/ / Prezident İlham Əliyev Buzovna qəsəbəsindəki 26 nömrəli orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub, yeni tədris korpusunun açılışında iştirak edib
Prezident İlham Əliyev Buzovna qəsəbəsindəki 26 nömrəli orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub, yeni tədris korpusunun açılışında iştirak edib
29.08.2013 [09:34]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Xəzər rayonunun Buzovna qəsəbəsindəki 26 nömrəli orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub, yeni tədris korpusunun açılış mərasimində iştirak edib.
Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtın orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Təmir işləri ilə yanaşı, ehtiyacı olan məktəblər üçün yeni sinif otaqları, tədris korpusları, idman və akt zalları, yeməkxanalar inşa olunur və lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir.
Dövlətimizin başçısı 26 nömrəli orta məktəbin təmirdən əvvəlki vəziyyətini əks etdirən fotolardan ibarət stendə baxıb.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verərək bildirib ki, 1969-cu ildə inşa olunan məktəbdə Dövlət Proqramına uyğun olaraq əsaslı təmir və yenidənqurma işləri ötən il başa çatdırılıb. Sinif otaqları, idman və iclas zalları tam təmir olunub, bütün elektrik və kommunikasiya xətləri dəyişdirilib.
Dövlətimizin başçısı sinif otaqlarına, idman və iclas zallarına baxıb, buradakı şəraitlə maraqlanıb.
Sonra Prezident İlham Əliyev məktəbin yeni inşa edilmiş korpusunda yaradılan şəraitlə yaxından tanış olub. Bildirilib ki, məktəbdə şagird sıxlığı nəzərə alınaraq yeni tədris korpusu ən müasir standartlara uyğun şəkildə inşa olunub. Qırx sinif otağından ibarət yeni korpusda tikinti işləri qısa vaxt ərzində yüksək keyfiyyətlə həyata keçirilib. Sinif otaqlarında şagirdlərin yüksək səviyyəli təhsil almaları üçün lazımi şərait yaradılıb. Yeni korpusda internet şəbəkəsinə qoşulmuş iki müasir kompyuter sinfi də fəaliyyət göstərir. Diqqətə çatdırılıb ki, 2340 şagird yerlik məktəbdə dərslər əsasən bir növbəli olacaq. Məktəbin yeni inşa olunmuş tədris korpusunda da müasir kommunikasiya sistemi quraşdırılıb, dayanıqlı elektrik enerjisi ilə təmin olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

