Ermənistan reallığı: xaos, anarxiya, böhran və qarşıdurma
02.12.2020 [09:11]
Məlum olduğu kimi, Azərbaycanın qarşısında ağır məğlubiyyətə düçar olan işğalçı Ermənistanda gərgin vəziyyət hökm sürməkdədir. Belə ki, işğalçı ölkədə əhali və müxalif siyasi qüvvələr hökumətin istefasını tələb edir, bu məqsədlə etiraz aksiyalarını davam etdirir, Ermənistan hakimiyyəti, o cümlədən baş nazir Nikol Paşinyan isə etiraz edən vətəndaşlara qarşı zorakılıq tətbiq edir. Erməni mediası yazır ki, yaranmış böhran vəziyyətinə görə işğalçı Ermənistan vətəndaş müharibəsi ərəfəsindədir.
“News.am” saytının yazdığına görə, demək olar ki, hər gün hökumət binası qarşısında müharibədə itkin düşənlərin yaxınları etiraz aksiyası keçirirlər. Sayt yazır ki, qəzəbli vətəndaşın N.Paşinyanın avtomobilinə yumurta atması isə növbəti zorakılıqla müşayiət edilib. Belə ki, baş nazirin avtomobilinə yumurta atan vətəndaş dərhal yaxalanaraq polisə aparılıb. Sözügedən saytın yaydığı digər məlumatda qeyd edilir ki, Yerevanda vətəndaşlar Ermənistanın keçmiş əmək və sosial məsələlər naziri Zaruhi Batoyanın mənzilinin qapısına matəm çələngi qoyublar. Çələng üzərindəki lentdə yazılıb: “Addım ataraq ölkəni dağıdanlar”.
Ermənistanda bütün sahələrdə böhran daha da dərinləşib, ölkə iqtisadiyyatı tam çöküb, hərbi sahədə də fəlakətli durum yaranıb. Baş nazirin hökumətdə apardığı kadr dəyişikliyi də vəziyyətin düzələcəyinə heç bir ümid yaratmır. Məsələn, “Hraparak” qəzeti yazır ki, N.Paşinyan tələsik öz hərbi müşaviri Vaqarşak Harutyunyanı müdafiə naziri təyin etməsinə baxmayaraq, bu sahədə anarxiya mühiti hökm sürür: “Fakt odur ki, yeni təyin olunmuş nazir son yeddi gündə hələ rəhbər heyəti yığmayıb, mövcud problemlərdən və perspektiv siyasətdən danışmayıb. Müdafiə Nazirliyinin yerli hərbi hissələrlə bütün əlaqələri kəsilib. İndiyə qədər nazir müavini yoxdur, ştat cədvəlinə görə isə dörd nazir müavini olmalıdır”.
Yeri gəlmişkən, Ermənistan baş nazirinin istefası təkcə küçələrdə yox, ən yüksək səviyyələrdə də səslənir. Belə ki, Moskvada səfərdə olan Ermənistan prezidenti Armen Sarkisyan növbəti dəfə baş nazir N.Paşinyanı istefa verməyə çağırıb. “Armenia today” yazır ki, Rusiyadakı erməni icmasının nümayəndələri ilə görüşündə A.Sarkisyan deyib ki, belə böyük bir faciənin baş verdiyi hər bir ölkədə bir həll yolu var - buna səbəb olan hökumət getməlidir. Ermənistan prezidenti ölkədə konstitusiya referendumu, habelə növbədənkənar seçkilərin keçirilməsi üçün mövcud hökumətin istefasının vacibliyini bildirib. Onun sözlərinə görə, yalnız küçə və meydanlardakı insanların sayını nəzərə alaraq böhranı qiymətləndirmək mümkün deyil.
“News.am” yazır ki, “Çiçəklənən Ermənistan” parlament fraksiyasından olan deputat Mikael Melkumyan baş nazir N.Paşinyanın son açıqlamasına münasibət bildirərkən deyib: “Etiraf edirsiniz ki, ölkəmiz üçün bir nömrəli milli məsələdə heç bir təsiriniz olmayıb və bu səbəbdən də xalqa müraciət edərək istefa etməlisiniz. Çünki indi də xarici və daxili proseslərə təsiriniz yoxdur”.
“Aysor.am” isə yazır ki, Respublikaçı partiyanın mətbuat katibi Eduard Şarmazanov Paşinyanın son açıqlamalarını şərh edərkən, Ermənistanın baş nazirini yalan danışmaqda günahlandırıb. E.Şarmazanovun sözlərinə görə, baş nazirin “əşyalarını toplaması”nın vaxtı çatıb.
Xatırladaq ki, Paşinyanın istefası, ölkəni idarə etmək üçün xilas komitəsi yaradılması tələbi ilə 17 müxalifət partiyasının Yerevanda keçirdiyi mitinqlər də davam edir. Mövcud vəziyyəti dəyərləndirən müşahidəçilərin fikrincə, ölkəsini fəlakətə məhkum etmiş biri olaraq N.Paşinyan Ermənistanda arzuolunmaz şəxs kimi qəbul edilir. Lakin bu vəziyyəti düzgün qiymətləndirməyərək, etirazçılara təzyiq göstərən, onları təhdid edən Paşinyan hakimiyyəti ölkəni vətəndaş müharibəsinə sürükləyir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxHadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45

