Serj Sarkisyanın “islahatlar”ı Ermənistanı çökdürür
30.11.2016 [09:21]
Hakimiyyətə olan inamsızlıq Ermənistandan investisiya axınını sürətləndirib
Serj Sarkisyan hakimiyyətinin ölkədə yürütdüyü səbatsız daxili və xarici siyasət Ermənistan dövlətini uçuruma sürükləməkdədir. İqtisadi tənəzzül, işsizlik səviyyəsinin durmadan yüksəlməsi gündən-günə ölkə vətəndaşlarının güzəranının daha da pisləşməsinə səbəb olur. Hələ bu azmış kimi, ölkənin xarici borclarının 6 milyard ABŞ dollarına çatması Ermənistan hakimiyyətini çətin duruma salıb. Hakimiyyət çıxış yolunu “islahatlar”da tapmağa çalışsa da, bunun əks effekti özünü çox gözlətmədi.
Ermənistanın populyar internet resurslarından olan “Lragir.am” saytına müsahibəsində iqtisadçı-ekspert Vilen Xaçatryan ölkənin iqtisadi vəziyyətinin olduqca çətin duruma düşdüyünü bildirib. Və məhz bu səbəbdən də 2017-ci ildə Ermənistanı çox çətin bir tale gözlədiyini vurğulayıb.
“Prezidentin başladığı islahatlar indi bumeranq effekti verməkdədir. Saxta referendumla ölkənin konstitusiya quruluşunu dəyişən Serj Sarkisyan bunun acı nəticələrini əvvəlcədən görməli idi”, - deyə iqtisadçı-ekspert bildirib. Onun sözlərinə görə, Serj Sarkisyanın təhriki ilə yeni Vergi Məcəlləsinin qəbul olunması ilə faktiki olaraq, dövlət idarəçilik sistemi də tamamilə dəyişib.
“Bu, təkcə dövlət idarəçiliyinin dəyişməsinə deyil, eyni zamanda, ona zəncirvari bağlı olan bütün nə varsa hamısının da dəyişməsinə səbəb olub. Bundan əlavə, hökumətdə aparılan islahatlar nəticəsində bir neçə nazirin dəyişdirilməsi tezliklə öz mənfi nəticəsini verəcəkdir. Çünki hakimiyyətdə təmsil olunan ayrı-ayrı nazirlərin Ermənistanda güclü maliyyə mexanizmlərinə və investisiyalara sahib olmaları artıq heç kimə sirr deyildir. Məhz bu səbəbdən də istefaya göndərilən dövlət məmurlarının tezliklə öz kapitallarını ölkədən çıxaracaqları heç də istisna deyildir”, - deyə Vilen Xaçatryan artıq bu prosesə start verildiyini vurğulayıb.
Maliyyə nazirinin 2016-cı ildə guya Ermənistanda 2,2 faizlik iqtisadi artım əldə olunacağına dair proqnozunu şərh edən iqtisadçı ekspertin sözlərinə görə, bu, reallıqdan çox uzaq bir məsələdir.
“Əgər əvvəllər ölkənin xarici borcu ildə 50-60 milyon ABŞ dolları həcmində artırdısa, son illər bu göstərici 100-150 milyon dolları aşıb. Bundan əlavə, ölkədə ÜDM-in səviyyəsi xeyli aşağı düşüb. Belə olan bir vəziyyətdə hakimiyyət ötən illə müqayisədə 27 milyard dram daha artıq vergini hansı mənbələrdən toplayacaq? İnkişaf olmayan yerdə necə artım əldə etmək olar? Bu isə o deməkdir ki, 2017-ci il investorların ölkədən kütləvi axını ilə xarakterizə olunacaq”, - deyə Xaçatryan bildirib.
Yeri gəlmişkən, eyni mövzu Ermənistanda populyar olan digər bir internet portalı - “tert.am”ın da araşdırmalarında yer alıb. Saytın yazdığına görə, sentyabr ayında hökumətin tərkibində baş verən gözlənilməz dəyişikliklər ölkə investorlarını çaş-baş salıb. Uzun müddət “Qazprom”un strukturlarında çalışmış Karen Karapetyanın birdən-birə baş nazir postuna gətirilməsi hamı üçün gözlənilməz olub və Ermənistanın necə “müstəqil” bir dövlət olduğunu açıq şəkildə nümayiş etdirib.
Vəzifəsinin icrasına başlar-başlamaz Karen Karapetyanın ölkədə oliqarx - monopolistlərə, eləcə də korrupsiya və rüşvətxorluğa qarşı mübarizəyə başladığına dair bəyanatlar səsləndirməsi bir növ yerli investorları hürkütmüş olub. Sayt yazır ki, indi oliqarx-investorları yalnız bir məsələ düşündürür - öz kapitallarını maksimum dərəcədə qorumaqla tez bir zamanda ölkədən çıxarmaq.
Məlumatda daha sonra qeyd olunur ki, investorların ölkədən getməsinə səbəb olan digər bir məsələ aprel döyüşlərində Ermənistan ordusunun uğursuzluğu ilə bağlıdır. Belə ki, Azərbaycan ordusunun gündən-günə qüvvətlənməsi, dövlət büdcəsindən Sülahlı Qüvvələrə ayrılan vəsaitlərin həcminin Ermənistanın dövlət büdcəsindən xeyli artıq olması indi nəinki Ermənistan rəhbərliyini, eləcə də investorları da təşvişə salmaqdadır. Artıq investorlar arasında hakimiyyətə inam getdikcə azalmaqdadır və günlərin birində Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqları azad edəcəyinə inam getdikcə artmaqdadır. Saytın yazdığına görə, bu isə Ermənistanda xaos və qeyri-stabilliyin yaranmasına səbəb olacaqdır. Elə investorları ölkədən qaçaq salan əsas səbəblərdən biri, bəlkə də, elə birincisi məhz budur.
Yerli ekspertlərin sözlərinə istinad edən saytın yazdığına görə, son iki ildə Serj Sarkisyanın başı öz hakimiyyətinin ömrünü uzatmaq məsələlərinə qarışdığından ölkə iqtisadiyyatı sürətlə tənəzzülə doğru istiqamət götürüb. İnvestorların da ard-arda ölkədən getməsi Ermənistan iqtisadiyyatı üçün güclü bir zərbə olacaqdır. Əmək haqlarının gecikdirilməsi bir yana, ölkədə işsizlik ordusu həndəsi silsilə üzrə artacaqdır. Bu isə Serj Sarkisyan hakimiyyəti üçün qarşıdan gələn parlament seçkiləri öncəsi heç də yaxşı proqnozlar vəd etmir. Analitiklərin bu proqnozlarının özünü nə dərəcədə doğruldacağını isə zaman göstərəcək. Elə aprel ayına da bir o qədər çox vaxt qalmayıb...
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

