Bakıda “CATEF-2013” - birinci Xəzər Beynəlxalq su texnologiyaları sərgisi açılıb
12.04.2013 [00:56]
Azərbaycan Prezidenti İlham Əliyev sərgi ilə tanış olub
Dünən Bakı Sərgi Mərkəzində “CATEF-2013” - birinci Xəzər Beynəlxalq su texnologiyaları sərgisi işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgi ilə tanış olub.
Dövlətimizin başçısına məlumat verən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, son illərdə Azərbaycanda şəhər və rayon mərkəzlərinin, kənd və qəsəbələrin su təchizatı yenidən qurulur. Bu sahədə beynəlxalq maliyyə təşkilatları və xarici şirkətlərlə əməkdaşlıq genişlənir. Həmçinin ölkəmizdə su təchizatı və kanalizasiya sektorunda reallaşdırılan genişmiqyaslı layihələr, yeni texnologiyaların tətbiqi perspektivləri isə sərmayəçilərin regiona marağını daha da artırır. “CATEF-2013” sərgisi də bunun bariz nümunəsidir.
Bildirilib ki, “CATEF-2013” sərgisi Xəzər regionunda su texnologiyaları sahəsində əldə olunan nailiyyətlərin nümayiş etdirildiyi yeganə ixtisaslaşdırılmış tədbirdir. “Azərsu” ASC-nin təşəbbüsü və fəal dəstəyi ilə təşkil olunan sərginin tərəfdaşı “Iteca Caspian” MMC-dir. Cənubi Qafqaz regionunda bu mövzuya dair ilk dəfə keçirilən sərgi su texnologiyalarına olan marağı nümayiş etdirir. Burada iştirak edən 23 ölkədən 70-dən çox şirkət içməli su təchizatı və kanalizasiya sahəsində mövcud olan ən yeni texnologiyaları və xidmətləri nümayiş etdirir. Bu sərgidə yerli və xarici şirkətlərə öz məhsullarını və texnologiyalarını nümayiş etdirmək üçün gözəl fürsət yaradılıb.
Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, sərgidə ABŞ, Avropa ölkələri, Yaponiya və Koreya Respublikası şirkətlərinin üstünlük təşkil etməsi yüksək texnologiyalar sahəsində təcrübəsi olan müəssisələrin bu tədbirə böyük önəm verdiyini təsdiqləyir. “CATEF-2013”də Azərbaycan ilə yanaşı, Türkiyə, ABŞ, Koreya Respublikası, Almaniya, İsveçrə, Yaponiya, Avstriya, Fransa, İsveç və digər ölkələrdən olan şirkətlər su infrastrukturuna dair məhsullarını və xidmətlərini təqdim edir. Bu, yeni texnologiyaların tətbiqi, xarici investisiyaların cəlb edilməsi və beynəlxalq tərəfdaşlığın genişləndirilməsi baxımından belə sərgilərin əhəmiyyətini təsdiqləyir.
Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış olub.
ABŞ-ın “Dow” şirkətinin pavilyonu ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verilib ki, müəssisə sənaye suları və regionlarda istifadə olunan sular, yaşayış yerlərinin içməli suları və suyun təkrar istifadəsi zamanı tətbiq edilən ion mübadilə qatranları, habelə elektrik deionizasiya məhsullarının geniş çeşidini təklif edir. Hazırda bu şirkət Bakıda içməli suyun təmizlənməsi üçün dünyanın ən böyük ultrasüzgəc qurğusunun hazırlanmasında yaxından iştirak edir. Həmin qurğunun quraşdırılmasının 2013-cü ildə başa çatdırılması nəzərdə tutulub. Qurğu gün ərzində 520 min kubmetr həcmində içməli suyun təchiz olunmasına imkan verəcək.
Bazarda aparıcı mövqeyə sahib olan Almaniyanın “Herrenknecht” şirkəti mexaniki üsulla tunelqazıma sistemləri sahəsində tətbiq olunan texnologiyalar üzrə lider müəssisələrdəndir. “Herrenknecht” dünyada istənilən torpaq tipi üçün bütün diametrlərdə ən müasir tunelqazıma maşınları istehsal edən yeganə şirkətdir.
İsveçin “Nordic Water Products AB” şirkətinin pavilyonunda dövlətimizin başçısına məlumat verilib ki, müəssisə dənəvər hissəcikləri ayırmaq üçün istifadə olunan ələklərin, eləcə də onların avadanlığının çatdırılmasını və quraşdırılmasını həyata keçirir.
Rusiyanın “Ecoline” şirkəti isə şüşə lifli plastik materialdan avadanlıq hazırlayır. Buraya əsasən məişət və istehsal obyektlərində yaranan tullantı suların təmizlənməsi üçün istifadə olunan avadanlıq, həmçinin kanalizasiya sularının təmizlənməsi və nasosla vurulması üçün məhsullar daxildir.
Sonra Prezident İlham Əliyev “Ekoton” beynəlxalq tədqiqat və istehsal şirkətinin pavilyonuna baxıb. Şirkət tullantı suların təmizlənməsi üzrə Rusiyada ən iri müəssisə hesab olunur. Avadanlıq Rusiya, Ukrayna, Polşa və Qazaxıstanda yerləşən zavodlarda istehsal edilir.
Sərgidə yerli şirkətlər də geniş təmsil olunur. Prezident İlham Əliyevin iştirakı ilə 2009-cu ildə istismara verilən Sumqayıt Texnologiyalar Parkının Cənubi Qafqaz və Mərkəzi Asiyada bənzəri yoxdur. Bu müəssisədə müxtəlif profilli zavodlar fəaliyyət göstərir. Onlardan biri də polimer məmulatlar zavodudur. Zavodda yüksək təzyiqə davamlı qaz, su, alüminium təbəqəli çoxqatlı polietilen, şüşə lifli üçqat fiber borular və digər məhsullar istehsal olunur.
Azərbaycan Prezidenti “Azərsu” ASC-nin pavilyonuna gəlib.
Cəmiyyətin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına məlumat verib ki, pavilyonda Bakıda, Abşeron yarımadasında və regionlarda həyata keçirilən layihələri əks etdirən stendlər təqdim olunur.
Prezident İlham Əliyevə Abşeron yarımadasının 2013-cü ildə su alacaq qəsəbələri, o cümlədən 2035-ci ilədək perspektiv inkişafı nəzərdə tutan “Master plan” barədə məlumat verilib. Bildirilib ki, hazırda ölkənin 38 şəhər və rayon mərkəzində, həmçinin 350-dən çox kənddə su və kanalizasiya layihələri icra edilir. “SCADA” idarəetmə və məlumatların əldə olunması sistemi vasitəsilə Oğuz-Qəbələ-Bakı su kəmərinin fəaliyyətinə online rejimdə nəzarət edilir. Dövlətimizin başçısına, həmçinin yeraltı infrastrukturun elektron xəritəsinin hazırlanmasını nəzərdə tutan “Azərsu-GİS” layihəsi barədə məlumat verilib.
Prezident İlham Əliyev Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun, mərkəzi laboratoriyanın, cəmiyyətin yeni inzibati binasının, Hövsan aerasiya stansiyasının maketlərinə də baxıb. Bildirilib ki, mərkəzi laboratoriyada tikinti işləri yekunlaşmaq üzrədir və bu il istifadəyə veriləcək. Diqqətə çatdırılıb ki, icra olunan layihələrin daha keyfiyyətlə həyata keçirilməsi, müasir texnologiyanın və xarici təcrübənin öyrənilməsi məqsədi ilə cəmiyyətin əməkdaşları Sinqapur, Türkiyə, Koreya Respublikası və digər ölkələrdə, eləcə də daxili təlimlərdə iştirak edirlər.
Fransanın “SUEZ Environnement” şirkətinin pavilyonunda olan Prezident İlham Əliyevə məlumat verilib ki, müəssisə və onun filialları içməli su resursları, sanitar-nəzarət və tullantıların idarə edilməsi sahəsində milyonlarla insana və təsərrüfat subyektlərinə qabaqcıl təcrübə təqdim edir.
Türkiyənin “Elektromed” şirkəti isə su, qaz və istilik miqdarını ölçmə sahələrində geniş məhsul çeşidi təqdim edir.
Azərbaycan Prezidentinə bildirilib ki, sərgi ilə eyni vaxtda Xəzər Beynəlxalq su texnologiyaları forumu da keçirilir.
Sərgi ilə tanışlıqdan sonra dövlətimizin başçısı “CATEF-2013” - birinci Xəzər Beynəlxalq su texnologiyaları sərgisi və forumunun işinə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

