/ / Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatları Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatları Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
11.07.2012 [23:43]
Meksikanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğulayan Fransisko Arroyo Vieyra ölkələrimiz arasında 20 ildən artıq mövcud olan diplomatik əlaqələrin uğurlu inkişafından məmnunluğunu ifadə edib. O, əlaqələrimizin genişləndirilməsində Azərbaycan hökumətinin dəstəyi ilə Meksikada həyata keçirilən mədəni-humanitar layihələrin önəmini qeyd edib. Xalqımızın ümummilli lideri Heydər Əliyevlə fəxr duyduğunu deyən qonaq Ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib, ölkəmizin son illər əldə etdiyi nailiyyətlərin onlarda xoş təəssüratlar yaratdığını deyib. Fransisko Arroyo Vieyra Meksikada Ulu öndərin xatirəsinə abidə ucaldıldığını, Meksikadakı meydanların birində isə Azərbaycan-Meksika dostluğunu əks etdirən monumentin və Xocalı soyqırımı abidəsinin qoyulacağını vurğulayıb. Meksikalı qonaq iqtisadi sahədə əməkdaşlığımızın genişləndirilməsi üçün də yaxşı imkanların olduğunu bildirib. Qonaq ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib.
Meksika Birləşmiş Ştatları Senatının sədr müavini Fransisko Arroyo Vieyranın ölkəmizə səfərini yüksək qiymətləndirən dövlətimizin başçısı bu səfərin Azərbaycan ilə Meksika arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycanın Meksika ilə əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib. Dövlətimizin başçısı Meksika senatının Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qəbul etdiyi qərarı yüksək qiymətləndirib və minnətdarlığını bildirib. Prezident İlham Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin xatirəsinin Meksikada hörmətlə yad edilməsinin xalqımızda xoş duyğular yaratdığını deyib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, ticarət, mədəniyyət, humanitar və parlamentlərarası əməkdaşlıq sahələrində daha da genişləndirilməsi ilə bağlı yaxşı imkanların olduğu vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56

