Uğura və ölümə tələsən alim...
03.04.2025 [10:30]
Azərbaycanın bir sıra görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyətləri tarixi torpağımız olan İrəvanla bağlıdır. Zamanında şəhərə özünəməxsus azərbaycanlı mühiti hakim idi və bu mühitdə sonralar ictimai-fəlsəfi fikir tariximizin önəmli simalarına çevrilən çoxlu sayda ziyalılar formalaşıb. Onlardan biri də filosof alim Heydər Hüseynov olub.
Heydər Hüseynov tarixin bu günündə - 3 aprel 1908-ci ildə İrəvanın Təpəbaşı məhəlləsində tacir Hacı Nəcəf Kərbəlayi Hüseyn oğlunun və Məşədi Gülsümün ailəsində dünyaya göz açıb. Ailədəki altı uşağın sonbeşiyi olub. Heydər anadan olandan az sonra atası vəfat edib. Böyük qardaşı Yusif 1918-ci ildə erməni quldur dəstələri tərəfindən öldürüldükdən sonra ailələri əvvəl Batuma, sonra Stavropola, 1920-ci ildə isə Bakıya köçüb. Heydər Hüseynov böyük qardaşı və anasının himayəsi altında böyüb. O yalnız on iki yaşında Bakıdakı 18 saylı məktəbin şagirdləri sırasına qatılıb. Heydər Hüseynov 1927-1931-ci illərdə indiki Pedaqoji Universitetin həm şərqşünaslıq, həm də pedaqoji fakültələrinin tələbəsi olub, ərəb və fars dillərinə mükəmməl yiyələnib.
Fitri istedad sahibi
Mühit və fərdi keyfiyyətlər şəxsiyyətin formalaşmasında mühüm rol oynayır. Heydər Hüseynovun, necə deyərlər, bəxti onda gətirib ki, o həm orta məktəbdə, həm də sonralar ali təhsil aldığı Pedaqoji Universitetdə sözün əsl mənasında seçilən ziyalı mühiti ilə əhatə olunub. H.Hüseynovun böyük qızı Sara xanımın xatirələrində yazdığına görə 18 nömrəli məktəbdə atası ilə yanaşı, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Əfrasiyab və Şəmsi Bədəlbəylilər, Əbülfəz Qarayev, Məmmədağa Şirəliyev, Hüseyn Bakıxanov kimi sonralar Azərbaycan ədəbiyyatının və mədəniyyətinin parlaq simalarına çevrilən gənclər oxuyublar. Onlar Feyzulla Qasımzadə, Hənəfi Zeynallı, Atababa Musaxanlı kimi dövrün ziyalılarından dərs alıblar. Ali təhsil aldığı Pedaqoji Universitetdə isə Heydər Hüseynova Azərbaycan dilindən Bəkir Çobanzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, fəlsəfədən Mikayıl Hüseynovun, Cahangir Nağıyevin və digərlərinin mühazirələrinə qulaq asmaq xoşbəxtliyi nəsib olub.
Belə zəngin mühit və əlbəttdə ki, fitri istedadı, tükənməz enerjisi, zəhmətsevərliyi onu hələ gənc yaşlarında zirvələrə yüksəldib. Heydər Hüseynov 1939-cu ildə 31 yaşında “M. F. Axundovun fəlsəfi görüşləri” əsərini Tbilisi Universitetində müdafiə edərək, fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb. Sonradan H. Hüseynovun Azərbaycanda fəlsəfə elminin inkişafında böyük xidmətləri olub. O, bir müddət ayrı-ayrı ali məktəblərdə fəlsəfə elmini tədris edib və getdikcə fəlsəfə sahəsində elmi axtarışlarını genişləndirib. 1944-cü ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsini alıb. O vaxt H. Hüseynovun 36 yaşı var idi. Heydər Hüseynov bir-birinin ardınca “Dialektik materializm”, “Dialektika və metafizika”, “Rusca-azərbaycanca lüğət” kitablarını nəşr etdirib.
1940-cı ildə H.Hüseynov keçmiş ittifaqın “Şərəf nişanı” ordeninə layiq görülüb. Həmin vaxt o, SSRİ EA Azərbaycan filialının sədr müavini, 1944-cü ildən isə sədri vəzifələrini daşıyıb. Bu illərdə məhsuldar alimin “Axundovun fəlsəfi baxışları” (1942), “Vətənpərvər şair Səməd Vurğun” (1942), “Azərbaycan ziyalıları Vətən müharibəsi günlərində” (1944), “Ədəbi qeydlər” (1945) və digər kitabları işıq üzü görüb. O həm də “Müxtəsər Azərbaycan ədəbiyyatı” tarixinin (1-2-ci cild; 1943-1944) redaktorlarından biri olub.
Bu dövr H.Hüseynov yaradıcılığının ən yüksək zirvəsi onun M.Mirbabayevlə və Ə.Orucovla birlikdə tərtib etdiyi “Rusca-azərbaycanca tam lüğət” (1940-1946) kitabının işıq üzü görməsi olub. Hələ lüğətin 4-cü cildi çapdan çıxmamış 1943-cü ildə akademik İ.Meşşaninov onu “rus milli lüğətləri içərisində ən böyüyü” adlandırıb və Azərbaycan alimlərinin əməyini yüksək qiymətləndirib. Bu əsərə görə Heydər Hüseynov “Stalin” mükafatı (sonralar SSRİ Dövlət mükafatı) laureatı adına layiq görülüb. H.Hüseynov 1946-cı ildə “Nizaminin ictimai görüşləri”, 1950-ci ildə “Görkəmli Azərbaycan alimi A.A.Bakıxanov”, “Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən” kitablarını nəşr etdirib və 1950-ci ilin mart ayında növbəti dəfə “Stalin” mükafatını alıb.
Bir sinfin iki əqidə şəhidi - Mikayıl Müşviq və Heydər Hüseynov
H.Hüseynovun böyük qızı Sara xanımın yazdığına görə, 18 nömrəli məktəbdə atası Mikayıl Müşfiqlə bir sinifdə oxuyub. Bu, təsadüfdürmü? Demək, çətindir. Bəlli olan isə odur ki, onların hər ikisinə milli ruh, vətənpərvərlik hissi hakim kəsilmişdi. O dövrün siyasi rejimi belə istedadlı gəncləri sevmir və bağışlamırdı. Mikayıl Müşfiq repressiya qurbanı oldu, həyatdan vaxtsız köçdü. Heydər Hüseynov da milli ruhlu ziyalı idi, onun yazdığı hər sətirdə müxtəlif fəlsəfi düşüncələrin əksini tapması ilə yanaşı, həm də bir milli kimlik obrazı yaradılırdı. Heydər Hüseynovu əqidə şəhidi adlandıran Heydər Əliyev onun fəlsəfi yaradıcılığını belə dəyərləndirib: “Müasir dövrdə ilk peşəkar filosofumuz olan Heydər Hüseynov Azərbaycan xalqının ictimai-siyasi fikrinin əsas inkişaf mərhələlərini müəyyən etmiş, mədəni və ədəbi irsimizin fəlsəfi qaynaqlarını araşdırmışdır”.
Bəli, Heydər Hüseynovun elmi fəaliyyətinin mükafatlandırılmasına baxmayaraq, ona qarşı respublika rəhbərliyində dözümsüzlük başlayıb. Qaynaqlarda verilən məlumatlara görə, Heydər Hüseynovun “Stalin” mükafatına layiq görülməsi respublikanın o vaxtkı rəhbərliyinin xoşuna gəlməyib. Ona qarşı qısqanclıq başlayıb, təqiblər, şikayətlər ara verməyib. Alim əsassız, obyektivlikdən uzaq tənqidlərə məruz qalıb. 1950-ci ilin mayında Azərbaycan KP MK-nın büro iclasında onun “Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən” kitabı ciddi şəkildə tənqid edilib. Onun 19-cu əsr Qafqaz fəlsəfi fikrinin tədqiqi müridizmin təbliği və sufizmin təqdir edilməsi anlamında dəyərləndirilib. Alim layiq görüldüyü Dövlət mükafatından məhrum edilib. Təqib və təhqirlərə dözməyən akademik H.Hüseynov 1950-ci il avqustun 15-də intihar edib. Məşum hadisə Şüvəlanda baş verib. Heydər Hüseynov həyatda həmişə tələsib. Uğurlara tez çatıb, elə ölümə də. Həyatla vidalaşanda onun cəmi 42 yaşı olub...
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49
Dünya
20 Oktyabr 20:42
Mədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15
YAP xəbərləri
20 Oktyabr 14:52
Dünya
20 Oktyabr 14:52
YAP xəbərləri
20 Oktyabr 14:30
Dünya
20 Oktyabr 14:28
İdman
20 Oktyabr 14:21
Hadisə
20 Oktyabr 14:14
Elm
20 Oktyabr 14:13
İqtisadiyyat
20 Oktyabr 14:13
YAP xəbərləri
20 Oktyabr 13:50
YAP xəbərləri
20 Oktyabr 13:47
İdman
20 Oktyabr 13:47
Dünya
20 Oktyabr 13:24
Dünya
20 Oktyabr 12:41
İqtisadiyyat
20 Oktyabr 12:39
Elm
20 Oktyabr 12:28
Dünya
20 Oktyabr 11:45
İqtisadiyyat
20 Oktyabr 11:42
İqtisadiyyat
20 Oktyabr 11:15
YAP xəbərləri
20 Oktyabr 11:03
İqtisadiyyat
20 Oktyabr 10:59
YAP xəbərləri
20 Oktyabr 10:29
Analitik
20 Oktyabr 10:23
YAP xəbərləri
20 Oktyabr 10:15
Dünya
20 Oktyabr 10:12
Gündəm
20 Oktyabr 10:05
Dünya
20 Oktyabr 09:50
YAP xəbərləri
20 Oktyabr 09:47
Analitik
20 Oktyabr 09:41
Gündəm
20 Oktyabr 09:30
YAP xəbərləri
20 Oktyabr 09:28
Sosial
20 Oktyabr 09:17
İqtisadiyyat
20 Oktyabr 08:51
Sosial
20 Oktyabr 08:36
Gündəm
20 Oktyabr 08:12
İdman
19 Oktyabr 23:17
Dünya
19 Oktyabr 22:55
Dünya
19 Oktyabr 22:12
Sosial
19 Oktyabr 21:49
Dünya
19 Oktyabr 21:13
Mədəniyyət
19 Oktyabr 21:09
Dünya
19 Oktyabr 20:41
İdman
19 Oktyabr 20:19
Siyasət
19 Oktyabr 20:18
YAP xəbərləri
19 Oktyabr 19:06
İqtisadiyyat
19 Oktyabr 18:53
YAP xəbərləri
19 Oktyabr 18:26

