Vəfat edəndən sonra cibindən 9 manat pul, dörd avtoqələm çıxıb...
07.02.2025 [09:10]
Axır vaxtlar həmişə iclasda əlini ürəyinin üstünə qoyardı.
Sanki ürəyini qoruyardı.
Xəli Rza Ulutürkün “Gündəliklər” kitabından
10 mart, 1965
Axşamüstü bizə gələn Qabili görəndə sevincimdən az qala uçacaqdım. Eyvanda qucaqlaşdıq. Fəqət qəmli-qəmli bildirdiyi xəbər məni ildırım kimi vurdu:
- Mehdi Hüseyn öldü.
İnanmaq çətindir. Mən inanmadım. Qabilin növbəti zarafatı hesab etmək istədim. Lakin Qabil çox qəmgin idi. Az sonra ölümün təfərrüatını mənə danışdı.
Qabil bu xəbəri bildirəndə mən bu gün saat 11 radələrində Mehdi Hüseynlə olan ani görüşümü xatırladım. Şəhriyar barədə gözəl mühazirə aparıb institutdan çıxmışdım. Dünən Mehdi Hüseynin “Yeraltı çaylar...” barədə yazdığım məqaləni “Azərbaycan” jurnalına təhvil verəcəkdim. Jurnalın çıxmasına dözməyib əsəri mətbəədə oxuduğumu bildirdim. Mehdi Hüseyn nə qədər sevindi. Hələ bir neçə ay bundan qabaq “Azərbaycan” jurnalının 1964-cü il 12-ci sayında çıxan romanın birinci hissəsi barədə yazdığım məqaləni sevincimdən dözə bilməyib Mehdi Hüseynə göstərmişdim. Məqaləni evinə aparmışdı. Arvadı Fatma, qızı Zivər oxumuşdu. Nə qədər sevinmişdilər. Bu gün müəllifə bildirdim ki, məqaləni tamamlamışam. Əsərin bir yerini oxuyanda ağladım. Kamran hövl içində yuxudan qalxıb: “Açarları ona kim vermişdi? Müdhət indicə burada idi” sözlərini deyərkən mən sarsılmışdım. Mehdi Hüseyn bundan, yəni əsərin belə təsir etməsindən çox xoşhal oldu.
-Amma, Mehdi müəllim, bir yerdə çox cəsarətli fiki söyləyibsiniz. Sonra özünüz də bu cəsarətdən ehtiyat edibsiniz.
-Harda?
-Orda ki, Müdhət aydın deyir: “Mən zəmanədən necə razı ola bilərəm ki, dünyada ən çox sevdiyim adamı o mənadən ayrı saldı?!.
Yox, Stalin zəmanəni yaratmamışdı. Zəmanə Stalini yaratmışdı-rəhmsiz dövran öz rəhmsiz hakimini.
Bunlar cəsarətli sözlərdir.
Bir neçə gün qabaq yenə institutdan çıxıb Yazıçılar İttifaqının qabağında Mehdi Hüseynlə qarşılaşdığım zaman bu sözləri Mehdi Hüseyn onunla rubəru dayanmış tənqidçi Ə.Hüseynova deyir və öz qəhrəmanının mövqeyində dayandığını bildirirdi.
Mehdi Hüseyn sözün əsl mənasında cəsarətli, həqiqətsevər və öz idealı uğrunda mübarizə aparan bir sənətkar idi. Onun dilindən eşitdiyim hər bir sözü bura köçürməyi lazım bilirəm. “M.C.Bağırov Stalinə bildirir ki, Ruhulla Axundov da düşmən çıxdı. Stalin cavab verir ki, axı siz deyirsiniz o, bilikli adamdır. Lenini tərcümə etməklə məşğuldur. Təkcə Lenini tərcüməsi onun günahlarını yuyur. Bağırov cavab verir ki, daha indi bizdə gözəl tərcüməçilər yetişib. Heydər Hüseynov kimi gözəl filosoflarımız var. Ruhullaya ehtiyacımız yoxdur. Bundan sonra Ruhulla bada gedir”.
Mehdi Hüseyn bu məsələ barədə ürək yanğısı ilə danışırdı. Hiss olunurdu ki, o, artıq öz xalqının tarixi mövqeyini dərk etmiş sənətkardır, ayılmış sənətkardır, həqiqəti deyən və bu həqiqətin işığı ilə Azərbaycan xalqına xidmət etməyə çalışan əzəmətli sənətkardır.
Qabillə dərdləşirik, zəng vurub Salam Qədirzadəni haraylayır. Həyat qəribədir. Bir-iki saat bundan qabaq mənimlə deyə-gülə danışan bir sənətkarı Qabil indi “rəhmətlik Mehdi Hüseyn” adlandırır. Salam Qədirzadə nəql edir ki, axır vaxtlar həmişə iclasda əlini ürəyinin üstünə qoyardı. Sanki ürəyini qoruyardı.
Mehdi Hüseyn istedadı qiymətləndirən bir sənətkar idi. Ədəbi gəncliyi bir ata məhəbbətilə sevən sənətkar idi. Mənə çox sərt sözlər söyləmişdi. Bununla belə, heç vaxt ondan sınmamışdım, inciməmişdim.
İsrafil Nəzərliyə, Mustafa Əfəndiyevə zəng vurub mənim əsərimi-dissertasiyamı plana saldırmaq barədə nə qədər çalışdığını unuda bilmərəm:
- Bu, şairin şair barədə yazdığı əsərdir. Belə əsərlər faydalı olur.
- Mehdi müəllim, siz mənim nəzərimdə ilk romanını nəşr etdirmiş gənc yazıçıya bənzəyirsiniz.
Bu səhər bu cümləni eşidəndə şən, gümrah Mehdinin gülər üzündəki parlaq təbəssümü unuda bilmirəm. Mehdi Hüseyn şirin gülərdi. Onun gülüşü təmiz insanlara, böyük sənətkarlara məxsus pak gülüş idi. Mehdi Hüseyn bütün ömrü boyu mübarizə aparmışdı. Lakin o heç vaxt öz şəxsi mənafeyi yolunda, cılız mənafe yolunda deyil, həmişə öz böyük amalı, xalqın məsləyini qorumaq yolunda döyüşmüş və bütün çarpışmalardan qalib çıxmış yazıçıdır. Eşq olsun sənə, əziz Mehdi müəllim!
12 mart, 1965
Mehdi Hüseynin vaxtsız vəfatı bizi hələ də yandırıb-yaxır. Öləndən bir-iki saat qabaq Qılmanla söhbət edib ki, pulum yoxdur, mart nömrəsindəki qonorarımı ala bilərəmmi. Qılman deyib ki, mühasiblə danış.
“Onu da bir söz eyləyərlər”, - deyə Mehdi Hüseyn pulu qabaqcadan almaqdan boyun qaçırır. Vəfat edəndən sonra cibindən 9 manat pul, dörd avtoqələm çıxıb. Mehdi Hüseyn H. Abbaszadənin və Həsən Qasımovun əlləri altında soyuyur.
- Nə bilirsiniz eləyin, - deyib. - Mən özümü pis hiss edirəm.
Ürəyini tutub. Bir az sakitləşəndən sonra dübarə ürək tutulub, açılmayıb. Ölümündən ilk xəbər tutan Əli Vəliyev olub:
- Vay, kişi keçinib ki... Evimiz yıxıldı.
Bayram bir dəfə onu özü ilə balıq ovuna aparan Mehdi Hüseyndən xatirələr söyləyir:
- İri xəmiri ilişdirərdi tilova, gözlərdi...
“Ayə, Türkiyədə sən məndən çox məşhursan, hamı sənin Sevda Aydana yazdığın şeirdən danışır”, - deyə bir dəfə Tofiq Bayramı sevindirən Mehdi Hüseyn indi xatirələrdə yaşayır.
Cümə Qiraəti
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40

