/ / Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19.05.2016 [10:26]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Rusiya ilə Azərbaycan arasında əlaqələrin uğurla və dinamik şəkildə inkişaf etdiyini deyən dövlətimizin başçısı Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozinin Azərbaycana səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin gündəliyi ilə bağlı məsələlərin bir daha nəzərdən keçirilməsi üçün yaxşı imkan yaratdığını bildirib. Prezident İlham Əliyev Dmitri Roqozinin Azərbaycan-Rusiya Hökumətlərarası Birgə Komissiyasının həmsədri kimi Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafındakı rolunu xüsusi qiymətləndirib. Ölkəmizin Hökumətlərarası Birgə Komissiyadakı fəaliyyətindən danışan dövlətimizin başçısı Azərbaycan tərəfinin də iki ölkə arasında münasibətlərin daha da yaxınlaşdırılması üçün səylərini əsirgəmədiyini vurğulayıb. Dünyada müşahidə olunan iqtisadi böhran şəraitində bu istiqamətdə əldə edilmiş nəticələrin kifayət qədər müsbət olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, mövcud potensialın daha da artırılması üçün yaxşı imkanlar var. Əməkdaşlığımızın geniş spektrə malik olduğunu və ikitərəfli əlaqələrin bütün sahələrini, o cümlədən xarici siyasət, iqtisadiyyat, sosial, humanitar və digər sahələri əhatə etdiyini vurğulayan dövlətimizin başçısı ticari-iqtisadi əlaqələrin münasibətlərimizin vacib istiqamətlərindən birinə çevrildiyini deyib. Bu sahədə potensialın gələcəkdə daha da artırılacağına əminliyini bildirən Prezident İlham Əliyev görülən işlərin nəticələrinin nəzərdə keçirilməsi və atılacaq addımların müəyyənləşdirilməsi baxımından bugünkü görüşün əhəmiyyətini qeyd edib.
Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozin Azərbaycan ilə Rusiya arasında ticari-iqtisadi, mədəni, təhsil və digər sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın iclaslarının əməkdaşlığımızın inkişafı baxımından önəmini vurğulayıb. Görülən işlərə və əldə olunmuş razılaşmalara nəzarət baxımından bu cür görüşlərin yaxşı nəticələr verdiyini qeyd edən Dmitri Roqozin bildirib ki, hazırda Rusiya və Azərbaycan üçün maraqlı və perspektivli ola biləcək maşınqayırma sahəsinə aid birgə layihə ilə bağlı iki ölkə arasında müzakirələr aparılır.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15

