/ / Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin 20 illik yubileyində iştirak etmək üçün ölkəmizə gəlmiş xarici dövlətlərin nümayəndələrini qəbul edib
Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin 20 illik yubileyində iştirak etmək üçün ölkəmizə gəlmiş xarici dövlətlərin nümayəndələrini qəbul edib
08.11.2012 [01:12]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Milli Olimpiya Komitəsinin 20 illik yubileyində iştirak etmək üçün ölkəmizə gəlmiş xarici dövlətlərin nümayəndələrini qəbul edib.
Görüş iştirakçılarını salamlayan Prezident İlham Əliyev deyib: “Sabahınız xeyir. Xoş gəlmisiniz, əziz dostlar. Sizi Azərbaycanda görməyimə çox şadam. Bu əlamətdar tədbirə gəldiyinizə və iştirak etdiyinizə görə təşəkkür edirəm.
Azərbaycan 20 ildir ki, Olimpiya ailəsinin üzvüdür. Biz bunu bu gün qeyd edəcəyik, faktiki olaraq bir neçə gün əvvəldən qeyd olunmağa başlayıb. Sizin bu tədbirlərdə iştirakınız bizim üçün çox əhəmiyyətlidir. Olimpiya ailəsinin üzvü olandan bəri beynəlxalq əlaqələrimiz sürətlə inkişaf etməyə başlayıb. İndi, 20 ildən sonra bizim artıq federasiyalarla, Olimpiya komitələri, beynəlxalq və Avropa Olimpiya komitələri ilə çox yaxşı əlaqələrimiz vardır. Biz Azərbaycanda bir çox mühüm tədbirlər - Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclasını, həmçinin müxtəlif seminarlar, konfranslar, dünya kubokları yarışlarını keçirmişik. Bu yaxınlarda biz 17 yaşadək qadınlar arasında futbol üzrə dünya çempionatı keçirmişik. Bizim artıq beynəlxalq tədbirləri təşkil etməkdə təcrübəmiz vardır. Biz Azərbaycanda daha çox və böyük beynəlxalq tədbirlərə ev sahibliyi etmək əzmindəyik. Eyni zamanda, əminəm ki, siz həmkarlarınız tərəfindən ölkəmizdə idmanın inkişafı, idman infrastrukturu, beynəlxalq yarışlardakı nailiyyətlərimiz barədə məlumatlandırılacaqsınız. Mən həqiqətən şadam ki, Azərbaycanda idman və Olimpiya hərəkatı artıq həyatımızın bir hissəsinə çevrilib, idmançılara və veteranlara münasibət yüksək səviyyədədir. Dövlət Proqramı idman və Olimpiya hərəkatının inkişafının bir çox aspektlərini əhatə edir. Cəmiyyətdəki ümumi əhval-ruhiyyə olduqca yüksəkdir. Sizlərdən çoxunuz əvvəllər Azərbaycana səfər etmisiniz. Mən burada bir çox köhnə dostlarımı görürəm. Bildiyimə görə, sizin bəziləriniz ölkəmizə ilk dəfədir səfər edir. Əminəm ki, burada baş verənləri görmək və dostlarınızla bir neçə gün keçirmək maraqlı olacaqdır. Bir daha xoş gəlmisiniz. Bugünkü tədbirdə iştirakınıza görə sizə bir daha təşəkkür etmək istərdim. Mən sizə ən xoş arzularımı bildirirəm, ölkələrinizə, təmsil etdiyiniz ölkələrin idmançılarına uğurlar arzu edirəm”.
Sonra Polşa Olimpiya Komitəsinin prezidenti Andrzej Krasnicki çıxış edərək Azərbaycan Milli Olimpiya Komitəsinin 20 illik yubiley tədbirlərinə dəvətə görə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. O, qeyd edib ki, Azərbaycan Milli Olimpiya Komitəsinin 20 illik yubileyi təkcə Azərbaycan üçün deyil, bütövlükdə beynəlxalq Olimpiya hərəkatı üçün çox mühüm hadisədir. Çünki cəmi iki onillikdə Azərbaycanda Olimpiya hərəkatı çox geniş vüsət alıb. Polşalı qonaq Azərbaycan idmançılarına yeni-yeni uğurlar arzulayıb.
İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Gazdar Mohammad Saleh Federasiyanın prezidenti Şahzadə Nəvaf bin Fəyzal bin Fəth bin Abduləzizin salamlarını Prezident İlham Əliyevə çatdırıb. Beş il əvvəl ölkəmizdə səfərdə olduğunu deyən Gazdar Mohammad Saleh o vaxtdan keçən dövr ərzində Bakıda çox böyük inkişafın şahidi olduğunu bildirib. Daha sonra qonaq Azərbaycan dövlətinin başçısı ilə London Olimpiya Oyunları zamanı görüşünü xatırladıb və həmin oyunlarda ölkəmizin idmançılarının əldə etdiyi nailiyyətlərə görə Prezident İlham Əliyevi təbrik edib.
Sloveniya Olimpiya Komitəsinin rəhbəri Janez Koçijançiç yubiley tədbirlərində iştirakdan məmnun olduqlarını vurğulayıb. O, qısa zamanda ölkəmizin Olimpiya hərəkatında əldə etdiyi uğurları yüksək qiymətləndirərək bildirib ki, Azərbaycanın Olimpiya Oyunlarındakı nailiyyətləri bütövlükdə Avropada idmanın inkişafına bir töhfədir.
Görüşdən sonra xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

