"Dəmir İpək yolu" regional miqyaslı, qlobal xarakterli layihədir
24.07.2012 [22:17]
Xəbər verildiyi kimi, iyulun 18-də “Hilton-Baku” hotelində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti layihəsinin həyata keçirilməsi üzrə üçtərəfli Əlaqələndirmə Şurasının IV iclası keçirilib.
Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya üzrə dövlət naziri Binəli Yıldırım və Gürcüstanın regional inkişaf və infrastruktur naziri Ramaz Nikolaişvilinin iştirakı ilə keçirilən görüşdə BTQ dəmir yolu xəttinin Gürcüstan hissəsinin reabilitasiyası, yenidən qurulması və tikinti prosesi, Gürcüstan və Türkiyəni birləşdirən tunelin layihələndirilməsi, ekspertizası və inşası, Türkiyə ərazisində həyata keçirilən tikinti işlərinin gedişatı və s. məsələlər müzakirə olunub.
Bildirilib ki, BTQ dəmir yolu əvvəlcədən planlaşdırıldığı kimi, 2014-cü ildə tam istifadəyə veriləcək. “Dəmir İpək yolu” adlandırılan layihə qardaş ölkələrimizin iqtisadiyyatının şaxələndirilməsinə və inkişafına təkan verəcək, eləcə də, Avropa ilə Asiyanı bir-birinə daha yaxın edəcək.
Sonda Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin həyata keçirilməsi üzrə üçtərəfli Əlaqələndirmə Şurasının IV iclasının protokolu imzalanıb.
Qeyd etmək lazımdır ki, BTQ dəmir yolu layihəsinin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası TransAvropa və TransAsiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxışını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə və əməkdaşlığın daha da inkişafına, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək.
Vurğulamaq olar ki, Azərbaycan-Gürcüstan-Türkiyə hökumətlərinin ən iri regional layihələrindən biri olan BTQ perspektivdə nəhəng nəqliyyat infrastrukturuna və rentabelli nəqliyyat dəhlizinə çevriləcək. Həmçinin, layihə ölkəmizi Avropa ilə birləşdirəcək, eləcə də, Asiya ilə Avropa arasında körpü funksiyasını yerinə yetirəcək. Məhz buna görə də, “Dəmir İpək yolu” layihəsini regional miqyaslı, qlobal xarakterli layihə kimi səciyyələndirmək mümkündür.
Bir məqama da xüsusi diqqət yetirmək lazımdır ki, BTQ layihəsi bəhs olunan milli dövlətlərin siyasi iradəsinə əsaslanmaqla müstəqil səciyyə daşıyır və hər hansı bir xarici ölkənin, beynəlxalq maliyyə institutunun yardımından asılı deyil. Bunu sübut etmək üçün bəhs olunan layihələrin gerçəkləşdirilməsi yönündə atılan addımlara, aparılan mübarizəyə nəzər yetirmək lazımdır. Sirr deyil ki, “Dəmir İpək yolu” adlandırılan və Qərblə Şərqi birləşdirəcək BTQ layihəsinin gerçəkləşdirilməsi istiqamətində birbaşa və əsas addımlar Azərbaycan tərəfindən atılıb. Bu, Cənubi Qafqazda reallaşdırılması nəzərdə tutulan ilk layihə idi ki, heç bir beynəlxalq maliyyə institutu onu maliyyələşdirməyə isti münasibət bəsləmirdi. Amma Azərbaycan kifayət qədər maliyyə ehtiyatlarını və güclü siyasi iradəsini ortaya qoyaraq BTQ-nin reallaşdırılması yönündə əsas öhdəliyi öz üzərinə götürdü. Məhz bu amilin fonunda dünyanın ən nəhəng nəqliyyat marşrutlarından birinin reallaşdırılması yönündə Azərbaycan Gürcüstana 200 milyon dollar kredit ayırmaqla bu prosesə mühüm təkan verdi. Bütün bu proseslərin qanunauyğun nəticəsi kimi, nüfuzlu analitik mərkəzlər BTQ ətrafında cərəyan edənlərə məhz bu cür qiymət verdi: “BTQ layihəsinin müəllifi və təkanvericisi Azərbaycanı Qərblə Şərqi birləşdirən transmilli mərkəzə çevirmək istəyən və bu yöndə xüsusi addımlar atan Prezident İlham Əliyevdir. “Dəmir ipək yolu” - BTQ Asiya ilə Avropa arasında təhlükəsiz və əlverişli yükdaşımalarını həyata keçirmək üçün olduqca effektiv bir layihədir. Layihə, öncə gündəmə gələndə güclü siyasi iradə tələb olunurdu. Bu iradə isə Prezident İlham Əliyevin timsalında Azərbaycan dövləti tərəfindən nümayiş etdirildi...”
Yuxarıda sadalananlara bənzər fikirlər BTQ layihəsinin tərəfdaşları olan Türkiyə və Gürcüstanın dövlət başçıları tərəfindən də əminliklə səsləndirildi. Türkiyənin Prezidenti Abdullah Gül layihənin reallaşdırılması işinə məhz bu cür münasibət bildirdi: “Bu tikintinin maliyyə dəstəyi də artıq təmin edilmişdir. Azərbaycan Prezidenti hörmətli İlham Əliyevin layihəyə verdiyi önəmli dəstək onun həyata keçirilməsinə daha əlverişli şərait yaratmışdır”.
Gürcüstan Prezidenti Mixail Saakaşvili də öz növbəsində BTQ layihəsi ətrafında cərəyan edən prosesləri məhz bu cür qiymətləndirdi: “Azərbaycan Prezidenti İlham Əliyevin qəti mövqeyi və yaxından köməyi olmasaydı, Bakı-Tbilisi-Qars layihəsi reallaşmazdı”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də sözügedən layihənin müstəqil siyasi iradənin nəticəsi olması məsələsinə toxunaraq qeyd etmişdi ki, Bakı-Tbilisi-Qars layihəsi Azərbaycanın böyük neft-qaz yataqlarının işlənilməsi nəticəsində həyata keçirilən neft-qaz kəmərləri layihələrinin - Azərbaycanı Gürcüstan və Türkiyə ilə birləşdirən Bakı-Supsa, ondan sonra Bakı-Tbilisi-Ceyhan, ondan sonra Bakı-Tbilisi-Ərzurum layihələrinin məntiqi nəticəsidir: “Bu, bir daha onu göstərir ki, əgər bizim ölkələrimiz öz siyasi iradəsini, öz dostluq əlaqələrini, əməkdaşlıq prinsiplərini ortaya qoyurlarsa, istənilən layihə öz həllini tapar”.
Digər tərəfdən, sözügedən layihənin reallaşdırılmasını iştirakçı dövlətlər arasındakı dostluq, qardaşlıq münasibətlərini möhkəmləndirən amil kimi dəyərləndirmək olar. Bu, həmçinin, iştirakçı dövlətlərin milli maraqlarının uzlaşdırılmasına, inteqrasiya prosesinin sürətlənməsinə xidmət edən faktordur. Bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, BTQ regional və qlobal miqyasda böyük diqqətə səbəb olmaqdadır və perspektivdə bu layihəyə qoşulanların sayı artacaqdır. Prezident İlham Əliyev bununla bağlı bildirmişdi ki, bizim başladığımız və uğurla icra etdiyimiz bütün layihələr əməkdaşlıq, dostluq amillərini möhkəmləndirən layihələrdir: “Bu layihələr heç kimə qarşı yönəldilməyib, sadəcə olaraq, dostluğa, əməkdaşlığa yönəldilmişdir. Biz dostuq, qardaş ölkələrik, qardaş xalqlarıq və tam haqqımız var ki, xalqlarımızın milli maraqlarını təmin etmək üçün istənilən layihəni icra edək və biz bunu edirik. Gələcəkdə bu layihə, əlbəttə ki, xalqlarımızın rifah halının yaxşılaşmasına, bölgədə gedən əməkdaşlıq meyillərinin güclənməsinə gətirib çıxaracaqdır. Mən şübhə etmirəm ki, bu layihə başa çatandan sonra ona qoşulan tərəflər və ölkələr kifayət qədər çox olacaqdır”.
NURLAN QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

