən biri olan “Siemens”in istehsalı olan tez və dəqiq diaqnoz qoymağa imkan verəcək aparat quraşdırılıb. Almaniya və İsveçrədən gətirilən avadanlıqla təchiz olunmuş üç əməliyyat otağında həm böyüklər, həm də uşaqlar üzərində ürək cərrahiyyə əməliyyatı aparmaq mümkündür. Bu mərtəbədə, həmçinin, 7 çarpayılıq kardioreanimasiya palatası da var. Burada uşaqlara və böyüklərə ən müasir tibbi xidmət göstəriləcək. Laboratoriya və aptekin də kardiocərrahiyyə əməliyyat blokunda olması isə vaxta qənaət etməyə imkan verəcək.
Beşinci mərtəbə ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verilib ki, burada respublikada ilk dəfə uşaq ürək cərrahiyyə mərkəzi yaradılıb. Palatalar uşaqların zövqünə uyğun tərtib olunmuşdur. Balacaların müayinə və müalicəsi zamanı onların əyləncəsi və rahat qidalanmaları da nəzərə alınıb. Artıq bundan sonra ürəklərində qüsur olan uşaqların xarici ölkələrdə müalicəsinə və cərrahiyyə əməliyyatına ehtiyac olmayacaq. Bu mərtəbədə, həmçinin ürək cərrahiyyə şöbəsi və 13 çarpayılıq reanimasiya zalı da yaradılıb.
Elmi Cərrahiyyə Mərkəzinin dördüncü mərtəbəsində mədə-bağırsaq cərrahiyyəsi bölməsi, endokrin cərrahiyyə şöbəsi və əməliyyat bloku yerləşir. Məlumat verilib ki, buradakı 6 əməliyyat otağının hər biri ən müasir avadanlıqla təchiz olunub. üçüncü mərtəbədə qaraciyər-öd yolları və damar cərrahiyyəsi bölmələri, kliniki-diaqnostika laboratoriyası yerləşir. İnzibati otaqlar isə Elmi Cərrahiyyə Mərkəzinin ikinci mərtəbəsindədir. Burada Azərbaycan Milli Elmlər Akademiyasının təbabət üzrə həqiqi üzvlərinin - akademiklərin fotolarından ibarət stend də yaradılıb. Yetmiş nəfərlik konfrans zalında isə müxtəlif tədbirlər keçirmək mümkün olacaq. Bu mərtəbədə, həmçinin ikinəfərlik palatalar və 10 çarpayılıq dializ otağı var. Mərkəzin inzibati otaqları da bütün lazımi avadanlıqla təchiz olunub.
Mərkəzin kollektivi ilə görüşən Prezident İlham Əliyev onları bir daha təbrik edib.
Prezident İlham Əliyev Mərkəzin tibb işçiləri ilə xatirə şəkli çəkdirib.
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02
Dünya
08 İyun 19:50
Dünya
08 İyun 19:23
Hadisə
08 İyun 19:05
Dünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19

