/ / Prezident İlham Əliyev Türkiyənin Təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Türkiyənin Təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
11.10.2019 [09:37]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Türkiyə Respublikasının Təhsil naziri Ziya Selçukun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib: “Xoş gəlmisiniz. Sizi görməyimə şadam. Əminəm ki, səfəriniz uğurlu olacaq və təhsil sektorundakı əməkdaşlığımız davam edəcək.
Bildiyiniz kimi, Türkiyə-Azərbaycan əlaqələri bütün sahələrdə ən yüksək zirvədədir. Elə bir sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. O cümlədən sizin rəhbərlik etdiyiniz sahə də həm bu gün üçün, həm də gələcək üçün çox önəmlidir ki, gələcək nəsillərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alsınlar, bilikli savadlı olsunlar və gələcəkdə ölkələrimizin inkişafında fəal olsunlar. Sizi səmimiyyətlə salamlayıram. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi sarsılmazdır. Biz bütün sahələrdə - həm siyasi sahədə, həm də iqtisadi, nəqliyyat, enerji, mədəniyyət, təhsil sahələrində gözəl nəticələri görürük.
Bildiyiniz kimi, bir neçə gündən sonra Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü keçiriləcək. Biz bu görüşə ciddi hazırlaşırıq və əminəm ki, qəbul ediləcək qərarlar türkdilli dövlətlərin birliyini daha da möhkəmləndirəcək. Sizi bir daha salamlayıram. Xoş gəlmisiniz”.
* * *
Türkiyənin Təhsil naziri Ziya Selçuk deyib: “Təşəkkür edirəm. Zati-alinizin bizi qəbul etməsindən böyük məmnunluq duyuruq. Çox minnətdaram, sağ olun. Cənab Prezidentimizin salamlarını çatdırmaq istərdim”.
Prezident İlham Əliyev: “Sağ olun. Mənim də salamlarımı çatdırın”.
Ziya Selçuk: “Prezidentimiz Sizə olan dost münasibətini hər zaman ifadə edir. “Bir millət, iki dövlət” şüarının daim vurğulandığı və bu məsələnin əhəmiyyəti barədə danışıldığı da Sizə məlumdur.
Zati-alinizin Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi barədə qərarı Türkiyədə böyük bir sevinc hissi yaradıb. Bunu, cənab Prezident, Sizə çatdırmaq istəyirəm. Mükəmməl səviyyədə olan əməkdaşlığımız hamımızı sevindirir. Həm vətəndaşlarımızın ünsiyyətinin artması, həm tələbələrin Türkiyəyə təhsil almağa gəlmələri, həm də Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın genişlənməsi hamımızı çox məmnun edir”.
* * *
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Onu qardaşlıq münasibətlərinin bağladığını deyib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanla Türkiyə arasında böyük sərvətimiz olan dostluq və qardaşlığımızı möhkəm iş birliyinə çevirməyə nail olmuşuq. Prezident İlham Əliyev bildirib ki, dünya miqyasında Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələr yoxdur.
Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçən il Bakıda hərbi paradın keçirildiyini, Azərbaycan və Türkiyə hərbçilərinin çiyin-çiyinə Bakının mərkəzində təntənəli keçid etdiklərini xatırladaraq, xalqlarımızın bunu böyük fəxr hissi ilə izlədiyini bildirib.
Görüşdə ali və peşə təhsili sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

