YAP Xızı rayon təşkilatı özünün 16 illiyini qeyd etdi
07.03.2009 [15:37]
Sonra çıxış edən YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev bildirib ki, çətin dövr və zamana baxmayaraq, partiyanın Xızı rayon təşkilatı 21 nəfərin iştirakı ilə yaranıb. Bu gün təşkilat sıraları artaraq 1463 nəfərə çatıb. Natiq, həmçinin, qeyd edib ki, artıq həmin vaxtdan 16 il ötür. Bu vaxt ərzində partiyamız formalaşıb, öz ətrafına xeyli miqdarda partiya üzvünü cəlb edib. Bu gün aramızda olan partiya üzvlərinin çoxu rayonun idarə, müəssisə və təşkilatlarında mühüm dövlət vəzifələrində çalışırlar. Partiya sıralarında olan üzvlərin 624 nəfəri, yəni, 43,1 faizini gənclər, 40,6 faizini isə qadınlar təşkil edir. Bu gün rayon üzrə 6956 nəfər əmək qabiliyyətli əhalinin partiya üzvlərinin sayına nisbəti 20,5 faiz təşkil edir ki, bu da yüksək göstəricidir. Bu rəqəm durmadan artır.
Natiq sonra 2008-ci ildə ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edən və ötən ilin ən mühüm siyasi hadisəsi olan prezident seçkiləri keçirilməsinə toxunub və bildirib ki, partiyanın rayon təşkilatı YAP Mərkəzi Aparatı tərəfindən tərtib edilmiş fəaliyyət planına əsasən öz işlərini qurub, seçki qərargahının rayon şöbəsini yaradıb, həmçinin, 11 nəfər partiya fəallarından ibarət qərargah üzvlərinin seçildiyini bildirib. Sonra o, prezident seçkilərinin çox yüksək səviyyədə keçirildiyini və rayon əhalisinin 7019 nəfər seçicisindən 6282 nəfərinin, yəni, 89,4 faizinin seçkilərdə iştirak etdiyini, eləcə də iştirak edənlərin 96,96 faizinin cənab İlham Əliyevə səs verdiklərini bildirib.
F.Haqverdiyev, həmçinin, prezident seçkilərindən öncə - avqust ayının 22-də ölkə Prezidenti İlham Əliyevin Xızı rayonuna səfərindən danışıb: “Onun gəlişi bizləri çox sevindirib. Cənab Prezident rayonda olarkən bir sıra obyektlərin açılışında iştirak edib. Həmin vaxt rayon ictimaiyyəti ilə görüşən cənab İlham Əliyev rayonumuzla maraqlandı və rayonun inkişafı üçün gələcəkdə bir sıra köməkliklərin edilməsini və turizmin inkişafı, yolların asfaltlaşdırılması, əhalinin içməli su ilə təmin edilməsi üçün müəyyən addımların atılacağını vurğuladı. Bu, Xızı əhalisinə verilən töhfə idi. Həmçinin, 2008-ci ildə cənab Prezidentin Xızı qəsəbəsinə şəhər statusunun verilməsi haqqında imzaladığı Sərəncam da bizlərə olan qayğının təzahürüdür. Biz öz əməlimizlə, öz işlərimizlə bütün bunları doğrultmalıyıq”.
Bir neçə gün sonra ölkəmizdə Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı referendum keçiriləcəyini xatırladan natiq əlavə edib ki, bu tarixi hadisəyə hazırlıq işlərinə 5 yanvar tarixindən start verilib. Bu istiqamətdə YAP Xızı rayon təşkilatının seçki qərargahı öz ənənəsinə uyğun olaraq işlərini qurub, “Yeni Azərbaycan” təşviqat qrupunun rayon şöbəsini yaradıb, 15 nəfərdən ibarət təbliğat-təşviqat qrupları yaradılıb, rayonun kənd və qəsəbələrində aparacaqları işlər də onların nəzərinə çatdırılıb.
Sonra F.Haqverdiyev bildirib ki, referendumda da Xızı sakinləri fəal iştirak etməklə güclü dövlət naminə öz sözünü deyəcək.
Tədbirdə iştirak edən BDU-nun professoru, YAP İdarə Heyətinin üzvü Şahlar Əsgərov qeyd edib ki, Xızı əhalisi saf qəlbli, təmiz ürəkli insanlardır. Daim bu insanlar həm partiyanı, həm də dövlətimizi dəstəkləyiblər. Onlar bilirlər ki, dövlətimiz inkişaf edir və xalqımızın güzəranı yaxşılaşır. Natiq sonra ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə və Yeni Azərbaycan Partiyasına verdiyi töhfələrdən danışıb.
Sonra “Səs” qəzetinin baş redaktoru, “Səs” İnformasiya agentliyinin direktoru Bəhruz Quliyev öz çıxışında öncə rayon təşkilatının yaranmasının 16 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib və partiyanın keçdiyi yola nəzər salaraq ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış hakim partiyanın inkişaf və tərəqqi siyasətinin önündə getdiyini bildirib. Natiq, həmçinin, YAP-ın yaranmasının 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi olduğunu vurğulayıb.
YAP Xızı rayon təşkilatı Gənclər Birliyinin sədri Laiqə Əliyeva çıxış edərək partiyanın keçdiyi şərəfli yola nəzər salıb və hazırda ölkədə bütün sahələrdə inkişaf və tərəqqiyə diqqət yetirildiyini bildirib. L.Əliyeva YAP Xızı rayon təşkilatı Gənclər Birliyinin, həmçinin, Xızı gənclərinin prezident seçkilərində olduğu kimi, referendumda da mütəşəkkil qaydada iştirak edəcəyini bildirib.
Tədbirdə partiya fəallarına və idmançıl
ara fəxri fərmanlar, yeni qəbul olunmuş üzvlərə partiya üzvlük vəsiqələri verilib.
Sonda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

