Nərimanov rayonunda seçicilər yüksək fəallıq nümayiş etdirdilər
19.03.2009 [11:41]
Seçici fəallığı Nərimanov rayonunda da yüksək idi. Qeyd edək ki, Nərimanov rayonunda 3 seçki dairəsi fəaliyyət göstərir. 19 saylı Nərimanov birinci, 20 saylı Nərimanov ikinci və 18 saylı Nərimanov-Nizami seçki dairəsinin bir hissəsi bu rayonun ərazisinə düşür. 19 saylı Nərimanov birinci dairə seçki komissiyasının sədri Etibar Abdullayevin sözlərinə görə, dairə üzrə 30 seçki məntəqəsi fəaliyyət göstərir. Bütövlükdə dairənin 39744 seçicisi var. 395 nəfər isə referendumu müşahidə etmək üçün DSK-da qeydiyyatdan keçib. Müşahidəçilərdən 240 nəfər referendum üzrə təşviqat qruplarının, 2 nəfər isə siyasi partiyaların nümayəndələridir. 150 nəfər isə öz təşəbbüsləri ilə müşahidə aparmaq üçün qeydiyyatdan keçiblər. Beynəlxalq müşahidəçilərə gəlincə, E.Abdullayev deyib ki, ATƏT-in təmsilçilərindən Rumin Malıyev və Yuliyan Plivires səhər saatlarında məntəqələrdə səsvermənin gedişini izləyib. Onun sözlərinə görə, saat 10.00-dək 3665 seçici səs verib ki, bu da ümumi seçicilərin sayının 9,2 faizi deməkdir. Saat 12.00-da isə bu göstərici 24,94 faizə yüksəlib. Saat 17.00-da seçici fəallığı 53 faizə çatıb.
5 saylı məntəqənin sədri İ.Yusifova deyib ki, məntəqə üzrə 1379 seçici qeydiyyatdan keçib. Seçicilərin fəallığı isə bu məntəqədə normaldır. Məntəqə seçki komissiyasında bitərəfləri təmsil edən katib Bircəxanım Aydınova hər bir şəxsin seçim hüququnda sərbəst olduğunu bildirib.
6 saylı seçki məntəqəsinin sədri Ramiz Nuriyev məntəqədə 1387 seçicinin qeydiyyatdan keçdiyini deyib. Onun sözlərinə görə, saat 10.00-dək artıq 150 seçici səs verib. Seçicilərdən Roza Rəsulova Konstitusiya dəyişikliklərinin milli maraqlarımıza xidmət etdiyini deyib və ona görə də, bütün dəyişikliklərə səs verdiyini bildirib. Digər seçici Afət Əsədova isə hesab edir ki, xoşbəxt gələcək naminə Konstitusiya islahatlarına getmək vacibdir. Şəlalə Heydərova da Konstitusiya dəyişiklikləri ilə çoxdan tanış olduğunu bildirib. Təhsil işçisi olduğunu deyən seçici hələ təşviqat kampaniyası zamanı referenduma çıxarılan məsələləri təbliğ də edib.
Qeyd edək ki, hər iki məntəqədə səsvermənin gedişini Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin nümayəndələri Qonde Simon Devid və Donkon Andrea müşahidə ediblər. Amma həmin beynəlxalq müşahidəçilər səsvermə prosesi ilə bağlı mətbuata açıqlama vermək niyyətində olmadıqlarını deyiblər.
20 saylı seçki məntəqəsində isə 1441 seçicinin adı siyahıda əks olunub. Məntəqənin sədri Qasım Qasımovun sözlərinə görə, saat 10.00-dək 380 seçici səsvermədə iştirak edib. Məntəqədə 16 müşahidəçinin səsverməni izlədiyini deyən sədr bildirib ki, onlar tərəfindən hər hansı şikayət edilməyib.
23 saylı məntəqənin sədri Qürbət Məmmədov isə deyib ki, müşahidəçilər sırasında referendumun əleyhinə olan müxalifət partiyaları yoxdur.
Digər müşahidəçilər Nərminə Cavadova və Günel Həsənova da səsvermənin təşkilindən razılıq ifadə ediblər. Onların fikrincə, seçkilərin tam qanunauyğun şəkildə keçirilməsi onu göstərir ki, ölkəmizdəki seçkilər, səsvermə prosesi beynəlxalq standartlara cavab verir.
29 saylı məntəqənin sədri Leyla Əlverdiyeva seçici fəallığının yüksək olduğunu bildirib. Onun sözlərinə görə, səsverməni müşahidə edən şəxslər hər hansı qanun pozuntusu haqqında şikayət etməyiblər. Bu məntəqədə səs verən seçici Razim Kərimov referenduma çıxarılan bütün məsələləri dəstəklədiyini bildirib.
Daha sonra 20 saylı Nərimanov ikinci seçki dairəsinin ərazisindəki məntəqələri müşahidə etdik. öncə dairə seçki komissiyasının sədri Eldar Sadıqovdan bəzi məlumatları aldıq. Onun sözlərinə görə, dairə üzrə 40219 seçici qeydiyyatdadır. Seçicilər dairə ərazisində fəaliyyət göstərən 33 məntəqədə səs verirlər. Səsverməni izləmək üçün DSK-da qeydiyyatdan keçən 372 müşahidəçinin isə 205-i təşviqat qruplarının, 31-i siyasi partiyaların təmsilçiləridir. 136 nəfər isə şəxsi təşəbbüsləri ilə müşahidə aparırlar.
Bu dairənin 16 saylı məntəqəsində seçicilər səsvermək üçün növbəyə dayanmışdılar.
21 saylı məntəqədə səs verən Nəsimi Yusifov, Fərid Kərimov və Misir İsmayılov da Konstitusiya dəyişikliklərinin hamısının lehinə səs verdiklərini bildiriblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

