/ / Prezident İlham Əliyev paytaxtın Füzuli və Mirzağa Əliyev küçələrinin arasında yaradılan yeni istirahət kompleksində tikinti işlərinin gedişi ilə tanış olub
Prezident İlham Əliyev paytaxtın Füzuli və Mirzağa Əliyev küçələrinin arasında yaradılan yeni istirahət kompleksində tikinti işlərinin gedişi ilə tanış olub
30.04.2013 [03:45]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də paytaxtın Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında inşa olunan yeraltı avtomobil dayanacağının üstündə salınan park, bağ və fəvvarələr kompleksində aparılan inşaat işlərinin gedişi ilə tanış olub.
Son illər Bakı şəhərinin infrastrukturunun təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər ardıcıl olaraq davam etdirilir. Paytaxtımızın park və xiyabanları müasir şəkildə qurulur, yaşıllıq zolaqları salınır, yeni istirahət guşələri yaradılır. Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında yeraltı avtomobil dayanacağının üstündə müasir park kompleksinin inşası Bakı şəhərinin simasının daha da yeniləşməsi və paytaxt sakinlərinin istirahəti baxımından olduqca əhəmiyyətlidir. Dövlətimizin başçısı kompleksdə həyata keçirilən inşaat işlərini daim nəzarətdə saxlayır, burada aparılan tikintinin gedişi ilə mütəmadi olaraq maraqlanır.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlətimizin başçısına inşa olunan park kompleksinin layihəsi əsasında məlumat verib. Bildirilib ki, yeni salınan bu park kompleksi şəhərin içərisində ən böyük parkdır. Ərazisi 7 hektar olan parkın 20 min kvadratmetrlik sahəsinə qranit və keramit plitələr döşənib. Park kompleksinin 6 min kvadratmetrlik sahəsinə, eləcə də ətrafdakı küçə və prospektlərə asfalt örtüyü çəkilir. Kompleksin 35 min kvadratmetrlik ərazisindən 32 min kvadratmetr hissəsində artıq yaşıllıq zolağının salınması işləri başa çatdırılıb. Həmin əraziyə 35 min kubmetr münbit torpaq töküldüyü bildirilib. Burada 2000-ə yaxın ağac, 10 mindən çox isə bəzək kolu, çoxlu sayda gül və çiçəyin əkiləcəyi, ərazinin bütünlüklə yaşıl otlarla örtüləcəyi qeyd olunub. Yaşıllaşdırma işlərinin 90 faizi artıq icra olunub.
Bildirilib ki, parkda inşa olunan və ən müasir tələblərə cavab verən 5 fəvvarədə tamamlama işləri aparılır. Texniki mərtəbədə fəvvarələr üçün ayrıca stansiya quraşdırılıb. Yaşıllıq zolaqları avtomatik sistemlə suvarılacaq. Park kompleksində yeni yarımstansiyanın quraşdırıldığı və ən müasir işıqlandırma sisteminin böyük bir hissəsinin başa çatdığı qeyd olunub. Parkda üç yay kafesi fəaliyyət göstərəcək. Kompleksin ətrafındakı binalarda və ərazilərdə də əsaslı şəkildə abadlıq və quruculuq işlərinin davam etdirildiyi bildirilib.
Prezident İlham Əliyev Füzuli küçəsindəki 39 nömrəli binanın sürüşdürülmə yolu ilə köçürülmə prosesi ilə də tanış olub. Qeyd edək ki, 1908-ci ildə Hacınski qardaşları tərəfindən inşa etdirilən bu bina tarixi memarlıq abidələri sırasına daxildir. Dövlətimizin başçısının tarixi memarlıq abidələrinin qorunması və bərpa edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq 18 min ton ağırlığında olan bu tarixi memarlıq binasının əvvəlki görkəmi saxlanmaqla 10,5 metr sürüşdürmə yolu ilə yerinin dəyişdirilməsi prosesinə aprelin 23-də başlanıb. Sürüşdürülmə prosesini dünyada bu sahədə ən qabaqcıl təcrübəyə malik olan Hollandiyanın “Bresser” şirkəti həyata keçirir.
Proses barədə Prezident İlham Əliyevə məlumat verilib. Bildirilib ki, binanın köçürüləcəyi yeni ərazidə möhkəm təməl qoyulub. Bu da tarixi binanın davamlılığının uzun müddət üçün artırılmasına kömək edəcək. Sürüşdürülmə prosesinin bu gün axşam saatlarında başa çatdırılacağı qeyd olunub.
Prezident İlham Əliyev sürüşdürülmə prosesini izləyib.
Sonra dövlətimizin başçısı park, bağ və fəvvarələr kompleksində aparılan inşaat işlərinin gedişi ilə yaxından tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40

