Azərbaycan Prezidenti İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
08.04.2016 [09:55]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.
İran, Rusiya və Azərbaycan xarici işlər nazirləri arasında ilk görüşün Bakıda keçirilməsinin önəmini qeyd edən dövlətimizin başçısı üçtərəfli görüşün regional əməkdaşlığımızın tarixində yeni səhifə açacağına, bölgədə sülhün və sabitliyin möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib. Xarici işlər naziri Məhəmməd Cavad Zərifin ölkəmizə səfəri zamanı Azərbaycan ilə İran arasında siyasi, iqtisadi, təhlükəsizlik, enerji, nəqliyyat, terrorizmə qarşı mübarizə və digər sahələrdə əməkdaşlıq məsələlərinin bir daha nəzərdən keçiriləcəyinə toxunan Prezident İlham Əliyev hər iki tərəfin bu sahələrdə fikirlərinin üst-üstə düşdüyünü vurğulayıb, səfərin ikitərəfli əlaqələrimizi əhatə edən bir sıra mövzular ətrafında fikir mübadiləsi aparılması üçün yaxşı fürsət yaratdığını bildirib. Dövlətimizin başçısı İrana son səfərini məmnunluqla xatırlayaraq İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə dünən baş tutmuş telefon söhbətində də bir daha səfər zamanı göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirdiyini deyib. Səfəri çərçivəsində bir sıra məsələlərlə bağlı razılıq əldə olunduğunu, çoxlu sayda sənədlərin imzalandığını qeyd edən Prezident İlham Əliyev bunun ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni imkanlar yaratdığını vurğulayıb və bu səfəri tarixi səfər kimi dəyərləndirib. Azərbaycan ilə İran arasında əməkdaşlıq əlaqələrinin ən yüksək səviyyədə olmasından məmnunluğunu bildirən dövlətimizin başçısı ölkəmizin mövcud əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu deyib, qarşıya qoyulan məqsədlərə nail olunacağına əminliyini ifadə edib. Prezident İlham Əliyev hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəklədiyini qeyd edib.
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Prezident Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyevin İrana səfərini xatırlayan Məhəmməd Cavad Zərif bu səfərin ölkələrimiz arasında mövcud olan əlaqələrin daha da inkişaf etdirilməsinə tarixi töhfə verdiyini vurğulayıb. İranın xarici işlər naziri Azərbaycanın təşəbbüsü ilə, Azərbaycan, İran və Rusiya prezidentlərinin razılığı əsasında həyata keçirilən üçtərəfli əməkdaşlıq formatının önəmini qeyd edib. Azərbaycan və Rusiyadan olan həmkarları ilə əməkdaşlığın müxtəlif sahələri ətrafında müzakirələrə artıq başladıqlarını bildirən Məhəmməd Cavad Zərif ölkələrimiz arasında tranzit, gömrük məsələləri, ekstremizmə qarşı mübarizə, həmçinin turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğulayıb. Məhəmməd Cavad Zərif qeyd edib ki, bu üçtərəfli format İranın həm Azərbaycan, həm də Rusiya ilə ikitərəfli münasibətlərinin genişləndirilməsi, həmçinin ölkələr arasında üçtərəfli əməkdaşlığın inkişafı üçün tarixi fürsət yaradır.
Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

