Rusiya-Çin strateji əməkdaşlığının gələcək perspektivləri müəmmalıdır
15.08.2009 [01:59]
Bu gün Rusiya-çin münasibətləri bütün sahələrdə, xüsusilə, siyasi-hərbi və iqtisadi sferalarda yüksələn xətt üzrə inkişaf edir. Müasir dövrdə beynəlxalq aləmdə cərəyan edən mürəkkəb geosiyasi proseslərin fonunda əlaqələrin yüksək səviyyədə saxlanması strateji baxımdan hər iki tərəf üçün mühüm önəm kəsb edir. İkitərəfli münasibətlərdə strateji tərəfdaşlığın mövcudluğu bir sıra vacib siyasi-iqtisadi amillərlə bağlıdır. İlk növbədə, beynəlxalq aləmdə ABŞ-ın güclü hərbi-siyasi və iqtisadi nüfuzu qarşısında Rusiya-çin strateji yaxınlaşması zərurəti ortaya çıxır və bu vacib amil istər rəsmi Moskva, istərsə də rəsmi Pekin üçün mühüm rol oynayır. Hazırkı şəraitdə Rusiya və çin dünyada çoxqütblülüyün bərqərar olmasında və qorunub saxlanmasında maraqlıdırlar. Bir çox beynəlxalq məsələlərə yanaşmada və onların həllində bu iki ölkənin maraqları əksər hallarda üst-üstə düşür. Bir sıra nüfuzlu beynəlxalq və ya regional təşkilatlar (məsələn, BMT-dən tutmuş Şanxay Əməkdaşlıq Təşkilatına qədər) çərçivəsində Rusiya və çin öz fəaliyyətlərini ümumi mənafe baxımından uzlaşdırmağa çalışırlar. Digər tərəfdən, bu iki nəhəng qonşu dövlətlər iqtisadi cəhətdən bir-biri üçün çox əlverişli bazarlar hesab olunurlar. Rusiyanın raket-nüvə texnologiyaları, kosmik tədqiqatlar sahəsində malik olduğu bilgilər və təcrübə ilə bağlı işbirliyi rəsmi Pekin üçün xüsusi əhəmiyyət kəsb edir.
Beləliklə, müasir mərhələdə Rusiya-çin münasibətlərinin davamlı inkişafı hər iki ölkənin siyasi dairələri üçün prioritet xarakter daşıyır. Lakin bütün bunlara baxmayaraq, Rusiya-çin strateji əməkdaşlığının gələcək perspektivləri bir qədər qaranlıq görünür. çünki bu iki ölkə arasında liderlik uğrunda tarixi rəqabət də mövcuddur. Həm də bunu sağlam rəqabət hesab etmək olmaz. Belə ki, iki ölkə arasındakı münasibətlər qabaqcıl, demokratik, mütərəqqi dəyərlərə xidmət etmir və bu proses özünü beynəlxalq aləmdə cərəyan edən hadisələrə yanaşmada da nümayiş etdirir. Əslində, Rusiya-çin strateji əməkdaşlığı beynəlxalq arenada daha çox arxaik, mühafizəkar və dağıdıcı qüvvələrin mənafeyinə xidmət edir. Liderlik uğrunda gedən bu rəqabətdə və ya mübarizədə gələcək perspektivdə çinin qalib gələcəyini indidən proqnozlaşdırmaq mümkündür. çünki indinin özündə belə bir sıra siyasi-iqtisadi problemlərlə üzləşən Rusiyanın çin ilə rəqabət aparmaq şansları çox kiçik görünür. öz növbəsində, Rusiya-çin münasibətlərinin təxminən son bir əsrlik dövrünün dərin tarixi təhlili də belə proqnozları söyləməyə əsas verir. Belə ki, əgər Rusiya-çin əlaqələrinin qısa tarixinə nəzər yetirsək, görərik ki, bu münasibətlərin inkişaf yolu müsbət məqamlarla yanaşı, ayrı-ayrı mərhələlərdə çox ziddiyyətli, gərgin və mürəkkəb xarakter daşımaqdadır. Yüksələn xətt üzrə inkişaf edən dostluq münasibətləri sonralar əsil düşmənçilik səviyyəsinə enib.
Qeyd edək ki, Rusiya hakim dairələri çin ilə münasibətlərə daim böyük diqqət və önəm verib. Hələ XIX əsrin sonunda çində yarımfeodal monarxiya rejiminin mövcud olduğu bir dövrdə Rusiya bu ölkənin şimal-şərqində ən böyük vilayət sayılan Mancuriyanı öz nəzarətinə alıb və burada Port-Artur hərbi bazasını yaradıb. O dövrdə Qərb dövlətlərinin faktiki olaraq yarımmüstəmləkəsinə çevrilən çində nüfuz uğrunda Rusiya ilə Yaponiya arasında gedən mübarizə 1904-05-ci illərdə baş vermiş qanlı müharibə ilə nəticələnir. Bu müharibədə zəif çar Rusiyası Yaponiyaya məğlub olur. Lakin Rusiyanın çinə olan diqqəti azalmır.
1911-ci ildə böyük demokrat Sun Yat-Senin rəhbərliyi altında baş vermiş burjua inqilabı nəticəsində çində monarxiya devrilir və ölkə respublika elan olunur. çar imperiyası süqut etdikdən və Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra Moskvanın çinə olan diqqəti daha da artır. Belə ki, ötən əsrin 20-30-cu illərində çində cərəyan edən mürəkkəb daxili siyasi proseslərlə bağlı baş vermiş qanlı və uzun sürən vətəndaş müharibəsinin gedişinə sovet hökuməti fəal surətdə müdaxilə edirdi. Qeyd edək ki, bu vətəndaş müharibəsinin gedişində Qərb ölkələri tərəfindən dəstəklənən çan Kay-Şi başda olmaqla, “Homindan” ilə Kommunist Partiyası arasında gedən qarşıdurmada keçmiş SSRİ hərbi-siyasi cəhətdən kommunistlərə yardım edirdi. Sovet hökuməti bu siyasi kursu II Dünya Müharibəsi boyu və ondan sonrakı dövrdə də davam etdirdi. 1945-ci il sentyabrın 2-də Yaponiya təslim olduqdan sonra ABŞ və onun müttəfiqləri çan Kay-Şi rejiminə hərbi-siyasi dəstəyi daha da artırdılar. 1949-cu ilin oktyabrında çin Xalq Respublikası yarandıqdan və ölkədə kommunist rejimi bərqərar olduqdan sonra SSRİ-çin münasibətləri yeni dövrə qədəm qoydu. Artıq ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi üçün vahid ideoloji zəmin də yarandı. Dünyada “soyuq müharibə”nin tüğyan etdiyi və ikiqütblülüyün bərqərar olduğu bir zamanda ABŞ başda olmaqla Qərbə qarşı mübarizədə sovet-çin strateji əməkdaşlığı həm rəsmi Pekin, həm də rəsmi Moskva üçün böyük əhəmiyyət kəsb edirdi. Lakin 50-ci illərin sonu 60-cı illərin əvvəlindən başlayaraq bir sıra amillərin təsiri altında (onlardan da biri o zamankı sovet lideri Nikita Xruşşov və çin Kommunist Partiyasının rəhbəri Mao Tszedunun siyasi ambisiyaları ilə əlaqədar idi) SSRİ-çin münasibətlərində soyuqluq yaranmağa başladı və tezliklə bu soyuqluq əsil düşmənçilik həddinə gəlib çatdı. Bir sözlə, nüvə silahına sahib olmuş çin hakim dairələrinin hegemonçuluq iddiaları özünü beynəlxalq aləmdə hərbi-siyasi, iqtisadi və ideoloji zəmində açıq surətdə artıq büruzə verməyə başladı. SSRİ-çin münasibətləri yalnız 80-ci illərin sonunda normallaşdı.
90-cı illərin əvvəlində isə keçmiş SSRİ-nin süqutu nəticəsində beynəlxalq aləmdə yaranmış yeni geosiyasi durumla bağlı Rusiya-çin yaxınlaşması zərurəti təzədən siyasi gündəmə gəldi. Göründüyü kimi, Rusiya-çin münasibətləri bu gün yüksək səviyyədə olsa da, gələcəkdə tarixin acı ibrət dərslərinin yenidən təkrarlanacağını istisna etmək olmaz. çünki rəsmi Pekin özünün hegemonçuluq iddialarından hələ də vaz keçməyib.
Elxan RZAYEV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
