Qlobal gündəmi müəyyənləşdirmək üçün yeni imkanlar...
15.01.2025 [10:15]
Əbu-Dabi Dayanıqlılıq Həftəsi
Yanvarın 14-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışı və Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Tədbirdə çıxış edən Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ölkəsinin dayanıqlılıq sahəsində həyata keçirdiyi siyasət və layihələr barədə məlumat verib, Əbu-Dabi Dayanıqlılıq Həftəsinin mühüm beynəlxalq platforma kimi rolunun artdığını qeyd edib.
Sonra Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimi olub.
Daha sonra Zayed Dayanıqlılıq Mükafatının qalibləri ilə xatirə fotosu çəkdirilib.
Budəfəki Dayanıqlılıq Həftəsində 13 dövlət və hökumət başçısı, eləcə də 140-dan çox nazir və digər rəsmi şəxslər iştirak edir.
“Davamlı gələcək üçün sektoral inteqrasiya” mövzusunda keçirilən tədbirdə 175-dən artıq ölkədən 50 mindən artıq qonaq, o cümlədən, dünya liderləri, hökumət başçıları, 1000-dən artıq biznes icmasının nümayəndələri iştirak edir. Əbu-Dabi Dayanıqlılıq Həftəsi 2008-ci ildən etibarən hər il BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində təşkil edilir və dünyanın dayanıqlılıq üzrə ən aparıcı tədbirlərindən biri hesab olunur. İqlim dəyişiklikləri ilə bağlı çağırışlarla mübarizədə, davamlı iqtisadi inkişafın və yaşıl bərpa prosesinin təmini məqsədilə səylərin birləşdirilməsi istiqamətində mühüm strateji platforma hesab olunur.
Körfəz ölkələrinin investisiyalarının Azərbaycana təşviqində mühüm rol oynayan platforma
Yanvarın 18-dək davam edəcək bu ilki Dayanıqlıq Həftəsi çərçivəsində dünya ölkələrini yüksək səviyyədə təmsil edən şəxslər insan inkişafı və dayanıqlı həllər istiqamətində öz təşəbbüs və təkliflərini irəli sürəcək, müasir innovasiyalı və rəqəmsal iqtisadiyyatların inkişafı yolunda strategiyaları müəyyənləşdirəcəklər.
Sammitin gündəliyində, həmçinin süni intellekt prioritet olmaqla, qabaqcıl texnologiyalar və insan təcrübələri arasında əlaqələrin qurulmasının əhəmiyyəti vurğulanacaq, dayanıqlı inkişafı təşviq etmək və bütün cəmiyyətləri əhatə edən firavan gələcək qurmaq məqsədləri yer alır. Ümumilikdə, tədbirin strateji hədəfi, eyni zamanda dayanıqlılıq problemlərini həll etmək və iqtisadi transformasiya imkanlarını gücləndirmək üçün qlobal gündəmi müəyyənləşdirməkdir. Belə ki, toplantıya qatılan ölkələrin iri investisiya holdinqləri, iqtisadi, sosial və texnoloji irəliləyişləri təşviq etmək və dəyəri 10 trilyon dollardan çox olan iqtisadi transformasiya ilə bağlı imkanları araşdırmaqdır.
Əbu-Dabi Dayanıqlılıq Həftəsində Azərbaycan üçün də mühüm siyasi-iqtisadi əhəmiyyət daşıyır. Azərbaycan ərəb dövlətləri ilə iqtisadi, ticarət və mədəni əlaqələri son illərdə inkişaf etdirərək yeni mərhələyə çatdırıb. Əvvəlki illərdə körfəz və ərəb ölkələri ilə Azərbaycan arasında iqtisadi gündəliyin əsas strukturu neft-qaz və ənənəvi enerji sahələrinə söykənirdisə, son 4 ildə iqtisadi coğrafiya həm sahələr üzrə, həm də dinamika baxımdan xeyli genişlənib. Münasibətlərin ritmində qeyri-neft sektoru, ələxus da bərpaolunan enerji bölmələri ön plana çıxmaqla biznes blokları arasında işgüzar təmasları da şaxələndirib.
Dayanıqlılıq Həftəsi regionda tranzit-logistika coğrafiyasını genişləndirə bilər
Respublikamızın Körfəz Əməkdaşlığı Şurasında (KƏŞ) yer almasından sonra əlaqələrin dinamikası daha da genişlənib. Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Omandan ibarət Körfəz Əməkdaşlıq Şurası Azərbaycanla ikitərəfli və çoxtərəfli əlaqələri artırmaq üçün müxtəlif siyasi-iqtisadi qərarlar qəbul edib. Azərbaycan hökuməti ilə körfəz ölkələrinin inkişaf fondları və şirkətləri ilə imzalanmış anlaşma memorandumları yeni prioritet sahələr üzrə layihələrin maliyyələşdirilməsinə dərin zəmin yaradıb, ərəb sərmayəçilərinin sənaye və “yaşıl enerji” sahələrində iritutumlu layihələrə maliyyə ayırmasını təmin edib. Eyni zamanda, Azərbaycanın KƏŞ ölkələri ilə ticarət mübadiləsinin həcmi də son illərdə artıb. 2023-cü ildə əmtəə dövriyyəsində əhəmiyyətli dinamika qeydə alınıb və mal mübadiləsi 175 milyon dollara çatıb.
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan ilə Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr arasında ticarət dövriyyəsi 30 faizə yaxın artaraq 200 milyon dollara yaxınlaşıb. Eyni zamanda, tərəflərin investisiya qoyuluşlarında da artımlar müşahidə edilir, hazırda KƏŞ ölkələri tərəfindən Azərbaycan iqtisadiyyatına yatırılmış investisiyaların həcmi 4 milyard dollardan çoxdur. Ancaq həm ticarətdə, həm də sərmayələrdə imkanlar mövcud potensialdan qat-qat böyükdür.
Səudiyyə Ərəbistanının “ACWA Power”, BƏƏ-nin “Masdar” şirkəti ilə “yaşıl enerji” sahəsi üzrə imzalanmış müqavilələrin investisiya tutumu 2 milyard dollardan artıqdır. Respublikamızın mövcud tranzit-logistika imkanlarının genişlənməsi isə əməkdaşlığın coğrafiyasının daha da genişlənməsi və iqtisadi mübadilələrin artmasına əlverişli şərait yaradır.
Beləliklə, Əbu-Dabi Dayanıqlılıq Həftəsində davamlı iqtisadi inkişaf təşəbbüsləri, rəqəmsal və yaşıl bərpa prosesi, qabaqcıl texnologiyalar və digər istiqamətlər üzrə əldə edilən razılaşmalar Azərbaycana ərəb və digər region ölkələrinin iri investisiya şirkətlərinin sərmayə planlarını da təşviq edəcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27

