Bakı ümid yeridir
23.08.2024 [09:50]
Hər zaman beynəlxalq hüquq və ədalət prinsipindən çıxış edən Azərbaycan dünya miqyasında kolonializmə qarşı mübarizənin mərkəzinə çevrilib. Fransanın və bəzi digər dövlətlərin ağır müstəmləkəçilik siyasətindən əziyyət çəkən xalqlar Bakıya ümid yeri kimi baxırlar. Bunun təsdiqi olaraq qeyd edək ki, avqustun 22-də “Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” mövzusunda beynəlxalq konfrans işə başlayıb. Bakı Təşəbbüs Qrupu (BTQ) və Boneyra İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatının birgə təşkilatçılığı ilə baş tutan tədbir Niderlandın müstəmləkəçiliyi altında olan Boneyra adasına həsr edilib.
Konfransa kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan Boneyra xalqının təmsilçiləri, habelə Beliz, Sent-Vinsent və Qrenadin, Surinam, Sent Lüsiya, Böyük Britaniya, Meksika, Niderland və başqa ölkələrin nümayəndələri, BMT və digər beynəlxalq təşkilatların rəsmiləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar qatılıblar.
Bildirildiyi kimi, Niderlandın əsarəti altında olan Boneyra xalqını narahat edən məsələlər çoxdur. O cümlədən Boneyra xalqının müstəmləkəçilikdən azad olmaq uğrunda apardığı mübarizə, habelə problemin aidiyyatı beynəlxalq təşkilatların gündəliyinə çıxarılması istiqamətində görülən işlər, beynəlxalq hüquqi imkanlar barədə müzakirələrin aparılmasına ciddi ehtiyac var.
Konfransın təşkilində məqsəd Boneyra adasının BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısına yenidən salınması üçün bir sıra dövlətlər tərəfindən BMT Baş Assambleyasına təqdim edəcəyi qətnamə layihəsi ilə bağlı beynəlxalq ictimaiyyətin dəstəyinin əldə edilməsidir.
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. Qrup XXI əsrdə dünyanın müxtəlif bölgələrində hələ də müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.
“Bizim missiyamız üçün vacib olan amil insanların öz müqəddəratını təyin etmək, mədəni kimliyini qorumaq və etik inkişaf hüquqlarıdır. Lakin bu hüquqlar ayrılıqda tam həyata keçirilə bilməz. Biz səsimizi gücləndirmək, eyni zamanda, ədalətin, sadəcə, ideal deyil, hamı üçün reallıq olmasını təmin etmək üçün qlobal ictimaiyyətin dəstəyinə və anlayışına inanırıq”. Bu fikirləri Boneyra İnsan Hüquqları Təşkilatının prezidenti Davika Bissessar söyləyib. Fikirlərinə davam edən Davika Bissessar vurğulayıb: “Bu gün biz bütün dünyaya çox vacib bir mesaj veririk ki, kiçik icmaların hüquqları da mədəniyyətimizi və irsimizi qoruyub saxlayan böyük xalqların hüquqları qədər həyati əhəmiyyət kəsb edir”.
Tədbirdə iştirak etmək üçün paytaxtımıza təşrif gətirən qonaqlar kolonializmə qarşı apardıqları mübarizədə onlara göstərilən davamlı dəstəyə görə ölkəmizə, o cümlədən də Bakı Təşəbbüs Qprupuna minnətdarlıqlarını ifadə edirlər. “Bakı Təşəbbüs Qrupu müstəmləkəçilikdən əziyyət çəkən ölkələr üçün çox mühüm platforma yaradır və buna görə təşəkkür edirik. Düşünürəm ki, biz və müstəmləkəçilikdən əziyyət çəkən digər xalqlar bunu dünyanın diqqətinə çatdırmalıdırlar”, - deyə Niderlandın müstəmləkəçiliyi altında olan Belizin nümayəndə heyətinin üzvü, Belizin BMT-də daimi və səlahiyyətli səfiri Karlos Füller jurnalistlərə müsahibəsində söyləyib.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

