/ / Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bolqarıstanın vitse-prezidenti ilə görüşüblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bolqarıstanın vitse-prezidenti ilə görüşüblər
06.05.2017 [11:54]
Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bolqarıstanın vitse-prezidenti İliana İotova ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, Bolqarıstanın vitse-prezidenti İliana İotova beş il bundan əvvəl Bolqarıstan parlamentinin üzvü, indi isə ölkəsinin vitse-prezidenti qismində Azərbaycana səfər etməsindən böyük məmnunluq hissi duyduğunu bildirib. O, hələ Avropa Parlamentinin deputatı olarkən Azərbaycanla fəal işlədiyini vurğulayıb. Bolqarıstanın vitse-prezidenti deyib: “İcazə verin, Bolqarıstan Prezidenti Rumen Radevin çox xoş sözləri və səmimi arzularını özündə əks etdirən və diplomatik əlaqələrimizin qurulmasının 25 illiyinə həsr olunan məktubunu Sizə təqdim edim. Bolqarıstanda bizim münasibətlərimizin dəyərli tarixi çox yaxşı məlumdur və əminəm ki, münasibətlərimizin gələcəyi də çox gözəl olacaq”.
Məktubdakı xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı ən xoş arzularını və salamlarını Bolqarıstan Prezidentinə çatdırmağı xahiş edib. Bolqarıstan Prezidenti Rumen Radevlə Münxen Təhlükəsizlik Konfransında qısa görüşünü xatırlayan dövlətimizin başçısı iki ölkənin prezidentləri arasında bundan sonra da yaxşı əməkdaşlığın olacağına əminliyini bildirib. Prezident İlham Əliyev İliana İotovanı Bolqarıstanın vitse-prezidenti vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Dövlətimizin başçısı qeyd edib ki, onun vitse-prezident vəzifəsində ilk səfərini Azərbaycana etməsi ölkələrimiz arasında yaxın münasibətlərin yaxşı göstəricisidir. İkitərəfli münasibətlərimizin müxtəlif sahələri, o cümlədən siyasi, energetika, mədəniyyət sahələrini əhatə etdiyini vurğulayan Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyevanın Veliko Tırnovo mədəni layihəsində fəal iştirakının ölkələrimizin bir-birinə daha da yaxınlaşması işinə töhfə verdiyini deyib. Prezident İlham Əliyev vitse-prezident İliana İotovanın IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakını Bolqarıstanın bu tədbirə verdiyi əhəmiyyətin göstəricisi kimi dəyərləndirib.
Bolqarıstanın vitse-prezidenti İliana İotova deyib: “Xanım Mehriban Əliyevanı Birinci vitse-prezident vəzifəsinə təyin olunması münasibətilə təbrik etmək istəyirəm. Mən hələ tələbə olarkən ilk elmi işim Trapezitsa ilə bağlı idi. Xanım Mehriban Əliyeva, Siz mənim ümdə arzularımı həyata keçirdiniz. Siz Trapezitsa Memarlıq Muzeyi Qoruğunun bərpasında fəal iştirak etmisiniz”.
Birinci xanım Mehriban Əliyeva xoş sözlərə görə minnətdarlıq edərək deyib: “Çox sağ olun. Mən böyük məmnunluqla əməkdaşlığımızı və birgə fəaliyyətimizi davam etdirəcəyəm. Xahiş edirəm Veliko Tırnovodakı bütün dostlarıma mənim salamlarımı çatdırın”.
Bolqarıstanın vitse-prezidenti İliana İotova Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya xatirə hədiyyələri təqdim edib.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

