/ / Prezident İlham Əliyev Bakıdakı 245 nömrəli məktəbin yeni tədris korpusunda yaradılan şəraitlə tanış olub
Prezident İlham Əliyev Bakıdakı 245 nömrəli məktəbin yeni tədris korpusunda yaradılan şəraitlə tanış olub
06.09.2016 [09:53]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Bakının Xətai rayonundakı 245 nömrəli tam orta məktəbin yeni inşa edilən tədris korpusunda yaradılan şəraitlə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, 245 nömrəli tam orta məktəbin əsası 1968-ci ildə qoyulub. Uzun illər təmir olunmayan məktəbdə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən 2014-cü ildə əsaslı təmir və yenidənqurma işləri görülüb. 1800 şagird yerlik məktəbdə tədris iki növbəli sistemdə Azərbaycan və rus dillərində aparılır. Hazırda burada 80 sinifdə 2111 şagird təhsil alır. Şagird sıxlığı təbii ki, təlim-tədrisin vəziyyətinə təsirsiz ötüşmürdü. Bu və digər obyektiv amillər nəzərə alınaraq 2014-cü ildə məktəb üçün yeni korpusun inşasına başlandı.
Dövlət proqramına əsasən iki il ərzində görülən tədbirlər nəticəsində 2630 kvadratmetr sahəsi olan yeni korpusun inşası yüksək səviyyədə başa çatdırılıb.
Yeni korpus 20 sinif otaqlı olmaqla 576 şagird üçün nəzərdə tutulub. Bütün sinif otaqları zəruri tədris ləvazimatları, əyani vəsaitlərlə təchiz olunub. Bununla da məktəb yeni tədris ilində şagirdləri daha keyfiyyətli təlim-tədrislə təmin etməyə hazır vəziyyətə gətirilib.
Prezident İlham Əliyev məktəbin akt və idman zalına da baxıb.
Bildirilib ki, məktəbdə 189 işçi çalışır, şagirdlərin təlim-tərbiyəsi ilə 166 müəllim məşğul olur. Öz uğurlarını getdikcə artıran məktəbi 2015-2016-cı tədris ilində 127 şagird bitirib. Onlardan 76 nəfəri bu il yüksək nəticə göstərərək müxtəlif ali məktəblərə qəbul olunub. Bununla da ölkədə insan kapitalının inkişaf etdirilməsi ilə bağlı dövlətimizin başçısının həyata keçirdiyi konsepsiya bu məktəbin timsalında da öz uğurlu bəhrəsini verməyə başlayıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

